وَأمّا حَقُّ مَنْ سَرَّكَ اللهُ بهِ وَعلَى يَدَيهِ، فَإنْ كَانَ تَعَمَّدَهَا لَكَ حَمِدْتَ اللهَ أَوّلاً ثُمَّ شَكَرْتَهُ عَلَى ذلِكَ بقَدْرِهِ فِي مَوْضِعِ الجَزَاءِ وَكَافَأتَهُ عَلَى فَضْلِ الابْتِدَاءِ وَأَرْصَدْتَ لَهُ الْمُكَافَأَةَ، وَإنْ لَمْ يَكُنْ تَعَمَّدَهَا حَمِدْتَ اللهَ وَشَكَرتَهُ وعَلِمْتَ أنَّهُ مِنْهُ، تَوَحَّدَكَ بهَا وأَحْبَبتَ هذا إذ كَانَ سَبَباً مِنْ أَسْبَاب نِعَمِ اللهِ عَلَيْكَ وَترْجُو لَهُ بَعْدَ ذلِكَ خَيرًا، فإنَّ أَسْبَابَ النِّعَمِ بَرَكَةٌ حَيثُ مَا كَانتْ وَإنْ كَانَ لَمْ يَتَعَمَّدَ. ولا قُوَّةَ إلا باللهِ.
"Allahın, sənin xoşhal olmağını onun ilə yerinə yetirdiyi şəxsinhaqqı odur ki, əgər onun məqsədi sənin şadlanmağın olubsa, onda əvvəlcə Rəbbinin şükrünü yerinə yetir sonra isə səni xoşhal edənin haqqı müqabilində hər nə qədər layiqdirsə, mükafatın ver və ehsan etməklə, bu yaxşılığın əvəzini çıxmağa çalış. Onun yaxşılığı, sənin ehsanının başlanması ilə bir olsun. Əgər onun hədəfi sənin şadlığın olmayıbsa, onda Allaha tərif və şükürlər et və bil ki, bu şadlıq, Allah tərəfindən olub, sənin şadlıq qaynağındır. Bu vaxt səni şadlandıranı, Alahın onu səni şadlandırmaqdan ötrü onu bir vasitə qərar verdiyinə görə onu dost tut və onun xeyirini istə! Çünki, nemətlərin səbəbləri bərəkətdirlər. Harda olursa, onun hədəfi bu olmasada, sən onu dost tut! "
Həyatda insanın müxtəlif halları
Yaşadığımız bu günkü dünyada müxtəlif hallarla qarşılaşırıq. Bəzən isanın həyatı çətinliklərlə dolu olur. Bu çətinliklər dağıdıcı dalğlar kimi insanın nicat gəmisinin qarşısına çıxır və onun sahilə çatmasının qarşısında böyük mane olur. Bəzən də insanın həyatında xoşhallıq dalğaları dövr edir, belə ki, şadlığından dərisinəsığmır. İslam və Quranın nicatbəxş proqramları insanı, bu iki halətin arasında mötədil şəkildə səadət və xoşbəxtliyə tərəf aparır. Ən dərin qəmlərdə, insanAllahdan ümüdünü üzməməli və bütün nicat qapılarının onun üzünə bağlandığını fikirləşməməlidir. Həmçinin, şadlıq vaxtı da belə olmsın ki, insan bunun vasitəsilə qəflətə düşüb,özünü unutsun və nəticədə Allahıyaddan çıxarsın. Əksinə,hər iki halda, Allah həmişə yadda olmalıdır. Şadlıq vaxtı bilsin ki, bütün bu nemətlər ona, Allah tərəfindəndir. Əgər qəlblər ona tərəfdirsə, bilsin ki, bu da Allahın istəydir. Giriftarçılıqda da diqqət Allaha tərəf olmalıdır ki, xoşagəlməz hadisələr, insan həyatına çox böyük təsir qoya bilər. Sözün qısası, şadlıq və qəm vaxtında ifrat və təfritdən özünü gözləsin. İnsanı şadlandıran bəzən, dünya və məqam, bəzən, sərvət, qüdrət və imkan, bəzən də başqalarının ona ehsanıdır. İmam Səccad (əleyhissalam) bu mövzuda, insanı xoşhal edənin hüquqlrına aid yuxarıdakı mətləbləri buyurmuşdur.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi