وَأمّا حَقُّ الشَّرِيكِ، فَإنْ غَابَ كَفَيْتَهُ، وَإنْ حَضَرَ سَاويْتَهُ، ولا تَعْزِمْ عَلَى حُكْمِكَ دُونَ حُكْمِهِ، وَلا تَعمَلْ برَأْيكَ دُونَ مُناظَرَتهِ، وتَحْفَظُ عَلَيْهِ مَالَهُ وَتنْفِي عَنْهُ خِيَانتَهُ فِيمَا عَزَّ أَو هَانَ فَإنَّهُ بَلَغَنَا أَنَّ «يَدَ اللهِ عَلَى الشَّرِيكَيْنِ مَا لَمْ يَتَخاوَنا». ولا قُوَّةَ إلا باللهِ.
"Şərikin sənin boynunda haqqı odur ki, olmayan vaxta onun işlərinə yetişəsən. Əgər yanında olarsa,onunla birlikdə ol. Onun fikrini bilməmiş, öz qərar və fikrin əsasında nəticə alma. Onun malını ondan ötrü hifz et. Onun işlərinin az və ya çoxuna xəyanət etmə. Çünki, bizə çatıb ki, nə qədər ki, iki şərik bir-birinə xəyanət etməyiblər, Allahın əli onların üstündədir. Allahdan başqa heç bir güc-qüvvət yoxdur."
"Şirk, şirkət, müşarikət", hər üçü şərik olmaq mənasındadır. "İşrak" da şərik etmək mənasındadır. Quranda, "Taha" surəsində oxuyuruq:
"Onunla (Harunla) arxamı möhkəmləndir. Onu işimə ortaq (şərik) et!"(Taha surəsi -31-32 ) Yəni, Musanın qadaşını, Fironu dinə dəvət etmək işinə şərik et.
Ortaq və ya şərik o kəsdir ki, bir şeydə və ya bir işdə başqası ilə ortaq olsun. Furqan surəsində oxuyuruq:
"O (özünə) heç bir övlad götürməmişdir. Mülkində heç bir şəriki yoxdur.(Furqan surəsi-2 )"
Allahın, kainata hökumət və tədbirində heç bir şəriki yoxdur. Şərikdən məqsəd, müstəqil şərikdir. Yoxsa, kainatın tədbirindən ötrü çoxlu mələklər və qeyri-mələklər yaratmışdır.
"Şirk "addır. Yəni şirk əməli. Həmçinin, şərik və nəsib mənasındada gəlmişdir.
Bəziləri: "Yoxsa onların göylərdə bir şəriki var?"(Fatir surəsi-40 ) –ayəsində, "şərik" sözünün, "nəsib və bəhrə" mənasında olduğunu iddia edirlər. Müşrik o kəsdir ki, Allaha şərik qərar verir.(Qamus Quran .c.4.səh.20 )
Şəri cəhətdən şirkətə baxış
Şəriətdə "şirkət" yalnız, o hala deyilir ki, bütün sifətlərindən oxşar iki malı tamamilə qatışdırsınlar və hər bir şərikin o maldanistifadəsinə icazələri olsun.(Əl-Xilaf Şeyx Tusi. C.2.səh.138)
Bəzi İslam alimləri şirkətin, ərəbcə və ya qeyri-ərəbcədə tələffüz olunmasını şərt bilirlər. Əqd vasitəsilə bir-birilə şirkəti olanlar, həddi buluğa yetmiş, aqil, qəsd və ixtiyarlı olmalıdırlar. Həmçinin, öz mallarından da istifadə etməyə icazələri də olmalıdır. Bəs səfeh şəxsin şirkəti düzgün deyildir.
Əllamə Hilli, özünün "Qəvaidul-Əhkam" kitabında yazır:
"Şirkət dörd qismdir:
1. Malların şirkəti.
2. Bədənlərin şirkəti.
3. Müfavəzə şirkəti.
4. Vucuh şirkəti.Birincidən başqa hamısı batildir.
"Beləliklə, şirkət yalnız, mallarda, o da şəriətin qoyduğu şəraitlə düzgündür.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi