وَأَمّا حَقُّ أَخِيكَ فَتَعْلَمَ أَنّهُ يَدُكَ الَّتِي تَبسُطُهَا، وَظَهْرُكَ الَّذِي تَلْتَجِئُ إلَيهِ، وَعِزُّكَ الَّذِي تَعْتَمِدُ عَلَيهِ، وَقُوَّتُكَ الَّتِي تَصُولُ بهَا، فَلا تَتَّخِذْهُ سِلاحًا علَى مَعصيةِ اللَّهِ ولا عُدَّةً لِلظُّلْمِ بحَقِّ اللَّهِ، ولا تَدَعْ نُصْرتَهُ عَلَى نفْسِهِ وَمَعُونتِهِ عَلَى عَدُوِّهِ وَالْحَوْلَ بَيْنَهُ وبَيْنَ شَيَاطينهِ وتَأْديَةِ النَّصِيحَةِ إلَيهِ والإقبَالِ عَلَيْهِ فِي اللَّهِ فَإنْ انقَادَ لِرَبهِ وَأَحْسَنَ الإجَابَةَ لَهُ وَإلاّ فَلْيَكُنِ اللهُ آثرَ عِنْدَكَ وَأَكْرَمَ عَلَيْكَ مِنْهُ
"Qardaşının haqqı barəsində onu bilməlisən ki, o sənin əlindir və onunla iş görürsən. Arxa və dayağındır. Ona pənah aparırsan. Etimad etdiyin qüvvəndir. O, hücuma keçdiyin qüvvəndir.
Allaha qarşı günah etdikdə ondan silah ünvanı kimi istifadə etmə. Ondan Allahın yaratdıqlarına qarşı zülm atəşi kimi istifadə etmə. Özünə görə dost ol. Düşməninə görə ona kömək ol. Şeytandan xilas olmaqdan ötrü ona kömək edib, azda olsa haqqını yerinə yetir. Allaha xatir ona tərəf get. Əgər Allaha itaət etsə, Onu yaxşı qəbul etsə, lap yaxşı. Yoxsa, Allah sənin üçün müqəddəm və daha hörmətli olsun!"
İmam Səccad (əleyhissalam) qardaşın haqqı barəsində üç mətləbə işarə edir:
Birinci: Qardaş bir əl kimi həmişə insanın güc və qüdrətinə səbəb olur. Bu güc və qüdrəti, günah silahı qərar vermə.
İkinci: Özünə kömək, düşmənlərinə qarşı ona arxa ol.
Üçüncü: Onu Şeytanın yolundan azad edib, Allahına tərəf qaytar. Əgər qəbul etməsə, Allahın əmr və göstərişni ona başa sal.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi