Nə qədər zülm etsələrdə zülmə düçar olmuşlar,
Yenə tək Allahın eşqiylə Ya Zəhra deyərəm.
Soruşsalar xanıma kimdi həya timsalı,
İsmətin qibləsidir Fatimeyi Zəhra deyərəm.

Kərbübəla torpağına dizin-dizin mən gedərəm,
Üz qoyub qan gölünə ağlama Zəhra deyərəm.
Atan Rəsulullahın hədiyyəsi sənə Fədək bağı
Xainlər vermədilər öz haqqını sənə Ya Zəhra.

Ola Məşhər bu gün çəkilə haqqü hesab,
Sənə hansı üzlə baxar hicaba düşman,Ya Zəhra
Pünhanın həsrəti var qəlbində yarə olub,
Qalmışıq məzarına həsrət sənin Ya Zəhra.

Müəllif: Gənc şair Pünhan Xankişiyev