Qəmi Zəhra
Nə üçün etdi şəhid düşməni din Fatiməni?
Anasız qaldı o gündən Hüseyinlə Həsəni.
Soldurub baği Rəsulun gülünü qönçə ikən,
Qoydular yadigar ondan bizə Beytul-Həzəni.
Canını qurban edib Fatimə vilayət üçün,
Eyləyib bunları O, Rəbbinə itaət üçün.
Düşmənə lənət oxu, etdiyi cinayət üçün!
Etmə gizlin bu işi eyləginən sən ələni!
Xütbəsiylə xodi əşrarı xanım xar elədi,
Gecə-gündüz gözünün yaşlarını car elədi.
Әliyə söyləməyə sinə dağın ar elədi,
Xəbərin tutdu Әli, qüsl verərkən bədəni.
Әliyə etdi vəsiyyət gecə dəfn eylə məni!
Qəbrimi qaz öz əlinlə kəfən et, həm də məni!
Әməl etdi Әli Öz zövcəsinin sözlərinə,
Gördü Allah gecə vaxtı o deşilmiş sinəni.
İstəyir dəfn eləsin Fatiməni məzlum Әli,
Çağırır Zeynəbi, oğlu Hüseynlә Həsəni.
Ananın nəşinin üstə balalar əfğan edib,
Yapışıb boşlamayırlar bacı-qardaş kəfəni.
Ey Səməndər, qəmi Zəhra səni məcnun eləyib,
Dərdini əfzun edib qәlbini por xun eləyib.
Çox çəkə bilməyəcəksən bu qəmi, yəqin elə!
Öldürər tezlik ilə çəkdiyin ol, qüssə səni.
Müəllif: Səməndər Qarabağlı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.