Əli can
Keçirir mövludunu cümlə-müsəlman, Əli can
Sənə aşiqdi bütün Azəribaycan, Əli can
Dünyavi həyatından min neçə yüz il keçmiş
Vücudun hər an edir bizləri heyran, Əli can
Cəlb edib diqqəti dünyaya qədəm qoyduqda
Sənə heyrətdə qalıb dost ya da düşman, Əli can
Özünün parlaq həyatı, əzəmət cazibəsi
Bəşəriyyəti edib vurğunu hər an, Əli can
Vücudun hər kəsə, eşqi doğuran sirlərini
Yenə də qalmadadı bizlərə pünhan, Əli can
Təki görsün bir anın arzu, ürəklərinə salıb
Tədqiqatçı neçə alim, neçə insan, Əli can
Özü övliyadı, peyğəmbərin haqq canişini
Əsl örnəkdi bizə, adına qurban, Əli can
Rəsulun qayğısını, həm də görüb tərbiyəsin
Sənə peyğəmbər olub candan əziz can, Əli can
Büsbütün fəzilətlər mənbəyi, meyarı odur
Səni axtaran tapar, dərdinə dərman, Əli can
Nökərinin nökəri olmağa səy göstərirəm
Edirəm mən sənə öz eşqimi elan, Əli can
Əli can, son nəfəsimdə başımı al dizinə
O çətin gündə məni qoyma nigaran, Əli can