ƏLI(ə) Can!
Keçirir mövludunu cümlə-müsəlman, Əlican.
Sənə aşiqdi bütün Azəribaycan, Əlican.
Dünyavi həyatından min neçə yüz il keçmiş,
Vücudun hər an edir bizləri heyran, Əlican.
Cəlb edib diqqəti dünyaya qədəm qoyduqda,
Sənə heyrətdə qalıb dost ya da düşman, Əlican.
Özünün parlaq həyatı, əzəmət cazibəsi,
Bəşəriyyəti edib vurğunu hər an, Əlican.
Vücudun hər kəsə, eşqi doğuran sirlərini
Yenə də qalmaqdadı bizlərə pünhan, Əlican.
Təki görsün bir anın arzu, ürəklərinə salıb
Tədqiqatçı neçə alim, neçə insan, Əlican
Özü övliyadı, peyğəmbərin haqq canişini
Əsl örnəkdi bizə, isminə qurban, Əlican
Rəsulun qayğısını, həm də görüb tərbiyəsin
Sənə peyğəmbər olub candan əziz can, Əlican
Büsbütün fəzilətlər mənbəyi, meyarı odur
Səni axtaran tapar, dərdinə dərman, Əlican
Nökərinin nökəri olmağa səy göstərirəm
Edirəm mən sənə öz eşqimi elan, Əlican
Əli can, son nəfəsimdə başımı al dizinə
O çətin gündə məni qoyma nigaran, Əlican