Əlican, sən fələki-mərifətə mahisən
Keşfəri ixlasə şəhən şahisən
Sahibi izzo şərəfo cahisən
Sirri xəfiyyu ləhə agahisən
Rişə kene firqeyi qumrahisən
Sən əsədullahi yədullahisən
Küfrü edən xar Əli, Ya Əli
Kəbə çatıb gəl, şərəfi əzəmə
Cayi ibadedi Bəni-Adəmə
Orda həqq açmaz qapı naməhrəmə
Orda sən açdın gözünü aləmə
İndi də fəxr eylər anan Məryəmə
Var dilimizdə bu gözəl zəmzəmə
Ey qulu bixar Əli, Ya Əli
Hər kəsin aləmdə bir ağası var
Bəzi kərim idi ki, Musası var
Qouhi məsihilərin İsası var
Kim gedə Məcnun yolu, Leylası var
Şiələrin Heydəri ehsası var
Hansı ki, ruhun belə mövlası var
Kimin Əli kimi ağası var
Höccəti dadar Əli, Ya Əli