
Kəsilən qolların aləmdə ucaldıb ələmi,
Sənə sidq ilə təvəssül edənin var nə qəmi?
Səslərəm dərdi olan, uz tut Əbəlfəzlə sarı,
Odur hər müşkülü asan edənin tacıdarı.
Qolların etdi fəda qırmızı pərçəm yoluna,
Nizələr həmlə edib Babəl Həvaic qoluna.
Doldurub ovcuna su içmədi, dərk et nədi bu,
Dedi ətşandır Hüseyn indi haramdır mənə su.
Xeyməyə olmadı fürsət, gedə su məşkində,
Gətirib itrətə su gözlərinin eşkində.
Səs gəlib qeybidən, Ey qanlı sipehdarı dinin,
Başını ərşə ucaltdın bala, Ümmül-Bəni'nin
Başıvın üstə anan yoxdu oğul? qəm eləmə.
Gəlmişəm, Fatiməyəm, başıvı allam sinəmə.
Dur gedək məhzərə Peyğəmbəre Zəhra maralı!
Eyləsin məlhəm oğul, sən yaralı mən yaralı.
Göz Əbəlfəzl, baş Əbəlfəzl, can Əbəlfəzlə fəda.
Onu aləmdə məşakillərə bab etdi Xuda.
Zikr elə, fəxr ilə Səqqaye hərəmdir Abbas!
Allah'ın əmri ilə babe kərəmdir Abbas!
Naqisa! Şah qapısında özüvü eylə zəlil,
Mə'rifət tap, özüvü məhzəre Abbas'idə bil.