Hz. Əbəlfəzlə ithafən...
Kəsilən qolların aləmdə ucaldıb ələmi,
Sənə sidq ilə təvəssül edənin var nə qəmi?
Səslərəm dərdi olan, üz tut Əbəlfəzlə sarı,
Odur hər müşkülü asan edənin tacidari.
Qolların etdi fəda qırmızı pərçəm yoluna,
Nizələr həmlə edib Babəl Həvaic qoluna.
Doldurub ovcuna su içmədi, dərk et nədi bu,
Dedi etsandır Hüseyn indi haramdır mənə su.
Xeyməyə olmadı fürsət, gedə su məşkində,
Gətirib itrətə su gözlerinin əskində.
Səs gəlib qeybidən, Ey qanlı sipəhdarı dinin,
Başını ərşə ucaltdın bala, Ummul-Bəni'nin.
Başıvın üstə anan yoxdu oğul? Qəm eləmə,
Gəlmişəm, Fatiməyəm, başıvı allam sinəmə.
Dur gedək məhzərə Peyğəmbərə Zəhra maralı,
Eyləsin məlhəm oğul, sən yaralı mən yaralı.
Göz Əbəlfəzl, baş Əbəlfəzl, can Əbəlfəzlə fəda,
Onu aləmdə məsakillərə bab etdi Xuda.
Zikr elə, fəxr ile Səqqayə hərəmdir Abbas!
Allahın əmri ilə babə kərəmdir Abbas!
Naqisa! Şah qapısında özüvü eylə zəlil,
Mərifət tap, özüvü məhzərə Abbasidə bil!