...Onsuz nə can eylər?!...
Qəribim gəl, qərib könlüm fərağində fəğan eylər.
Fəqət "məndir" səni məndən, məni səndən nihan eylər.
Səninçün bu könül bağın gülüstan eylədim amma,
Sənin sənsizliyin ey yar, könül bağın xəzan eylər.
Məni qıldın qəriblər şəhrinin mehmanı ey dildar,
Məni sənsiz buraxma, həsrətin qəlbim viran eylər.
Sənin eşqin məni məcnun ilən gər aşina qıldı,
Nələr çəkdim bilir məcnun, soruşsan hal-bəyan eylər.
Sənin eşqində divanə düşüb çöllərdə səs saldım;
"Əba Saleh", "Əba Saleh" dedikcə könlü qan eylər.
Səri-kuyində dildarın, oturmuş səssiz ağlardım.
Götür dəhreyni ey Yəzdan, mənə Yarın əman eylər.
Ya o Məhdini ver ya Rəbb, canım dünyadə ram olsun,
Və ya bu Məhdini al ki, bu can onsuz nə can eylər ?!...
Müəllif: Məhdi Müzəkkir