
Ya Muhəmməd!
Aləmlər sənə xatir yaranmış, ya Muhəmməd!
Sənsiz keçən həyatım viranmış, ya Muhəmməd!
Ayrı düşən yolundan görməz səadət uzun,
İnsana nicat verən Quranmış, ya Muhəmməd!
Mərkəbini ucaltmış göylərə Uca Rəbbim,
Mələkdən üstün olan insanmış, ya Muhəmməd!
Sən aləmlərə rəhmət, Sən hidayət nurusan,
Әli ümmətə ölçü mizanmış, ya Muhəmməd!
Nümunədir hər kəsə əməllərin, sözlərin,
Oturmağın, durmağın burhanmış, ya Muhəmməd!
Hər bir kiçik sözündə böyük bir məna vardır,
Şərh eyləyir alimlər irfanmış, ya Muhəmməd!
Sən sonuncu Peyğəmbər, Sən Xatəmul-Әnbiya,
Vücudun aləmlərə ehsanmış, ya Muhəmməd!
Sən Әşrəfül-Әnbiya, Sən Rəsullar şahısan,
Mələklər məqamına heyranmış, ya Muhəmməd!
Әzәl gündən Yaradan pak yaradıbdır Səni,
Vücudun bəşər üçün çinanmiş, ya Muhəmməd!
Kim Sənə olsa tabe, tapıbdır haqq yolunu,
Sənsiz olan Axirət niranmiş, ya Muhəmməd!
Sәn qәlbimin zikrisәn, Sәnlә döyünür ürәk,
Qәlbim mәhәbbәtinlә arammış ya Muhәmmәd!
Sənsiz olmasın bir an, bir saatım, bir günüm,
Sənsiz olsa Səməndər, nalanmiş, ya Muhəmməd!
Müəllif: Səməndər Qarabağlı