![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Ölürəm gəl, salli əla Muhəmməd
Ərşə merac edən Allah həbibi,
Ölürəm gəl səlli əla Muhəmməd.
Sinəsi ayeyi quran sahibi,
Ölürəm gəl salli əla Muhəmməd.
On bir imam gəldi səndən dünyaya,
Cəmalin bənzəyir göydəki ayə.
Ya Əli, qurbanam ali-abayə,
Ölürəm gəl salli əla Muhəmməd.
Zülmü cəfadan qabırğası sınan,
Möhsünü sidq olan qapısı yanan.
Cəddi peyğəmbərə hərgün ağlayan,
Ölürəm gəl salli əla Muhəmməd.
Kərbəla sərdari,ələm sahibi,
Zeynəbin qardaşı,Hüseynin qəlbi.
Qolu qələm olan (Əbəlfəz) ALLAH həbibi,
Ölürəm gəl salli əla Muhəmməd.
Səndən ilham alır cənnəti Tuba,
Gözlərinə qurban rəsulu Xuda.
İkinci imam Həsəni Muctəba,
Ölürəm gəl salli əla Muhəmməd.
Cavan oğlu nakam əlindən gedən,
Başı yeddi zərbəsilə kəsilən.
Ya Huseyn, iltimasım var səndən,
Ölürəm gəl salli əla Muhəmməd.
Qolunu bağladı kufə ilə şam,
Xərabə məscidə hər gün hər axşam.
Alimlər zinəti dördüncü imam.
Ölürəm gəl salli əla Muhəmməd.
Zülm etdilər sənə verdilər zəhər,
Əhli-əyaluvi qoydular segir.
Əlimin xəzinəsi Muhəmməd Baqir,
Ölürəm gəl salli əla Muhəmməd.
Alimlər ustadı,elimdə dəqiq,
Hikmətlə danışan sözündə dəqiq.
Dini-məzhəbimiz Cəfəri Sadiq,
Ölürəm gəl salli əla Muhəmməd.
On bir il həbsdə qolu bağlanan,
Zəhərlənib ciyərləri doğranan.
Zindanda can verən Museyi Zaman,
Ölürəm gəl salli əla Muhəmməd.
Məmur Rəşid sənə göndərdi fərman,
Apardı Bağdada eylədi tuğyan.
Qürbətdə can verən şahi Xorasan,
Ölürəm gəl salli əla Muhəmməd.
Sənsən həqqi yer üzündə müttəqi,
ALLAH tərəfindən gəlibsən həqqi.
Doqquzuncu imam Muhəmməd Təqi,
Ölürəm gəl salli əla Muhəmməd.
Sənsən ərşi-əla beytul həqiqi,
Dünyanın çırağı, nuru-şəfəqi.
Məzlumlar pənahı Əliyyən Nəqi,
Ölürəm gəl salli əla Muhəmməd.
Yerdədə,göydədə dillər əzbəri,
Peyğəmbər övladının rəhbəri.
On birinci imam Həsən əsgəri,
Ölürəm gəl salli əla Muhəmməd.
Bəşir can verəndə gəl şahi Mərdan,
Məhşərdə dərdinə sən eylə dərman.
Sənə qurban olum Sahibəz-Zaman
Ölürəm gəl salli əla Muhəmməd.
Müəllif: Şeyx Bəşir Babazadə.
Cəlilabad rayonu Kovuzbulaq kənd
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |