Məhdi!
Zəhra bağının, tər çiçəyi, qönçəsi MƏHDİ
ALLAHı sevən kimsələrin, kimsəsi MƏHDİ
Sən, Ali Əli övladısan, biz sənə məftun
Məftun olanın gözlərinin, didəsi MƏHDİ
Ey qaim olan, muntəzirik, əmma xətalı
İslah olanın, xoş halına kəbəsi MƏHDİ
Alllah səni tək yer üzünün huccəti seçdi
Ey canlı Quran, surələrin ayəsi MƏHDİ
Gözlər səni gözlər nə qədər, göz cana bənddir
Aşiq olanın, olmayanın çarəsi MƏHDİ
Zuhr eylə Ağa, biz sənə onsuzda cəfayıq,
Ey qəlbimizin həsrət olan, yarəsi MƏHDİ
Ey Fatimənin Yusifi, sən nuri ələmsən
Gün ayə dönən, yer üzünün, şöləsi MƏHDİ
Sən Zəhra canı, Azançıya bir nəzər eylə
Məndə qəribəm, qəriblərin naləsi MƏHDİ
Müəllif: Hacı Fərman Azançı