Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Hüseyn məktəbi
Ruh verən cismidəki canə, Hüseyn Məktəbidir,
Kim verə canını cananə, Hüseyn Məktəbidir.
Mim ilə, yey həvəsi əqlimi başdan aparıb,
Tapmışam bir belə meyxanə, Hüseyn Məktəbidir.
Saqiya, ver meyi-gülgunu bizə nuş edəyin,
Olaqın bəzmidə məstanə, Hüseyn Məktəbidir.
Ey könül, gəl biləsən eşqi nədir, aşiq kim?
Dur gedək dəşdi biyabanə, Hüseyn Məktəbidir.
Cənnət istərsən əgər, mömini bu rahə çəkən
Aparan rövzeyi-rizvanə Hüseyn Məktəbidir.
Dili-pəjmürdələrin qəlbinə məlhəm kəsilən,
Edən aşiqləri divanə Hüseyn Məktəbidir.
Küfr ilə, haqqi ayird etməyə aciz qalma,
Tanıdan haqqi müsəlmanə, Hüseyn Məktəbidir.
Şübhəsiz batil o məktəbdiki, Quranla deyil,
Söykənən daima Quranə Hüseyn Məktəbidir.
Hami dindən deyə, imanə gətirməz birini
Gətirən mömini imanə, Hüseyn Məktəbidir.
Dininə, Allahinə, Quraninə düşmən olanın,
Eləyən kuyini viranə, Hüseyn Məktəbidir.
Millətin qeyrəti əldən gedə bir vaxtı əgər,
Qan verib, qaytaran insanə, Hüseyn Məktəbidir.
Zalımı, müşriki, fasiqlə münafiq olanı,
Bunu ifşa edə hər yanə, Hüseyn Məktəbidir.
Haqqa düşmən olanın bağrını qan eləyən,
Od qoyan firqeyi-şeytanə, Hüseyn Məktəbidir.
Altı aylıq yada doxsan ola, yaş fərq eləməz,
Adını yaz o dəbistanə, Hüseyn Məktəbidir.
Burada düşdü əzizim yadıma, Kərbübəla,
Sığmayan bir qəmi dastanə, Hüseyn Məktəbidir.
Bu biyabanidə bir Zeynəbi-nalanə baxun,
Dayanıb gör mərdanə, Hüseyn Məktəbidir
Zeynəb ərz eylədi: Ətşandu, Hüseyn, Əsqərimiz,
Nəzər eylə quzu qurbanə, Hüseyn Məktəbidir.
Verdi mövla o zaman Həzrət Əbəlfəzlə izin,
Yeridi qeyzilə meydanə, Hüseyn Məktəbidir.
O Əli oğlu fövqəladə şücayətlər ilə,
Göndərir düşməni niranə Hüseyn Məktəbidir.
Allah Allah, özünü vurdu fəratın yoluna,
Su tədarük edə tiflanə, Hüseyn Məktəbidir.
Aldı su ovcuna, baxdı, nə deyim içmədi su,
Mən içim? söylədi, oyanə? Hüseyn Məktəbidir.
Məşqi oxlandı, o zalimdə salıb qollarını,
Düşdü o dəşdi-biyabanə Hüseyn Məktəbidir.
Yıxılanda üzü üstə, dedi: Qardaş gedirəm
Gəl başım üstə dələranə Hüseyn Məktəbidir.
Baxun Allah yolunun, can verən aşiqlərinə,
Şad olur, batsada al qanə, Hüseyn Məktəbidir.
Söyləyim qəmli hekəyə, sən, Hüseyn vay deginən
Zümzümə eylə yanə yanə Hüseyn Məktəbidir.
Bu zaman nazlı Səkinə, atasın gördü gedir,
Od vura leşkəri üdyanə Hüseyn Məktəbidir.
Dedi: Bir ləhsə dayan, ey gözümün nuru ata,
Çək əlin zülfi pərişanə, Hüseyn Məktəbidir.
Ata can, istəmirəm su, nola bir getmə, dayan,
Baxma bu ləbləri ətşanə, Hüseyn Məktəbidir.
Var təvəqqəm, deginən Əkbərə tez gəlsin, ata,
Dözmərəm atəşi-hicranə, Hüseyn Məktəbidir.
Anamın şəbhi-peyənbər balası harda qalıb,
Tez gələ, dözsədə gər anə, Hüseyn Məktəbidir.
Müxtəsər eylə, bu qəm dastanı yazdıqca gəlir,
Sığmaz heç qəm belə dastanə, Hüseyn Məktəbidir.
Hüseyn aşiqləri zalimlərə baş əyməyəcək,
Beyət etməz, qalə bir danə, Hüseyn Məktəbidir.
Cahida kaş qəbul eyləyə, hər ləhzə deyək,
Nokərik şah şəhidanə Hüseyn Məktəbidir.
Bizdə, Ya Məhdi! tutub daməni-pakun deyirik,
Nəzər et Azəribaycanə, Hüseyn Məktəbidir.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |