Xanım Zəhra (s.ə)-a ithaf
Ey gül,çıxanda gülşənə görcək təravətin, Gülşəndə şux güllər itirmiş lətafətin.
Kövsər suyuyla bəslədimi bağiban səni,
Ey sərv, ucaldı cənnət ara böylə qamətin.
Bağında Mustafanın O gül bitdi,ol səbəb, Ondan alıbdır ətrini hər kəs imamətin.
Lalə gözəl bilirdi özün gülsitan ara,
Görcək o gülüzarını bilmiş qəbahətin.
Vəsf etmək içün Ol gülü hər əndəlib tək, Bil ki, könül hənuz sənin yox ləyaqətin.
Alim dilin tutulsa əgərçi məzardə,İsmin gətir dilə sən O kani-fəsahətin.
Müəllif: Alim Novruz