"Ya Fatimeyi Zəhra"
+5
Müəllif:
♥kerbubela♥ | 7-01-2014, 10:20 | Baxılıb: 3 415
Ya Fatimeyi Zəhra
Qaraguruh gündən – günə azırdı...
Haqqı danıb, "yeni qanun” yazırdı...
O, Zəhranı qətl etməyə hazırdı –
Ya Məhəmməd, ya Fatimə, ya Əli!
***
Taxta qapı alışsada, yanmadı!
O, Zəhranın haqq olduğunu, danmadı!
Müşriklərsə, insan olub, qanmadı...
Ya Məhəmməd, ya Fatimə, ya Əli!
***
Fədək bağı qiyamətıə gələcək.
O, Zəhranın haqq olduğunu deyəcək.
Qadir Allah, öz hökmünü verəcək –
Ya Məhəmməd, ya Fatimə, ya Əli!
***
Fatiməyə "zinət” verdi mələklər...
Lay – lay qalıb, oxşayırdı küləklər...
Yer üzündə daşa döndü ürəklər –
Ya Məhəmməd, ya Fatimə, ya Əli!
***
Xanım köçdü, bilinmədi məzarı...
Cənnət oldu son mənzildə güzarı.
Müdriklərin sağalmazdı azarı...
Ya Məhəmməd, ya Fatimə, ya Əli!
***
Qoy kül olsun bu dünyanın başına.
Yazılmadı "Zəhra” sözü daşına...
Qəbul eylə, ellər gəlib yasına –
Ya Məhəmməd, ya Fatimə, ya Əli!
Ya Məhəmməd, ya Fatimə, ya Əli!
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.