![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Nisan 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Kimdir xanım Fatimə (s.ə)?
Kimdir Xanım Fatimə (s.ə)?
Peyğəmbərin (s) balası!
Kimdir Xanım Fatimə (s.ə)?
Atasının anası!
Kimdir Xanım Fatimə (s.ə)?
Allahın sevimlisi!
Kimdir Xanım Fatimə (s.ə)?
Kövsər! Quran surəsi!
Kimdir Xanım Fatimə (s.ə)?
Peyğəmbərin (s) göz nuru!
Kimdir Xanım Fatimə (s.ə)?
İmam Əlinin ( ə ) yarı!
Kimdir Xanım Fatimə (s.ə)?
Anası imamətin!
Kimdir Xanım Fatimə (s.ə)?
Fədası vilayətin!
Kimdir Xanım Fatimə (s.ə)?
Mübarəkə, Zəkiyyə!
Kimdir Xanım Fatimə (s.ə)?
Mühəddəsə, Mərziyyə!
Kimdir Xanım Fatimə (s.ə)?
Siddiqədir, Tahirə!
Kimdir Xanım Fatimə (s.ə)?
Zəhra, Bətul, Raziyə!
Kimdir Xanım Fatimə (s.ə)?
Zirvəsidir ismətin!
Kimdir Xanım Fatimə (s.ə)?
Mənassıdır iffətin!
Kimdir Xanım Fatimə (s.ə) ?
Azad edən atəşdən!
Kimdir Xanım Fatimə (s.ə)?
Aşiqləri sərgərdan...
Kimdir Xanım Fatimə (s.ə)?
Aləm ona heyrandır!
Kimdir Xanım Fatimə (s.ə)?
Vilayətə qurbandır!
Kimdir Xanım Fatimə (s.ə)?
Peyğəmbərin (s) varisi!
Kimdir Xanım Fatimə (s.ə)?
Fədək ata mirası!
Fədək – yəni imamət!
O ilahi vilayət!
Kimdir Xanım Fatimə (s.ə)?
Qapı dalında qalan!
Kimdir Xanım Fatimə (s.ə)?
Möhsünü şəhid olan!
Kimdir Xanım Fatimə (s.ə)?
Allahda fəna olan!
Kimdir Xanım Fatimə (s.ə)?
Məzarı gizli qalan!
Kimdir Xanım Fatimə (s.ə)?
Balası qeybətdədir!
Qəlbimiz həsrətdədir!
İntizardı gözümüz,
Ağlar, gülməz üzümüz.
Bir gün gələr Qaimi (ə.f)!
Silər gözlərdən nəmi!
Gələr göstərər yarı,
Gizli qalmış məzarı!
Müəllif: Zeynəb Zeynalabdiyeva
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |