CAN ZƏHRA
Sən cahan qadınlarının tacısan Zəhra,
Həzrəti peyğəmbərin evladısan Zəhra.
Ərşidə əxlaqına heyrandı mələklər,
İffətini səndən almış sadə ürəklər.
İsmətinin vəsfinə aciz olur dillər,
Axirət qadınlarının şahısan Zəhra.
Səndən aldı Zeynəb, Kübra nəcabəti,
Səndə gördü müctəba haqqa ibadəti,
Səndə duydu çün Huseyn zövqün şəhadətin,
Əhlibeyt baxçasının reyhanısan Zəhra.
Ya Fatimə..
Dərdlərə dərmansan Fatimə,
Sahibi ehsansan Fatimə.
Zalımın fəryad günü,
Məzluma imdad günü,
Ah olan məad günü
Atəşə qalxansan Fatimə.
Ümmət yaman dardadı,
Gözlər intizardadı,
Sahib-Zaman hardadı?
Madəri-sultansan Fatimə.
Peyğəmbərimiz qızı Fatimeyi-Zəhra haqqında söyləmişdi:-Fatimə mənim ruhumdu.