Gəl Fatimə! (təvəssül)
Möhsüni al qucağına gəl, Fatimə!
Ey Əhmədi, Muhəmmədi-gül, Fatimə!
Gəl ki, görəl əhvalını, bir halını,
Gəlki, öpək o nur saçan üz-alını.
Aparginən ürəklərdən məlalını,
Qəm-qüssəni bir dəfəlik sil,
FatiməEy Əhmədi, Muhəmmədi-gül, Fatimə!
Biz Əhli-beyt aşıqlərin mehmanısan,
Sevənlərin şəfaətli dərmanısan.
Yar-eşqdən dolan qəlbin ümmanısan,
Eşqin coşar-çağlar qəlbdə sel, Fatimə!
Ey Əhmədi, Muhəmmədi-gül, Fatimə!
Həzrət Əli eşqin, günəştəknur saçar,
İmam Həsən, İmam Hüseyn qəbrin qucar.
Məhəbbətin könül alar, könül açar,
Nəzər eylə, bizə bir çək əl, Fatimə!
Ey Əhmədi, Muhəmmədi-gül, Fatimə!
Sən Cənnəti-Rizvani-Əhlin kövsərisən,
Sən Rəsuli-Əkram eşqi, dilbərisən.
Sən aşiqi-əhli-beytin Əzbərisən,
Təsbehi-haq, Zikr-dodaq-dil, Fatimə!
Ey Əhmədi, Muhəmmədi-gül, Fatimə!
On səkkiz il ömür sürdün bu dünyada,
On səkkiz min aləm səni salar yada.
Sən ədəbi nuru-cahansan üqbada,
Aşiqinə dəyməz bir xələl, Fatimə!
Ey Əhmədi, Muhəmmədi-gül, Fatimə!