Min qəm ilə ey Əliyə (ə) hər dəm həmdəm Fatimə (s.ə)
Ey cavan yaşda görən dünya qədər qəm Fatimə.Min qəm ilə ey Əliyə hər dəm həmdəm Fatimə.
Görməmiş bir böylə qəm bir kimsə ki, sən görmüsən, Ağlar əhvalına, ağlar cümlə aləm Fatimə.
Görmədin sən, bir xəyanətlə qətl edildi Həsən,Ağladı, ol halə yer-göy tutdu matəm Fatimə.
Neyləyərdin sən Hüseyni qanına qəltan görüb, Olsa idin Kərbəladə On Muhərrəm, Fatimə?!
Qasida, mümkün deyil əsla, düşünmək ayrıca, Bir ürəkdir həm Muhəmməd, həm Əli, həm Fatimə.
Müəllif: Qəzəlxan Elman Qasid