Hicab
Fatimə aşiqi! Bağla hicab, etmə günah! Bağlasan aşiq olarsan, nə lətafətdir hicab?!
Cahil insan, demə sən qadına bir bənddir hicab!
Qadının isməti, abrı ona zinətdir hicab.
Hicab olmasa gər şəxsiyyəti tapdalanar,
Nankor insan gözünə, gör necə sərhəddir hicab.
Hicabın yoxluğudur aləmi çəkmiş fəsada,
Fəsad əhli olana, gör necə də sərtdir hicab.
Allahın əmri budur qadına örtsün hicabı,
Namazın düzlüyünə, qəbuluna şərtdir hicab.
Fatimə aşiqi! Bağla hicab, etmə günah!
Bağlasan aşiq olarsan, nə lətafətdir hicab?!
Kim əməl eyləsə Qurana, hicabın taxsa,
Gedəcək Cənnətə o, əhli zəmanətdir hicab.
Hicaba layiq əməl eylə sən, ey möminə, çün
Onu Allah buyurub bil ki, əmanətdir hicab.
Bər-bəzək vurma, hicabın özü zinətdir sənə,
Bəzənib çıxsan əgər, haqqa xəyanətdir hicab.
Haqq yolunda həmişə söz demək şərəfdi mənə,
Hicabın qədrini bil, şani-şərafətdir hicab.
Səməndərin bu cahanda yoxudur xoş güzarı,
Nə qədər yoxdu cəmiyyətdə ona dərddir hicab.
Müəllif: Səməndər Qarabağlı