Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Hicab
Hicaba aid gözəl şeir...
O zamandan ki, Xuda bəndəyə hökm etdi hicab,
Tapdı izzətli məqam, oldu şərafətdi hicab.
Qadının tərifi-şənində kifayətdi hicab,
Allahın onlara bəxş etdiyi nemətdi hicab,
Xaliqin hikmətinin bəhrəsi, rəhmətdi hicab,
Qədr ilə qiyməti var, sahibi-qüdrətdi hicab,
Anatək qarşılanır kim başına ötrdü hicab.
Zühur əsrindən əlamət görünür illətlər,
Bu rəzalət dolu dünyanı tutur zillətlər,
Mənəviyyatdan əsər yox, pozulub fitrətlər,
Milli mənlikləri bir-bir itirir millətlər,
Bizdə ey kaş qorunaydı o qədim adətlər,
Qadına ali dəyər bəxş edən adətdi hicab.
Azəri qızlarının sevdiyi sərvətdi hicab.
Şou-biznesdə olan ətcəbala ulduzlar,
Çoxu şeytan kimi çoxdan çıxarıb buynuzlar,
Analar var görüb onları həyadən sızlar,
Əsri öncə başıbağlıydı gəlinlər, qızlar,
Yetmiş il zülm elədi xalqıma Allahsızlar,
Çoxu fərz eylədi onda, aradan getdi hicab,
Fərz edən indi də var guya qəbahətdi hicab.
Hicabın var qoruyan, amma çox azdır əfsus,
Bu siyasətdi yetirmiş bizə bir Dəğyanus,
Eybi yox ətcəbala gəzsə fransız, ya rus,
Bizim el qızlarına məxsus olubdur namus,
Bu sözün əksinə söz söyləyən alçaq, sən sus,
Yad nəzərlərdən əzizlərmizi gizlətdi hicab,
Azəri qeyrətinin rəmzidi, qeyrətdi hicab.
Vətənim Azəribaycanda çox imanlı qadın,
Sığınıb Allahına, almadı Allahsız adın,
Allahın eşqinə həsr etdi hər istedadın,
Analarmız başıbağlı böyüdüb övladın,
Ali tutmuş həmişə Ali-Rəsul irşadın,
Buyurublar bizə onlardan əmanətdi hicab,
Şərəf-əhlin qoruyan pərdeyi-ismətdi hicab.
Ağamız Həzrəti Peyğəmbərin öz Fatiməsin,
Solan ondan sora gültək, gülərüz Fatiməsin,
Zülmə üsyanı salan tarixə iz Fatiməsin,
Söz ilə vəsf eləyək bəs necə biz Fatiməsin,
Bəndələrdən seçib Allah əziz Fatiməsin,
Aləmin zinəti Zəhrayə də zinətdi hicab,
Nariya, kim nə bilir ki, nə həqiqətdi hicab
Müəllif: Əhli-beyt (ə) şairi Cəsur Nari
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |