Borcu tələb etmək
55. Səmaətibni Mehran nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-dan soruşdum: Bir kişinin mənə müəyyən məbləğdə borcu var idi və bir müddətə qədər gözümə görsənmədi. Axır ki, onun Kə᾽bəni təvaf edən halda gördüm. Öz malımı ondan tələb edimmi? Həzrət (ə) buyurdu: Xeyr, hərəmdən xaric olanadək ona salam vermə və onu qorxuya salma...
İncə mə᾽na:
Əliyyibni Babəveyh buyurmuşdur: Borcu olan şəxsi hərəmdə gördükdə borcu ondan tələb etmək caiz deyildir. Amma hərəmdə ona borc vermiş olsa, eybi yoxdur.
Əllamə Hilli «Muxtələfuş-şiə» kitabında buyurub: Mənim nəzərimə əsasən, hərəmdən xaricdə borc verilərsə, onu hərəmin daxilində tələb etmək məkruhdur, amma bu iş haram sayılmır.
Şəhid (r.ə.) özünün «Əd-durus» kitabında buyurub: Borclu şəxs hərəmə sığınarsa, ondan borcu tələb etmək haramdır
Rəvayət isə dəlalət edir ki, borclu şəxsi hərəmdə gördükdə ondan borcu tələb etmək haramdır və onun hərəmə sığınmaq qəsdində olması şərt deyildir.
4. Məkkədə əncam verilməsi layiqli olan işlər:
Kitabın adı: Quran və hədis baxımından Həcc və Ömrə əməlləri