Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Quranı xətm etmək
61. Həzrət imam Səccad (ə) buyurub: Hər kəs Məkkədə Qur᾽anı xətm edərsə, Həzrət Peyğəmbəri (s) görməmiş və Behiştdə öz yerini müşahidə etməmiş dünyadan getməz.
62. Həzrət imam Baqir (ə) buyurub: Hər kəs Məkkədə cümə günündən gələn cümə gününədək və ya ondan az və yaxud çox bir müddətdə Qur᾽anı xətm edərsə və (xətm etdiyi) gün də cümə günü olarsa, onun üçün dünyada olduğu kimi cümə günündən olacağı sonuncu cümə günənədək savab və əcrlər yazılır. Başqa günlərdə də Qur᾽an xətm edərsə belə savablara nail olar.
63. Həzrət imam Sadiq (ə) buyurub: Məkkə Allahın hərəmi, Peyğəmbərin (s) hərəmi və habelə Əmirəl-mö᾽minin Əli (ə)-ın hərəmidir. Orada qılınan namaz yüz min namazla və bircə dirhəm infaq, yüz min dirhəm infaqla bərabərdir.
Mədinə də Allahın hərəmi, həzrət Peyğəmbərin (s) hərəmi və habelə Əmirəl-mö᾽minin Əli (ə)-ın hərəmidir. Orada qalınan namaz, on min namazla və bir dirhəm infaq, on min dirhəm infaqla bərabərdir.
Kufə də Allahın hərəmi, həzrət Peyğəmbərin (s) hərəmi və habelə Əmirəl-mö᾽minin Əli (ə)-ın hərəmidir. Orada qılınan bir namaz min namazla və bir dinar infaq min dirhəm infaqla bərabərdir.
5. Məkkə əhalisi üçün yaraşan işlər:
Təvaf yerini vacib təvaf üçün boş qoymaq
64. Həzrət Peyğəmbər (s) buyurub: Məkkə əhli və onun ətrafında olanlara çatdırın ki, təvaf yeri, qara daş, İbrahim məqamı və birinci sıranı Zul-qədə ayının iyirminci günündən xaric olan günədək hacıların ixtiyarında qoysunlar.
65. Həzrət Peyğəmbər (s) buyurub: Ey Əbdi Mənaf övladları! Gecə və gündüzün hər bir saatında bu evin ətrafında təvaf edən və namaz qılmaq isətyən heç bir kəsə mane olmayın.
66. Həzrət imam Sadiq (ə) buyurub: Məkkədən olmayanlar üçün təvaf namazdan daha üstündür. Məkkə əhalisi üçün isə namaz daha üstün sayılır.
67. Həriz nəql edir ki, Həzrət imam Sadiq (ə)-dan soruşdum: Qeri-Məkkə əhalisi yə᾽ni, onun ətrafından olanlar üçün təvaf etmək üstündür, yoxsa namaz qılmaq? Həzrət buyurdu: Onun ətrafında yaşayanlar üçün təvaf, Məkkə əhalisi və sakinləri üçün isə namaz qılmaq təvafdan daha üstündür.
68. Əhməd ibni Məhəmməd Bəzənti nəql edir ki, həzrət imam Rza (ə)-dan soruşdum. Məkkə sakinləri üçün təvaf üstündür, yoxsa namaz qılmaq? Həzrət (ə) buyurdu: Namaz qılmaq üstündür.
69. Həzrət imam Sadiq (ə) buyurub: Hər kəs Məkkədə bir il yaşayarsa, təvaf etmək onun üçün namaz qılmaqdan üstündür. İki il müddətində Məkkənin sakini olan şəxs həm təvaf, həm də namazı yerinə yetirsin. Məkkədə üç il yaşayana isə namazı qılmaq, təvaf emtəkdən daha üstündür.
Kitabın adı: Quran və hədis baxımından Həcc və Ömrə əməlləri
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |