![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Tapılmış şeyə malik olmaq
50. Həzrət imam Sadiq (ə) buyurub: Tapılmış şey iki növdür: Onlardan biri hərəmdə tapılmış şeydir ki, onu tapan şəxs bir ilədək e᾽lan etməlidir. Belə ki, onun sahibini tapsa, sahibinə qaytarmalı, əks təqdirdə isə onu sədəqə verməlidir.
Digəri isə hərəmdən başqa yerdə tapılan şeydir ki, bir ilədək e᾽lan etməlisən. Belə ki, sahibi gəldikdə ona qaytarır, əks təqdirdə isə onu özünə götürə bilərsən.
51. Məhəmməd ibni Rəca Ərcani nəql edib ki, həzrət imam Hadi (ə)-a yazdım. Məscidul-həramda olan halda bir dinar görüb onu götürmək üçün əyildikdə ikinci dinarı gördüm və axtardıqda üçüncü dinarı tapdım. Onların hər üçünü götürüb xalqa e᾽lan etdim, lakin sahibi tapılmadı. Bu haqda nəzəriniz nədir?
Həzrət (ə) cavabımda belə buyurdu: Dinarlar barədə yazdığını başa düşdüm. Ehtiyacın varsa, onun üçdə birini, ehtiyacın yoxdursa hamısını sədəqə ver.
3. Məkkədə bəyənilməz işlər:
Məkkədə bir ildən artıq qalmaq
52. Məhəmməd ibni Müslüm Həzrət imam Baqir (ə)-dan nəql etmişdir ki, buyurub: İnsanın bir ildən artıq Məkkədə qalması yaxşı deyildir. Dedim: Bəs nə etsin? Həzrət (ə) buyurdu: Başqa bir yerə getsin.
53. Şeyx Səduq (r.ə.) Həzrət imam Sadiq (ə)-dan nəql etmişdir ki, o həzrət (ə) Məkkədə qalmağı bəyənilmiş saymırdı. Bu isə Həzrət Peyğəmbərin (s) bu şəhərdə çıxarılması üçündür. Məkkədə qalan şəxs başqa bir yerə getməyincə daşürəkli olar.
Uca bina tikmək
54. Həzrət imam Baqir (ə) buyurub: Heç bir şəxsin Kə᾽bədən uca bir ev tikməsi layiqli və yaxşı deyildir.
Kitabın adı: Quran və hədis baxımından Həcc və Ömrə əməlləri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









