![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Özlərini möhrimlərə oxşatmaq
70. Həzrət imam Sadiq (ə) buyurub: Məkkə əhalisinin köynək geyinməsi yaxşı deyil. Əksinə yaxşıdır ki, onlar da möhrimlər kimi toz-torpağa batmış olsunlar. Və hökumətin onları buna görə cəzalandırması layiqlidir.
71. Həzrət imam Sadiq (ə) buyurub: Təməttö᾽ həccini əncam verən şəxsin ehram halından xaric olduqda köynək geyməyib əv möhrimlərlə birgə geyimdə olması layiqlidir. Həcc mövsümündə Məkkə əhalisinin də beləcə olması layiqlidir.
6. Orada olan hər zülm ilhad sayılır:
«Şübhəsiz kafir olan şəxslər, Allah yolu və Məscidul-hərama getməyin qarşısını alırlar. O məscidi istər e᾽tikaf ibadəti, istərsə də adi əhali üçün bərabər qərar verdik və hər kəs orada zülmkarlığa ilhad niyyətində olarsa, ona dərdli əzabdan dadızdırarıq.
72. Həzrət Peyğəmbər (s) buyurub: Məkkədə yeyinti məhsulları ehtikar etmək (baha qiymətə satmaq üçün anbarda gizlətmək) ilhad sayılır.
73. Müaviyətibni Əmmar nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-dan «və mən yurid fihi bi-ilahdin bizulmin) ayəsi barədə soruşduqda buyurdu: Hər növ zülm ilhaddır və xadimi günahsız olan halda vurmaq da ilhad növündəndir.
74. Əbu Səbah Kənani nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-dan «və mən yurid fihi biilhadin...» ayəsi barədə soruşduqda buyurdu: Məkkədə (yaşayan və) özünə oğurluq və ya zülmkarlıq ilə zülm edən və yaxud başqası tərəfindən hər növ zülmə mə᾽ruz qalmağı ilhad bilirəm. Elə buna görə də o həzrət (ə) hərəmdə sakin olub (yaşamaqdan) çəkinirdi.
75. Həzrət imam Sadiq (ə) buyurub: — «və mən yurid fihi biilhadin bizulmin» ayəsi barədə buyurdu: Hər kəs orada (hərəmdə) Allahdan başqasına ibadət edib və ya Allah övliyalarından başqası ilə dostluq və birlik edərsə, o şəxs zülm vasitəsi ilə mülhid sayılır və ona dərdli əzabdan dadızdırmaq Allahın öhdəsindədir.
Bəyan:
«İlhad» doğru və haq yoldan azmaq mə᾽nasını daşıyır. Qeyd olunmuş bu ayədə zalımlar mülih adlanmış və onlara əzab və᾽dəsi verilmişdir. Bu isə zülmün ilhad üçün səbəb olma mə᾽nasını yetirir. Çünki, zülmkarlıq haqdan bir növ üz döndərmək və azmaqdır. Amma bu ayə bundan əlavə, Məkkə hərəmindən başqa bir yerdə həyata keçməyən xüsusi bir hökmə də işarə edir. Bu hökm (həqiqətdə) hər bir zümlkarı etdiyi zülmün böyük və ya kiçik olmasına baxmayaraq mülhid adlandırır.
Həmçinin Məkkədə həyata keçirilən zülmü böyük günah sayaraq, onun ardınca dərdli əzab və᾽dəsi verir və bu ümumiliyə tə᾽kid olunmuşdur. Çünki «mən» kəlməsi bir növ ümumiyyəti yetirir və hər bir işə şamil olunsun deyə «yurid» fe᾽linin məf᾽ulu atılmışdır. Bundan əlavə bu ümumiyyəti yetirmək üçün həm «ilhad», həm də «zülm» sözü ayədə məchul formada gətirilmişdir.
Beləliklə də ayənin tərkibi (ərəb qarammatikası baxımından quruluşu) belədir:
—«Mən yurid...» cümləsi sonadək, ayənin başlanğıcında olan «innə» hərfinin xəbəri olduğuna dəlalət edir;
—«İlhad» sözündə olan «ba» hərfi birgə və həmrahlıq mə᾽nasını yetirir;
—«Zülm» sözündə olan «ba» hərfi isə səbəbiyyət mə᾽nasını yetirir.
Kitabın adı: Quran və hədis baxımından Həcc və Ömrə əməlləri
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |