Allahdan savayı heç kimə yaraşmaz ki, başqasına alovla əzab versin
Müəllif:
miryaqub | 9-12-2013, 14:35 | Baxılıb: 0
Abdullah ibn Məsud rəvayət edir ki, hərbi yürüşlərin birində Peyğəmbərlə birlikdə idik. Allah Rəsulu qısa bir müddətə bizdən ayrıldı. Bu arada biz iki balası ilə yuvasında oturmuş quş gördük.
Quşun balalarını yuvadan götürdük. Ana quş başımızın üstündə həyəcanla uçur, hərdən özünü balalarının yanına çatdırıb çırpınırdı. Peyğəmbər yanımıza qayıtdı, bu hadisəni görəndə buyurdu: «Kim bu quşun balasını götürməklə ona zülm edib? Tez bunun balasını özünə qaytarın!» Sonra Peyğəmbər bizim yandırdığımız qarışqa yuvasını gördü, soruşdu: «Bunu kim edib?». Cavab verdik: «Biz etmişik». Peyğəmbər buyurdu: «Cəhənnəmin sahibindən (yəni Allahdan) savayı heç kimə yaraşmaz ki, başqasına alovla əzab versin».
Allahdan savayı heç kimə yaraşmaz ki, başqasına alovla əzab versin
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.