وأمَّا حَقُّ رَعِيَّتِكَ بالعِلْمِ فَأَنْ تَعْلَمَ أَنَّ اللهَ قَدْ جَعَلَكَ لَهُمْ فِيمَا آتاكَ مِنَ الْعِلْمِ وَولاّكَ مِنْ خَزَانةِ الْحِكْمَةِ، فَإنْ أَحْسَنْتَ فِيمَا ولاّكَ اللهُ مِنْ ذلِكَ وَقُمْتَ بهِ لَهُمْ مَقَامَ الخَازِنِ الشَّفِيقِ النَّاصِحِ لِمَولاهُ فِي عَبيدِهِ، الصَّابرِ الْمُحْتَسِب الَّذِي إذَا رأَى ذا حَاجَةٍ أَخرَجَ لَهُ مِنَ الأَمْوَالِ الَّتِي فِي يَدَيهِ كُنْتَ رَاشِدًا، وَكُنْتَ لذَلِكَ آمِلاً مُعْتَقِدًا وَإلاّ كُنْتَ لَهُ خَائِنًا وَلِخَلقِهِ ظَالِمًا وَلِسَلْبهِ وَعِزِّهِ مُتَعَرِّضًا.
"Sənin elmi rəiyyətin sayılan şagirdilərin haqqı budur ki, biləsən, Allah-taala, sənə verdiyi elm və ixtiyarında qoyduğu hikmət xəzinəsinə görə onları sənin şagirdilərin qərar verib. Əgər Allahın sənə əta etdiyi bu hamiçilikdə yaxşı əməl etsən, səbirli və Allah istədiyi xeyirxahmövla və mehriban xəzinadar olsarsan. Ehtiyaclı gördükdə öz mal-dövlətindən ona verən kimi olsan, ağıllı və imanlı xadimsən. Yoxsa, Allaha xəyanət, xalqa qarşı zalim olmuş olarsan. Həmçinin, izzət və nemətin aradan getməsinə səbəb olarsan! "
"Məkarimul-əxlaq kitabında yazır:
"Əgər insanları öyrəndikdə yaxşılıq edib onlarla tünd və pis davranış etməsən, Allah öz fəzl və kərəmindən elminə əlavə edər. Əgər əhalini öz elmindən məhrum edib onlarla pis və çətin rəftar etsən, Allah Özünə vacib bilir ki, elmi və biliyi səndən geri alsın və əhali arasında olan məqamından çıxasan."
İmam Səccad (əleyhissalam) hüquq bəhsinin bu qismətində aşağıdakı mövzulara işarə etmişdir.
Birinci: Müəllimin öyrəndiyi və ələ gətirdiyi elm və hikmətAllahın nemətlərindəndir. Müəllimin özünün zatında heç bir şey yoxdur. Beləliklə, bu mövzuya diqqət etməklə, müəllimdə qürur hissi aradan gedir.
İkinci: Müəllim, bu bilik və hikmətdə başqalarının xəzinədarıdır. Bu xəzinənin bölünməsində mehriban üzügülər və üzüaçıq olmaqdır.
Üçüncü: İmam Səccad (əleyhissalam) müəllimi, elm və hikmətin xəzinədarı bilir. Elm xəzinəsindən bağışlamağı, mal-dövlət xəzinəsindən bağışlamağa bənzədib, bildirir ki, bu işdə xəsislik edilməməlidir.
Dördüncü: Əgər müəllim öz vəzifəsinə əməl etsə, öz əmanətinin hifzində ciddi olan əmanətdar kimidir. Əgər öz vəzifəsinə əməl etməsə, insanlar barəsində zülm və sitəmi rəva bilib, onların hüquq və izzətini azaltmış xəyanətkar şəxs kimidir. Nəhayət, müəllim, elm öyrətmək yolunda yaxşı yol və bəyənilmiş rəftar seçməklə şagirdləri elm və biliyə olan həvəslərini artırsın.Müəllimin pis rəftarı, əsəbləşməsi və pis xasiyyəti səbəb olur ki, şagird sinifdən soyusun, bəlkə də, təhsili tərk etməyə səbəb olsun. Əslində, müəllim bu əməllə öz elm və biliyinə qarşı xəyanət edir və şagirdlərin öyrədilməsində xəsislik göstərir.
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
Müəllif: Qudrətullah Məşayixi