İradə mexanizmi
İnsanda iradə və iradi hərəkətin mənşəyi olan meyillər və cazibələr mövcuddur. Psixoloqlar müxtəlif təbii və fitri meyilləri araşdıraraq, müxtəlif cür qruplaşdırmışlar. Biz isə, yalnız özümüzdə müşahidə etdiyimiz meyillər haqqında danışacağıq.
Yemək və içmək kimi bə’zi meyillər orqanizmdəki kimyəvi və fizioloji proseslərlə əlaqəlidir. Bu meyllər orqanizmdə uyğun ehtiyaclar yaranan kimi baş qaldırır. Digər bir qrup meyllər bədəndə xüsusi halətlər yaradır. Məsələn, insanda intiqam hissi baş qaldırdığı zaman o qəzəblənir, çöhrəsinin rəngi dəyişir. Başqa bir qrup meyillərə «atifi» hisslər daxildir. Bu hisslərə misal olaraq ailə üzvləri arasındakı şəfqət və mehribançılığı göstərmək olar.
Digər bir qüvvə, insan xarakterindəki həqiqətaxtarma hissidir. İnsan daim çalışır ki, hadisələrin mahiyyətini anlayıb, həqiqətdən xəbər tutsun. İnsan xarakterindəki meyillərdən biri də öz qüdrətini artırıb, tə’sir dairəsini genişləndirmək meylidir.
Xarakterdə əhəmiyyətli yer tutan hisslərdən biri e’tibar, məqam, şəxsiyyət azadlığı qazanmaq meylidir.
İnsanı həqiqi kamillik qarşısında baş əyməyə vadar edən, onun zahiri və mə’nəvi gözəlliklərə olan fitri meylidir. Bütün meyillərin əsasını insanın özünə olan məhəbbəti təşkil edir. Bu meyil, mövcudluğu qoruma və mümkün kamilliklərə yiyələnmədən ibarətdir. Təhlükədən qaçma, qidalanma, şəhvət, intiqam, ailə məhəbbəti kimi bütün hisslər insanın özünə məhəbbətindən doğur.
Sözsüz ki, bu bəhsdə bütün fitri meyilləri sadalaya bilmədik. Bu meyillər ayrı-ayrılıqda, eləcə də, qrup şəkilində fəaliyyət göstərə bilərlər. Onu da qeyd edək ki, fitri meyillərin elm və idrakdan ayrılıqda zikr olunması, onların şüursuz olması məqsədini daşımır. Sözsüz ki, iradə mexanizmi idrak mexanizmi ilə sıx əlaqədədir.
Kitabın adı: Nəfsi saflaşdırmadan qabaq özünütanıma
Müəllif: Ustad Misbah Yəzdi