![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Üçüncü üsul
İnsan muxtar (ixtiyar sahibi olan) bir varlıqdır
İnsan müxtəlif cəzbedici qüvvələrdən tə᾽sirlənmək və onlardan hansısa birini seçmək bacarığına malik olmaqla başqa varlıqlardan fərqlənir. İnsanda olan bu qüvvə onda iradə və ixtiyar qüvvəsinin də olmasını bildirir.
İnsanın heyvan, bitki və qeyri-üzvi maddələrlə olan fərqlərindən biri də onun hər hansı bir işi iradi olaraq öz mövcud güc və qüvvəsindən, meyl, şövq və ya qorxu üzündən həyata keçirməsidir. Məsələn, maqnitin dəmiri özünə tərəf çəkməsi, istək, şövq və ya qorxu üzündən deyil, təbii qanunlarla əlaqədardır. Həmçinin odun yandırıcı olması, bitkinin torpaqda bitməsi, ağacın tumurcuqlayıb meyvə verməsi, bütün bunlar və bunlara oxşar işlər hamısı cəbri və təbii şəkildə baş verir.
Amma heyvanların yol getməsi cəbri deyildir və o, bu işdən xəbərdardır və istəməsəydi bu işi etməzdi. Odur ki, heyvanı «istəyi ilə hərəkətdə» olan varlıq adlandırırlar. Başqa sözlə desək, heyvanda mövcud olan qüvvələrin bir hissəsi onun istəyinə tabedir. Belə ki, heyvan istəsə o qüvvələr iş görür və istəməsə görmür.
İnsanda da onun istəyinə tabe olan bir sıra güc və qüvvələr mövcuddur. Bu güc və qüvvənin heyvanda olan qüvvələrlə fərqi, heyvanın bu təbii və instinktual şəkildə olan istəyin qarşısını ala bilən başqa bir qüvvənin olmamasındadır. Heyvanın meyli bir şeyə təhrik olunarsa, hökmən o işi görəcəkdir. Çünki onun özündə bu işin qarşısını ala bilən başqa bir qüvvə yoxdur. Həmçinin heyvanda ölçüb-biçmə qüdrəti, uzaqgörənlik və meyli çəkən şeyin hansı tərəfi yaxşı və hansı tərəfi pis olduğunu ayıra bilən qüvvə də mövcud deyildir.
Amma insan belə deyil. O, öz daxili istək və meyllərinin qarşısını almaq və istədiyi işi necə icraetmə qüdrətinə malikdir. İnsanda olan bu qüdrət onun iradəsindən doğan bir şeydir. İradə də öz növbəsində ağıl qüvvəsinə tabedir. Belə ki, ağıl işi müəyyənləşdirir, iradə isə onu icra edir.
İnsan ağıl və iradəsinə arxalanaraq, xaricdən göstərilən tə᾽sirlərin qarşısını alıb «azad» və müstəqil bir «adaya» çevrilir. O öz ağıl və iradə gücü sayəsində özünə malik olur və şəxsiyyətini möhkəmləndirir.
Kitabın adı: İnsanı tanımaq
Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |