Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İnsan «məsuliyyətli» bir varlıqdır
İnsan agah, mürəkkəb və muxtar (ixtiyar sahibi) olduğu üçün məs᾽uliyyət sahibi olan bir varlıqdır. Onda olan bu imkan və xüsusiyyətlər onu məs᾽uliyyətli bir varlıq olmaq, yə᾽ni ona öz gələcək həyatını qurmaq imkanlarını vermişdir. Şəhid Mütəhhəri insanda bu xüsusiyyətlərin onun məs᾽uliyyətli olmasına səbəb olduğunu təsdiqləyərək söyləyir: İnsanın öz gələcək həyatını tə᾽yinetmə xüsusiyyətinə malik olması onda olan üç xislətdən irəli gəlir:
1. Onun dünya və ətraf mühitə baxışı və agahlığın geniş olması; İnsan elm gücü ilə dünyaya baxış və agahlıq dairəsini genişləndirib, təbiətin dərinliklərini dərk etməyə çalışır. O, bu yolla təbiətin qanunlarını tanımağa başlayır. Bununla da o, təbiəti özünə yararlı surətdə qurub düzəltmək imkanlarını genişləndirir.
2. İnsan istəklərinin geniş və tükənməz olması. Bu, insanın mürəkkəbliyinə, yə᾽ni cism və ruhdan təşkil olmasına edilən işarədir. Bu xüsusiyyətin insanda olması, onda olan istəklərin iki qismə bölünməsinə səbəb olmuşdur.
a). Cismə aid olan istəklər;
b). Ruha aid olan istəklər;
3. İnsan bütün varlıqlarla fərqli olaraq özünü qurub yetişdirmək imkanına malikdir.
Qur᾽ani-kərimin «Dəhr» surəsinin 2-3-cü ayələrində söylədiyimiz bu xüsusiyyətlərin hamısı bir yerdə bəyan olunur.
«Həqiqətən, Biz insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq.»
İnsanı başqa varlıqlarla fərqli olaraq azad və muxtar yaratmışıq. Elə buna görə də görəcəyi işlərə görə sorğu-sual olunacaqlar. Bunun ardınca deyilir:
«Biz ona haqq yolu göstərdik. İstər [ne᾽mətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]».
İnsan azadlığını və azadlıq mənşəyini, eləcə də onun ixtiyar sahibi olmasını bundan gözəl şəkildə ifadə etmək mümkün deyil. Onu sorğu-sual etdik, onu eşidən, görən və agah yaratdıq, ona haqq yolu göstərdik. Deməli, insan öz aqibət və yolunu özü tə᾽yin etməlidir.
Ona görə də insanın şəxsiyyəti müstəqil və azaddır. Allahın əmanətçisidir, onun yer üzündə olan elçisidir və buna görə də məs᾽uliyyət daşıyır. Ondan öz işi və təşəbbüsü ilə yer üzünü abad etməsi və öz ixtiyarı ilə iki yoldan birini, səadət və ya bədbəxtlik yolunu seçməsi tələb olunmuşdur.
Qur᾽ani-kərim «Əhzab» surəsinin 72-ci ayəsində buyurur:
«Biz əmanəti [Allaha itaət və ibadəti, şər᾽i hökmləri yerinə yetirməyi] göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil olan insan isə onu götürdü. [İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi.]»
Kitabın adı: İnsanı tanımaq
Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |