İslam dini baxımından insanşünaslığın üsulları
İslam dini baxımından insanşünaslığın üsulları
Güc və qüvvənin tə᾽rif olunmağa heç də ehtiyacı yoxdur; tə᾽sir bağışlaya bilən hər hansı bir amilə güc və ya qüvvə deyilir. Dünyada hər hansı bir varlıq bir və ya bir neçə tə᾽sir edici qüvvəyə malikdir. Belə ki, istər qeyri-üzvi maddə və bitki, istərsə də heyvan və insan və ümumiyyətlə hər bir şey hansısa bir qüvvəyə malikdir. Hər hansı bir qüvvənin həyata keçirilməsində şüur və istək də rol oynasa, ona «qüdrət» və ya «bacarıq» deyiləcək.
İnsan başqa mövcudların malik olmadığı bir sıra imkan və bacarıqlarla zənginləşmiş bir varlıqdır. Onda mövcud olan bu imkan və bacarıqlar ona «dini mükəlləfiyyət» və «məs᾽uliyyət hissi» daşımaq ləyaqətini bəxş etmişdir. İnsanda mövcud olan bu imkan və bacarıqlara «insanşünaslıq üsulları» deyilir.
Bu üsullar aşağıdakılardır:
1. Agahlıq;
2. Mürəkkəb bir varlıq olmaq; (ruh və cism).
3. İxtiyar sahibi olmaq;
4. Məs᾽uliyyət hissi daşımaq.
Kitabın adı: İnsanı tanımaq
Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.