![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Birinci üsul
İnsan "agah" bir varlıqdır
İnsan zatən və öz-özlüyündə agah bir varlıqdır. Belə ki, onun zatı eynilə agahlıqdır və ya onun xəmiri agahlıqla yoğrulmuşdur. Biz əgər əvvəl insanın «mənliyinin» vücuda gəlməsini, daha sonra öz «mənliyindən» agah olduğunu düşünsək, səhv etmiş olarıq. İnsan mənliyi ilə agahlıq eyni zamanda vücuda gəlir. Bu vücudagəlmə prosesində agah olan, yə᾽ni agahlığın özü və agah olunan şey eyni hesab olunurlar. Agahlıq mənliyinin özünə bərabər olması, eyni bir həqiqətdir.
İnsan sonrakı mərhələlərdə, yə᾽ni az-çox başqa varlıqlarla tanış olandan sonra, zehnində öz şəklini canlandıraraq özü ilə tanış olur. Başqa ifadə ilə desək, vasitəli elm yolu ilə özünü tanıyır. Amma o, başqa varlıqlarla tanış olmazdan əvvəl də, vasitəsiz elm yolu ilə özünü tanıyırdı.
İnsan özündə belə bir agahlıq hiss etdikdən sonra, daha özündən soruşmur ki, görəsən mən varam, yoxsa yox? Və ya əgər varamsa, bəs kiməm? və s. Çünki vasitəsiz elm yolu ilə əldə olunan agahlıqda, heç bir şübhəyə yer qalmır.
Dekartın əsaslı səhvlərindən biri onun şübhəyə yer olmayan «mən varam» məsələsində şübhə edib, «mən fikirləşirəmsə demək varam» məfhumu ilə bu şübhəni aradan qaldırmaq cəhdi olmuşdur. İnsanda fitri agahlığın olması bir həqiqətdir. Bu agahlıq sonradan qazanılası deyil, cəbri xəlq olunmuş insan mənliyinin necəliyidir. Məhz buna görə də insanların də᾽vət olunduğu agahlıqla, onda olan cəbri surətdə yaradılmış agahlıq arasında böyük fərq vardır.
Qur᾽ani-kərim ana bətnindəki rüşeymin əmələ gəlmə prosesini bəyan edərkən axırıncı mərhələyə yetişdikdə buyurur:
«[Biz] sonra onu başqa [yeni] bir məxluq olaraq yaratdıq».
Bu ayədə özündən agah olmayan maddənin özünü tanıyan ruh sahibi olan cövhərə çevrilməsi məsələsinə işarə olunur. Həmçinin agahlığın genişlənməsi ilə bərabər həyatın da genişlənməsinin bir həqiqət olduğu bizə mə᾽lumdur. İnsan ruhu, onun agahlığı ilə eyni bir şeydir. Elm və agahlığı geniş olan insanın, ruh və həyatı da geniş olar.
Demək, insan özündən nə qədər çox agah olsa, bir o qədər çox canlı hesab olar. Fəlsəfi dillə desək, canlı olmaq «müşəkkək»8 bir həqiqətdir; yə᾽ni onun yüksələn xətt boyunca müxtəlif dərəcə və mərtəbələri vardır. İnsanın agahlıq dərəcəsi tədricən yüksəldikcə, onun həyat və canlılıq dərəcəsi də yüksəlir.
Kitabın adı: İnsanı tanımaq
Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









