» » İdrak mexanizmi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İdrak mexanizmi
    0
    Müəllif: Huseynci Medine | 8-08-2016, 16:00 | Baxılıb: 1 420
     İdrak mexanizmi
    İnsan idrakı müxtəlif surətlərdə gerçəkləşir. Bir qrup dərketmə qüvvəsi fiziki, kimyəvi və fizioloji fəaliyyət göstərməklə yanaşı, xarici aləm və hiss üzvləri arasında yaranır. Məsələn, görmə, eşitmə, qoxulama, dadma və toxunma. Digər bir qrup dərketmə qüvvəsi kənar maddəyə toxunmadan işə düşür: məsələn aclıq və susuzluq.
    Daha bir qrup idrak qüvvəsi xüsusi psixoloji qüvvələr vasitəsi ilə insan zehnində yaranır. Məsələn, görmə, eşitmə, qoxulama, dadma və toxunma. Digər bir qrup dərketmə qüvvəsi, kənar maddəyə toxunmadan işə düşür: Məsələn aclıq və susuzluq. 
    Daha bir qrup idrak qüvvəsi, xüsusi psixoloji qüvvələr vasitəsi ilə insan zehnində yaranır.
    İnsanın özünümüşahidəsindən aydın olur ki, xarici hiss üzvləri ətraf aləmə qapandıqdan sonra belə, onların əldə etdiyi mə’lumatlar insan yaddaşında qorunur.
    Zehnin digər bir fəaliyyət növü «varlıq», «yoxluq», «mümkün», «imkan» kimi ümumi məfhumların dərkinə aiddir. Zehnin başqa bir fəaliyyət növü müxtəlif məfhumlar arasında vəhdət yaratmaq, iki mühakimənin tərkibinə əsasən, üçüncü mühakimənin dərkinə nail olmaqdır.
    Zehni mühakimə nəzəri və əməli olmaqda iki qismə bölünür. Bə’zən nəzəri idrakı «nəzəri əql», əməli idrakı «əməli əql» adlandırırlar. Əslində bu iki qüvvə bir-birindən ayrı deyildir. Əql, hərəkət və onun nəticəsi arasındakı əlaqəni dərk edir. Onun iradə ilə birbaşa əlaqəsi yoxdur.
    Dərketmə qüvvələrindən biri, nəfsin özünə olan elmidir. Yə’ni bütün mövcudlar öz daxili qüvvələrindən xəbərdardırlar. 
    Hamıya məxsus dərketmə qüvvələrindən əlavə telepatiya, hipnoz kimi xüsusi qüvvələr də vardır.
    Bütün dərketmə qüvvələrinin fövqündə Allahın peyğəmbərlərə göndərdiyi vəhy dayanır. Vəhy bir çox insanlarda müşahidə olunanan ilhamın oxşarıdır. Məsələn, Musanın (ə) peyğəmbərlik məqamına çatması onun anasına ilham olundu. Bir çox elmlərin mə’sum imamlara ilham olunduğu da bir gerçəklikdir. Amma adi insanlar daim şeytani vəsvəsələrlə qarşılaşdıqları üçün onlarda müşahidə olunan uyğun halı əsaslı hesab etmək olmaz. 
    İradə mexanizmi
    İnsanda iradə və iradi hərəkətin mənşəyi olan meyillər və cazibələr mövcuddur. Psixoloqlar müxtəlif təbii və fitri meyilləri araşdıraraq, müxtəlif cür qruplaşdırmışlar. Biz isə, yalnız özümüzdə müşahidə etdiyimiz meyillər haqqında danışacağıq. 
    Yemək və içmək kimi bə’zi meyillər orqanizmdəki kimyəvi və fizioloji proseslərlə əlaqəlidir. Bu meyllər orqanizmdə uyğun ehtiyaclar yaranan kimi baş qaldırır. Digər bir qrup meyllər bədəndə xüsusi halətlər yaradır. Məsələn, insanda intiqam hissi baş qaldırdığı zaman o qəzəblənir, çöhrəsinin rəngi dəyişir. Başqa bir qrup meyillərə «atifi» hisslər daxildir.  Bu hisslərə misal olaraq ailə üzvləri arasındakı şəfqət və mehribançılığı göstərmək olar.
    Digər bir qüvvə, insan xarakterindəki həqiqətaxtarma hissidir. İnsan daim çalışır ki, hadisələrin mahiyyətini anlayıb, həqiqətdən xəbər tutsun. İnsan xarakterindəki meyillərdən biri də öz qüdrətini artırıb, tə’sir dairəsini genişləndirmək meylidir. 
    Xarakterdə əhəmiyyətli yer tutan hisslərdən biri e’tibar, məqam, şəxsiyyət azadlığı qazanmaq meylidir.
    İnsanı həqiqi kamillik qarşısında baş əyməyə vadar edən, onun zahiri və mə’nəvi gözəlliklərə olan fitri meylidir. Bütün meyillərin əsasını insanın özünə olan məhəbbəti təşkil edir. Bu meyil, mövcudluğu qoruma və mümkün kamilliklərə yiyələnmədən ibarətdir. Təhlükədən qaçma, qidalanma, şəhvət, intiqam, ailə məhəbbəti kimi bütün hisslər insanın özünə məhəbbətindən doğur.
    Sözsüz ki, bu bəhsdə bütün fitri meyilləri sadalaya bilmədik. Bu meyillər ayrı-ayrılıqda, eləcə də, qrup şəkilində fəaliyyət göstərə bilərlər. Onu da qeyd edək ki, fitri meyillərin elm və idrakdan ayrılıqda zikr olunması, onların şüursuz olması məqsədini daşımır. Sözsüz ki, iradə mexanizmi idrak mexanizmi ilə sıx əlaqədədir.
    İdrak və iardə mexanizmlərinin əlaqəsi
    Hər bir meyl xüsusi bir hisslə müşayiət olunur. Məsələn, yeməyə iştaha, aclıq hissindən başlayır. Bu bağlılıq o qədər güclüdür ki, tərəflər vahid halda görünür.
    Bütün meyllər və istəklər də münasib dərketmə qüvvəsi ilə bağlıdır. Uyğun misallardan idrak mexanizminin iradə mexanizmini necə hərəkətə gətirməsi aydın görünür. Hətta bir fitri meyli işə salmaq üçün bir neçə dərketmə qüvvəsi eyni zamanda işə düşə bilər. 
    Bu iki mexanizm arasında xüsusi əhəmiyyət kəsb edən digər bir əlaqə də vardır. Məsələn, yemək qoxusu duyan insanın iştahası oyanır və ya müəyyən bir səhnənin müşahidəsindən insanda nifrət yaranır. Bu bağlılıq təbii olmadığından, olduqca maraqlıdır. Bə’zən insan elə güman edir ki, onun bə’zi meyilləri tamamilə səbəbsiz oyanmışdır və bu işə təəccüb edir. Amma insanın nəzərindən qaçan bu əlaqə, daha çox əhəmiyyətə malikdir. İnsan elə yaradılmışdır ki, o bir dəfə yediyi dadlı xörəyin qoxusunu sonralar duyanda, həmin yeməyin dadını xatırlayır və iştahası oyanır. İnsanın bir dəfə gördüyü səhnədən ömrünün sonunadək təxəyyülündə iz qalması, onu olduqca ehtiyatlı davranmağa məcbur edir.  «İsra» surəsinin 36-cı ayəsində insana xəbərdarlıq olunur: «Bilmədiyin bir işin ardınca getmə. Çünki qulaq, göz və ürək hər biri sorğu-sual olunacaqdır».
    Demək, insanın xatirələri onun qəlb halətinə daimi tə’sir göstərir. Saleh insanlarla görüş, dini məclislərdə iştirak, müqəddəs yerlərin ziyarəti insan xatirəsində canlandıqca Allah yada düşür. İnsan diqqətini doğru yola yönəltməkdə bu xatirələrdən kömək alır. Əksinə, insan təxəyyülünü çirkləndirmiş günah səhnələri onun diqqətini həqiqətdən  yayındırır. Şəhvət yaradan səhnələrin tamaşasını haram buyuran İslam, insan təxəyyülünün paklığını yüksək qiymətləndirir və onu insan səadətində tə’sirli bilir. Qur’ani-şərifdə fitri paklığı qorumaq məqsədi ilə insanın seçdiyi dostun, onun səadətindəki əhəmiyyətinə işarə olunur: «Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim. And olsun ki, Qur’an mənə çatdıqdan sonra məni doğru yoldan o sapdırdı» .
    Həvarilər İsa peyğəmbərdən soruşdular: «Kiminlə yoldaşlıq edək?» İsa peyğəmbər buyurdu: «Görüşü Allahı xatırladan, danışığı elminizi artıran, rəftarı axirəti sevdirən insanları dost seçin».
    Meyil və əlaqənin idrakda rolu
    İdrak qüvvələrinin istifadəsi çox zaman bizim ixtiyarımızdadır. İstədiyimiz vaxt istənilən bir səhnəyə tamaşa edə bilər, istənilən vaxt bu səhnəyə göz yuma bilərik. Belə təsəvvür oluna bilər ki, əgər göz açıqdırsa, o hökmən qarşısındakı səhnəni görməlidir. Lakin təcrübə başqa söz deyir. İnsan açıq gözlə qarşısındakı səhnəni görməyə də bilər. İnsan qulağına yetişən səsi eşitməyə də bilər. Bu hal o zaman baş verir ki, insanın diqqəti tamam başqa bir istiqamətə yönəlir. Demək, diqqət yoxdursa, dərketmə də yoxdur.
    Diqqətin olub-olmaması çox zaman insanın meylindən asılı olur. Yə’ni insan dərk etməyə meyilli olduqda idrak hasil olur, meyl olmadıqda, idrak da fəaliyyət göstərmir. Məsələn, uşaq ağlayarkən onun səsini birinci ana eşidir. Hətta ana öz körpəsinin səsinə yuxudan oyanır. Hansı ki, bu səsə başqa bir şəxs yuxudan oyana bilməz.
    Meyl təkcə hissi idraka tə’sir göstərmir. O, təxəyyülə, ağıla, düşüncəyə də tə’sirlidir. Məsələn, insan maraqlandığı şeyi asanlıqla yadda saxlayır. Mütəfəkkir maraqlandığı məsələlərdə daha çox irəliləyiş əldə edir. Bir çox insanlar müəyyən bir məsələnin analizində əvvəlcədən maraq göstərdikləri nəticəyə gəlirlər. Bə’zən insanın doğru olmayan bir nəticəyə marağı onu azdırır və insan həqiqətdən uzaq düşür. Meylinin ziddinə olan bir nəticəyə gəlmiş insan, şübhəyə düşür. Açıq-aşkar dəlillər şübhəni aradan qaldırdığı zaman hafizədə xətalar yaranır və dəlillər qısa müddətdə unudulur. Müəyyən amillər həqiqəti ona xatırlatdığı zaman, yenə də qəlbən qəbul etməyib, inkar yolunu seçir. «Onlar yalnız zənnə və nəfslərindən gələn istəklərə uyurlar. Halbuki, onlara haqq yolu göstərən rəhbər göndərilmişdi».
    Demək, yalnız daxili meyillərinə qələbə çalmış insanların gəldikləri nəticələr e’tibarlıdır. Əgər insanın cilovu nəfs istəklərinin əlindədirsə, doğru nəticəyə heç bir ümid yoxdur. 
    Hətta hüzuri elmlərə münasibətdə də daxili meyillər mühüm rol oynayır. Bu meyillər diqqəti əsl məsələdən yayındıraraq, insanı qəflətə düçar edirlər. Bu qəflət səbəbindən, insan hüzuri elmin bir mərtəbəsi olan Allahpərəstlik meylinə biganəlik göstərir.
    İdrak qüvvələrindən yalnız o zaman düzgün faydalanmaq mümkündür ki, qəlb nəfs istəklərindən pak, zehn təxəyyül mühakiməsindən azad olsun. Tərəqqi yalnız təqvadadır. İnsan yalnız təqva ilə zinətlənir, mə’nəviyyat nurundan bəhrələnmək iste’dadı qazanır.
    «Şübhəsiz ki, bunda qəlb sahibi, eşitdiyinə qulaq asan bir kimsə üçün ibrət vardır» .
    «Bu kitabda şübhəyə yer yoxdur və o, müttəqilərə doğru yol göstərir» .
    «Nəfsini təmizləyən mütləq nicat tapacaqdır» .
    «Əgər Allahdan qorxsanız, O, sizə haqla-nahaqqı ayırd  edən nur verər» . 
    «Ey iman gətirənlər! Allahdan qorxun və onun peyğəmbərinə iman gətirin ki, Allah sizə öz mərhəmətindən ikiqat pay versin və sizə nur bəxş etsin» .
    Doğru düşüncə tərzindən məhrum olan insana şeytan hakim kəsilir və bu insan cəhalətə düçar olur: «Nəfsini özünə tanrı edən insanı Allahın necə azdırıb, qulağını və qəlbini möhürlədiyini, gözünə də pərdə çəkdiyini gördünmü? Allahdan başqa kim onu doğru yola qaytara bilər?!» .
    Şeytan haqqında əzəldən belə yazılmışdır ki, «hər kəs şeytanla dostluq etsə, şeytan onu yoldan çıxarıb cəhənnəm əzabına sürükləyər» . 
    «Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, biz ona şeytanı urcah edərik və o şeytanın yaxın dostu olar» .
     
    Kitabın adı: Nəfsi saflaşdırmadan qabaq özünütanıma
    Müəllif: Ustad Misbah Yəzdi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ramilə | Status: | 9 Ağustos 2016 11:53 | Qonaq | Şərh yazdı
    Salam. Uwaq vaxdindan qelbimde Allaha ve dinimize boyuk sevgim var idi. Bilirdim ki, bir gun mende namaz qilacam. Uca Allah menede qismet etdi namaz qilmaqi ve nehayyet mende namaz qiliram. 5 ildir namaz qiliram. Namazi mecidlerden paylanan vereqlerden oyrendim. Namaz qilanda Allahi ekberle bawliyirdim amma ruketlerden sonra Allahi ekber demirdim. Cunku namaz qaydalarinda bunu gorsedmirler. Indi bilmisen ve sefimi duzeltmiwem. Bilmek isderdim ki, namazlarim batildi ya yox?
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra kənizi | Status: İstifadəçi Offline | 8 Ağustos 2016 23:21 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacı Allah əcrini versin 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.