İslamda ağılın insanlıq cövhəri olması nəzəriyyəsi
Qeyd etdiyimiz kimi, filosofların nəzərincə insanın cövhəri ancaq və ancaq onun ağılıdır. Yerdə qalan isə ondan doğan alət və vasitələrdir. Əgər göz, qulaq, hafizə, xəyal qüvvəsi kimi üzvləri görürüksə, onların hamısı ağılın istifadə etməsi üçün yaradılmış şeylərdir.
İslamda bu məsələni, yə᾽ni insan üçün ancaq və ancaq ağılın cövhər olmasını təsdiq edən heç bir dəlil və sənəd yoxdur. İslamda insan vücudunun bütövlükdə ağıldan təşkil edilməsi deyil, sadəcə onun şaxələrindən biri olduğu təsdiq edilir.
İslamda ağılın höccət və şəkil olması
Biz islami mənbələrdə heç dində rastlaşmadığımız bir şeylə - ağılın fövqəladə e᾽tibarlı bir sənəd kimi qiymətləndirilməsi ilə qarşılaşırıq. Bu barədə islami mətnlərdə (Qur᾽an və hədislərdə) yüksək mə᾽nalı sözlər söylənilmişdir.
Kitabın adı: İnsanı tanımaq
Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri