Hədislərdə əqlin etibarlı bir sənəd olduğunu təsdiq edən dəlillər
Hədislərdə əqlin etibarlı bir sənəd olduğunu təsdiq edən dəlillər
Hədislərdə ağılın e᾽tibarlı bir sənəd olması barədə o qədər söz söylənilib ki, əgər mənbələrə müraciət olunsa, mö᾽təbər kitabların bir fəslinin bu mövzuya həsr olunduğunu görərik. Hətta bə᾽zi kitabların bu barədə olan bəhsləri «ağıl barəsində kitab» ünvanlı fəsillə başlanır. Şiə məzhəbinin hədisləri bu məsələni əvvəldən axıradək təsdiq və himayə edir.
İmam Musa ibni Cə᾽fər (ə)-ın bu barədə fövqəladə bəyanı vardır. O həzrət buyurur:
«Peyğəmbər iki növdür, biri insanın daxilində olan ağıl, ikinci isə xaricdə insanlar arasında seçilmiş peyğəmbər. Bu iki peyğəmbər bir-birinə nisbətdə təkmilləşdirici rol ifa edirlər. Nəbi (Allahın göndərdiyi elçi) olmasa, ağıl heç vaxt insanları səadətə çatdıra bilməz. Eləcə də ağıl olmasa, nəbilərin sözünün faydası olmaz, bəşəriyyət hidayət və səadət yoluna istiqamətlənməz. Bunların hər ikisi (ağıl və nəbi) bir cür iş görürlər».
Ağılı təsdiq və himayə etmək üçün, bu ifadədən yüksək söz söyləmək mümkün deyildir. Əlbəttə bu barədə çox sözlər deyilmişdir. O cümlədən:
Aqil insanın yuxusu cahillərin ibadətindən üstün sayılır;
Aqilin sakit dayanması, cahilin hərəkətindən üstün sayılır;
Allah-taala heç bir şəxsi, ağlını kamala çatdırmazdan əvvəl peyğəmbərliyə göndərməmişdir.
Deməli, həkimlərin nəzəriyyəsinin bir hissəsini — ağılın düzgün bilik və mə᾽rifət əldə etmək üçün e᾽tibarlı bir sənəd sayılmasını islam da təsdiq edir.
Kitabın adı: İnsanı tanımaq
Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.