Allahı gözlə görməyin qeyri-mümkünlüyünün dəlili
Allahı gözlə görməyin qeyri-mümkünlüyünün dəlili
Allahı gözlə görməyin qeyri-mümkünlüyünə müxtəlif dəlillər qeyd edilmişdir. Burada onlardan ikisinə işarə edirik:
1. Gözlə görünməyin əsas şərti göz qarşısında olmaqdır. Göz qarşısında olmaq isə xüsusi cəhətdə(məkanda) yerləşmək deməkdir. Bu səbəbdən, gözlə görsənmək cəhət və məkanda olmaq deməkdir. Allah-təala da cəhət və məkanda deyi. Deməli, Allah-təala gözlə görünməz.
2. Allah-təala gözlə görünərsə ya bütünlüklə görünər ya da bir hissəsi görünər. İkinci fərziyyə absurddur. Çünki zatda tərkiblə nəticələnir. Birinci fərziyyə də əsassızdır. Çünki Allahın zatının məhdud olması ilə nəticələnir. Halbuki Allahın zatı qeyri-məhdud və sonsuzdur.
Kitabın adı: Kəlam elmi
Müəllifin adı: Dr. Məhəmməd Səidimehr
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.