» » » Qədr gecələrinin müştərək əməlləri və on doqquzuncu gecənin əməlləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Qədr gecələrinin müştərək əməlləri və on doqquzuncu gecənin əməlləri
+5
Müəllif: Aşiqi Rüqəyya | 3-06-2018, 10:21 | Baxılıb: 2 182
 
 
 Qədr gecələrinin müştərək əməlləri və On doqquzuncu gecənin əməlləri 
Sual: Qədr gecələrinin əməlləri hansılardır?
Ətraflı cavab: Qədr gecəsi insanların ləyaqət və qabiliyyətlərinə əsasən, onların bir illik müqəddəratının (taleyinin) təyin olunduğu bir gecədir. İl ərzindəki gecələrdən heç biri əzəmət və fəzilət baxımından ona çata bilməz və o gecədəki əməllər min aylıq əməllərdən üstündür.
Allahın mələkləri və bütün mələklərdən daha əzəmətli olan "Ruh" adlı mələk Allahın izni ilə yerə enir və imam Zamanın (ə.c) hüzuruna gəlir və hər bir insan üçün bir il müddətində müəyyən edilənləri o həzrətə bildirir. 
Xoş o kəsin halına ki, Quranın nazil olduğu belə bir gecədən faydalanaraq onu tövbə, dua, ağlamaq və Allah dərgahına üz tutmaqla keçirir və özü üçün dəyərli, mənəvi və ruhani bir aqibət və taleyin təyin olunması ilə bağlı zəminə və müqəddimə hazırlayır.
Məsum imamlar Qədr gecəsini dəqiq olaraq müəyyənləşdirməmiş və onun üç gecədən (on doqquzuncu, iyirmi birinci və iyirmi üçüncü) biri olduğunu qeyd etmişlər ki, möminlər Qədr gecələrinin əməllərini hər üç gecədə yerinə yetirməklə mənəvi hal və feyz əldə etsinlər və Allahın xüsusi mərhəmət və lütfünə nail olmaq üçün kamil şəkildə hazır olsunlar.
Baxmayaraq ki, alimlər rəvayətlərə əsasən, iyirmi bir və iyirmi üçüncü gecələrin Qədr gecəsi olmasına daha yaxın hesab edirlər. 
Ayın on doqquzuncu gecəsi:
Bu gecə Qədr gecələrinin birinci gecəsidir və onun əməlləri bu gecədən başlayır.
Qədr gecələrinin əməlləri:
Qədr gecələrinin əməlləri iki qismə bölünür: 
Birincisi, hər üç Qədr gecəsi üçün müştərək olan əməllər.
İkincisi, onların hər birinin özünəməxsus əməlləri.
 
Qədr gecələrinin müştərək əməlləri:
1. Qədr gecəsi üçün qüsl almaq. Mərhum Əllamə Məclisi yazır: "Daha yaxşı olar ki, Qədr gecəsi üçün qüslü qüruba yaxın alsınlar və məğrib namazını onunla qılsınlar." ("Zadul-məad", səh. 185.)
2. İki rükətli namaz qılmaq. Hər rükətdə "Fatihə" surəsindən sonra yeddi dəfə "İxlas" surəsini oxumaq və namazı qurtardıqdan sonra, yetmiş dəfə "əstəğfirullahə və ətubu iləyh" ((اَسْتَغْفِرُ اللّهَ وَ اَتُوبُ اِلَیْهِ demək. 
Peyğəmbərdən (s) nəql edilən rəvayətdə belə buyurulur: "Bu əməlləri yerinə yetirən kəs yerindən qalxmamış Allah-taala onun, ata və anasının günahlarını bağışlayar və mələklər təyin edər ki, gələn ilə qədər onun üçün həsənə (xeyir əməllər) yazsınlar." ( "İqbal", səh. 186.)
3. İmam Baqir (ə) bu gecənin digər bir əməli barədə belə buyurmuşdur: "Quranı açıb üzünüzün müqabilində tutub deyin: 
اَللّهُمَّ اِنّى اَسْیَلُکَ بِکِتابِکَ الْمُنْزَلِ وَما فیهِ،وَفیهِ اسْمُکَ ]الاْعْظَمُ[ الاْکْبَرُ،وَ اَسْماوُکَ الْحُسْنى،وَما یُخافُ وَیُرْجى،اَنْ تَجْعَلَنى مِنْ عُتَقایِکَ مِنَ النّارِ.
"İlahi, Səndən nazil edilən kitabın və onda olanlar və əzəmətli və gözəl, eyni zamanda ümid edilən və qorxulan adların olan şeylərə xatir məni Cəhənnəmdən azad (xilas) etməyini istəyirəm.
Sonra öz hacətini istəyirsən." ( "İqbal", səh. 186 və "Zadul-məad", səh. 185.)
4. Quranı başın üzərinə qoymaq mərasimi. İmam Sadiqin (ə) buyurduğuna əsasən, Quranı başın üstünə qoyur və belə deyirsən:
اَللّهُمَّ بِحَقِّ هذَا الْقُرْآنِ، وَ بِحَقِّ مَنْ اَرْسَلْتَهُ بِهِ، وَبِحَقِّ کُلِّ مُوْمِن مَدَحْتَهُ فیهِ، وَبِحَقِّکَ عَلَیْهِمْ، فَلا اَحَدَ اَعْرَفُ بِحَقِّکَ مِنْکَ.
"İlahi, bu Quranın, onu bu Quranla göndərdiyin kəsin və onda mədh etdiyin hər bir möminin və Sənin onlar üzərindəki (sənin özündən başqa, heç kəsin bilmədiyi) haqqına xatir. Sənin özündən başqa heç kəs Səni layiqincə tanıya bilməz!” 
Sonra hər biri on dəfə olmaqla belə deyirsən: 
بِکَ یا اللهُ (Bikə ya Allah)
بِمُحَمَّد (Bi Muhəmmədin (s))
بعَلِىٍّ (Bi Əliyyin (ə))
بِفاطِمَهَ (Bi Fatimətə (ə))
بِالْحَسَنِ  (Bil-Həsəni (ə))
بِالْحُسَیْنِ (Bil-Huseyni (ə))
بِعَلِىِّ بْنِ الْحُسَیْنِ (Bi Əliyyibnil-Huseyni (ə))
بِمُحَمَّدِ بْنِ عَلِىٍّ (Bi Muhəmməd ibn Əli (ə))
بِجَعْفَرِ بْنِ مُحَمَّد (Bi Cəfər ibn Muhəmməd (ə))
بِمُوسَى بْنِ جَعْفَر (Bi Musəbni Cəfər (ə))
بِعَلِىِّ بْنِ مُوسى  (Bi Əliyyibni Musa (ə))
بِمُحَمَّدِ بْنِ عَلِىٍّ  (Bi Muhəmməd ibn Əli (ə))
بِعَلِىِّ بْنِ مُحَمَّد  (Bi Əliyyibni Muhəmməd (ə))
بِالْحَسَنِ بْنِ عَلِىٍّ  (Bil-Həsən ibn Əli (ə))
بِالْحُجَّهِ (Bil-Huccəti (ə))
Sonda nə hacətin varsa, Allahdan istə. Bu zikrləri hüzuri-qəlblə və bütün diqqətini ilahi dərgaha yönəldərək de!
Yaxşı olar ki, əgər təvəssül oxumaq və ya mərsiyə demək istəsələr, duadan əvvəl və ya sonra olsun və duanın arası kəsilməsin.
5. İmam Hüseynin (ə) ziyarəti. Əllamə Məclisinin söylədiklərinə əsasən, hər üç gecədən birində imam Hüseyni (ə) ziyarət etmək təkid edilmiş müstəhəb əməllərdəndir.  Rəvayətlərdə günahların bağışlanmasına səbəb olduğu qeyd edilmişdir.  Əgər yaxından ziyarət etmək mümkün olmasa, uzaqdan ziyarət edilsin (və ziyarətnaməsi oxunsun).
6. Qədr gecələrində oyaq qalmaq. Yəni, bu gecəni sübhə qədər ibadət, dua, Quranın tilavəti, dini söhbətlər, dini sual-cavablar və ya təfsir və etiqadi kitabların mütaliəsi ilə keçirmək.
İmam Baqirdən (ə) nəql edilən rəvayətdə belə bildirilir: "Kim Qədr gecəsində əhya saxlasa, günahları çox olsa belə bağışlanar." ( "İqbal", səh. 186.) Yaxşı olar ki, əvvəlki gün bir qədər istirahət edilsin və az yemək yeyilsin ki, yuxu insana qələbə çalmasın. Əhya saxlamaq qüdrətinə malik olmayanlar yaxşı olar ki, gecənin əvvəlində yatsınlar və sübhə yaxın oyaq qalaraq ibadətlə məşğul olsunlar. 
7. Yüz rükət (hər biri iki rükət və bir salamdan ibarət) namaz qılmaq. Bu namazın həddən artıq savabı vardır və daha fəzilətlisi budur ki, namaz qılanın əgər qüdrəti olsa, hər rükətdə "Fatihə" surəsindən sonra on dəfə "Qul huvəllah" (İxlas) surəsini desin. 
8. Mərhum Şeyx Kəfəmi "Misbah" kitabında nəql edir ki, imam Zeynəl-Abidin (ə) bu duanı Qədr gecələrinin on doqquz, iyirmi bir və iyirmi üçüncü gecəsində ayaq üstə, oturduqda, ruku və səcdə etdikdə oxuyardı:
اَللّهُمَّ اِنّى اَمْسَیْتُ لَکَ عَبْداً داخِراً، لا اَمْلِکُ لِنَفْسى نَفْعاً وَلا ضَرّاً، وَلا اَصْرِفُ عَنْها سُوءاً، اَشْهَدُ بِذلِکَ عَلى نَفْسى، وَاَعْتَرِفُ لَکَ بِضَعْفِ قُوَّتى وَقِلَّهِ حیلَتى، فَصَلِّ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَاَنْجِزْ لى ما وَعَدْتَنى وَجَمیعَ الْمُوْمِنینَ وَالْمُوْمِناتِ مِنَ الْمَغْفِرَهِ فى هذِهِ اللَّیْلَهِ، وَاَتْمِمْ عَلَىَّ ما اتَیْتَنى، فَاِنّى عَبْدُکَ الْمِسْکینُ الْمُسْتَکینُ، اَلضَّعیفُ الْفَقیرُ الْمَهینُ، اَللّـهُمَّ لا تَجْعَلْنى ناسِیاً لِذِکْرِکَ فیـما اَوْلَیْتَنى، وَلا لاِحْسانِکَ فیما اَعْطَیْتَنى، وَلا ایِساً مِنْ اِجابَتِکَ، وَاِنْ اَبْطَاَتْ عَنّى فى سَرّآءَ اَوْ ضَرّآءَ، اَوْ شِدَّه اَوْ رَخآء، اَوْ عافِیَه اَوْ بَلاء، اَوْ بُوْس اَوْ نَعْمآءَ، اِنَّکَ سَمیعُ الدُّعآءِ
"İlahi, mən özümə zərər və xeyir vermək sahibi və xoşagəlməz hadisələri özümdən kənarlaşdırmaq qüdrətinə malik olmayan halda və xar və zəlil bəndə olaraq gecəni keçirdim. Bunu mən özümə şəhadət verir və Sənin qarşında zəif və çarəsizliyimə etiraf edirəm. Belə isə, Məhəmməd və Ali-Məhəmmədə salam göndər və mənə, bütün mömin kişi və qadınlara bu gecədə bağışlanmaqla bağlı vədə etdiklərinə vəfa elə və mənə verdiklərini (nemətlərini) tamamla, həqiqətən, mən Sənin miskin, möhtac, aciz (zəif), əliboş bəndənəm. İlahi, məni mənə nemət verdiklərin şeylər və bəxş etdiklərində Səni yad etməyi unudanlardan etmə!
Hətta uzunmüddətli olsa belə, istər şadlıqda, istər kədərdə, istər çətinlikdə, istərsə də, asayişdə olduğumda, istər sağlamlıqda, istər bəlaya düçar olduğumda, istər əliboş, istərsə də, nemətlər içində olduqda, (duaları) qəbul etməyindən məni naümid eləmə, həqiqətən, Sən duaları eşidənsən! 
9. Mərhum Əllamə Məclisi belə buyurur: "Bu gecədə ən yaxşı əməl insanın özü, atası, anası, yaxınları, mömin qardaşları üçün onların həyatda olub-olmamasından asılı olmayaraq, günahların bağışlanması, dünya və axirətləri üçün dua etməkdən ibarətidr. Eyni zamanda, mümkün olduğu miqdarda Peyğəmbər və Ali-Peyğəmbərə (ə) salavat göndərmək lazımdır. Bəzi rəvayətlərdə "Cövşən-kəbir" duasını hər üç gecədə oxumaq tövsiyə olunmuşdur." ("Zadul-məad", səh. 186)
Rəvayətdə qeyd olunub ki, bir şəxs Peyğəmbərin (s) hüzuruna gələrək o həzrətə dedi: "Əgər Qədr gecəsini dərk edə bilsəm, Allahdan nə istəyim?" Peyğəmbər (s) buyurdu: "Sağlamlıq istə!" ("Mustədrəkul-vəsail", c.7, səh. 458, hədis 12.)
Hər üç Qədr gecəsinin özünəməxsus əməllərivardır. İndi On doqquzuncu gecənin əməllərini təqdim edirik.

On doqquzuncu gecənin əməlləri:
On doqquzuncu gecənin əməlləri aşağıdakılardan ibarətdir:
1. Yüz dəfə "Əstəğfirullahə və ətubu iləyh" (اَسْتَغْفِرُ اللّهَ رَبِّى وَ اَتُوبُ الَیْهِ) (Allahdan bağışlanmaq diləyir və ona tərəf qayıdıram) demək. 
2. Yüz dəfə "Allahummələn qətələtə Əmiril-muminin" (İlahi, Əmirəl-mömininin (ə) qatilinə lənət elə!) (اَللّهُمَّ الْعَنْ قَتَلَهَ اَمیرِالْمُوْمِنینَ) demək. 
3. "Ramazan ayının gündəlik duaları" bölməsində qeyd etdiyimiz duanı (Ya zəlləzi kanə .... ("Camei-novin”, səh. 766)) oxumaq. 
4. Bu duanı oxumaq:
اَللّهُمَّ اْجْعَلْ فیما تَقْضى وَتُقَدِّرُ مِنَ الاْمْرِ الْمَحْتُومِ، وَفیما تَفْرُقُ مِنَ الاْمْرِ الحَکیمِ فى لَیْلَهِ الْقَدْرِ، وَفِى الْقَضآءِ الَّذى لا یُرَدُّ وَلا یُبَدَّلُ، اَنْ تَکْتُبَنى مِنْ حُجّاجِ بَیْتِکَ الْحَرامِ، اَلْمَبْرُورِ حَجُّهُمْ، اَلْمَشْکُورِ سَعْیُهُمْ، اَلْمَغْفُورِ ذُنُوبُهُمْ، اَلْمُکَفَّرِ عَنْهُمْ سَیِّیاتُهُمْ، وَاجْعَلْ فیما تَقْضى وَتُقَدِّرُ، اَنْ تُطیلَ عُمْرى، وَتُوَسِّعَ عَلَىَّ فى رِزْقى، وَتَفْعَلَ بى کَذا وَکَذا.
"İlahi, qəti olan qəzavü-qədərini bizim üçün təyin et, Qədr gecəsində geri çevrilməyən və dəyişilməyən hikmətli işləri ayırdıqda, məni Sənin evini (Kəbənin) ziyarət edən, həcləri bəyənilən və dəyərli, səyləri (Səfa və Mərvə arasındakı əməlləri) qəbul və günahları bağışlanmış və eyibləri örtülmüş olan hacılardan elə, qəza və qədərində mənim üçün uzunömürlü olmağı təqdir et və mənə geniş (bol) halal ruzi nəsib elə! Mənim üçün filan və filan işləri elə!” ( "Biharul-ənvar", c.95, səh. 147.)
کذا و کذا (kəza və kəza (filan və filan işlər)) yerinə öz hacətlərini deyirsən.
 

Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
 
 
Bölmə: Hicri-Qəməri təqvimi / Ramazan
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.