Əllahumməc`əl fima təqzi və tuqəddiru minəl əmril məhtum, və fima təfruqu minəl əmril həkim, fi ləylətil qədr, və fil qəzailləzi la yurəddu və la yubəddəl, ən təktubəni min huccaci bəytikəl həramil, əl məbruri həccuhum, əl məşkuri sə`yuhum, əl məğfuri zunubu-humul mukəffəri ənhum səy-yiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə ələyyə fi rizqi, və təf`ələ bi kəza və kəza.
Tərcüməsi
On doqquzuncu gecənin əməlləri bir neçə əməllərdən ibarətdir:
1. Yüz dəfə «Əstəğfirullahə rəbbi və ətubi iləyh» demək.
2. Yüz dəfə «Əllahumməl`ən qətələtə Əmirəlmöminin” demək.
3. Dördüncü hissədə deyilən "Ya zəlləzi kanə...” duasını oxumaq.
4. Aşağıdakı duanı oxumaq: İlahi, hökm və müqəddər etdiyin qaçılmaz əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarılmayan hökmündə məni Öz evinin – "Beytül-Haram”ın həcləri gözəl, səylərinin əvəzi verilmiş, günahları bağışlanmış və pis əməlləri pərdələnmiş hacılarından hesab edəsən. Həmçinin hökm və müqəddər etdiyin işlərdə ömrümü uzun edib ruzimi bol edəsən və mənim üçün bu işləri yerinə yetirəsən... Kəza və kəza sözlərinin yerinə öz hacətlərinizi istəyin.