» » » Quran baxımından Qədr gecəsinin fəziləti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Quran baxımından Qədr gecəsinin fəziləti
    +5
    Müəllif: Admin | 3-06-2018, 10:30 | Baxılıb: 2 308
    Quran baxımından Qədr gecəsinin fəziləti Qədr gecəsi fəzilətli, başqa gecələrdən üstün və böyük əhəmiyyətə malik olan bir gecədir. Allah-təala bu haqda Qurani-Kərimdə buyurur: 
    "Ya Peyğəmbər! Sən nə bilirsən ki, nədir Qədr gecəsi. Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir).           Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti 1000 ay (təqribən 84 il) ibadətdən üstün və fəzilətli olar. Islami rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunmuşdur. Onlardan bir neçəsini oxucuların nəzərinə çatdırmağı faydalı hesab edirəm. Burada qeyd etmək lazımdır ki, Islam peyğəmbərindən əvvəlki peyğəmbərlərin dövründə onlar üçün Qədr gecəsi təyin olunmamışdır. Islam peyğəmbərinin dövründə Allah-təala onun ümməti üçün bu mübarək gecəni təyin etdi. Bir gün həzrət Peyğəmbər (s) öz səhabələrinə Israil tayfasının uzun ömürlü olmasından və onların 80 illik və daha artıq ibadətlərindən söhbət açdıqda onlar qibtə edərək dedilər: "Ilahi! Nə olaydı, bizə də uzun ömr əta edəydin və biz də bütün ömrümüzü sənə ibadət etməyə sərf edərdik.” Belə düşünərək səhabələr Bəni-Israil tayfasına qibtə edirdilər. Allah-təala həzrət Peyğəmbərə(s) bu ayəni nazil etdi:  
    "Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir).”1  Yə‟ni böyük Allah öz peyğəmbərinə demək istəyir ki, ey mənim peyğəmbərim, Mən sənin ümmətinə uzun ömr verməmişəm, lakin əvəzində onlar üçün gecələr arasında bir gecə tə‟yin edirəm və adını da Qədr gecəsi qoyuram. Kim o gecəni ibadətlə məşğul olarsa, ona 1000 ayın (müstəhəb) ibadətinin savabından artıq savab verərəm. Başqa bir hədisdə nəql olunur ki Islam peyğəmbəri (s) Allaha münacat edərkən belə dedi: "Ilahi! Sən məndən əvvəlki peyğəmbərlərin ümmətinə uzun ömr vermişdin onlar da sənə bütün ömrü boyu ibadət edib çoxlu savab qazanıblar. Lakin mənim ümmətimə az ömr vermisən onlar da sənə təbii ki o biri ümmətlərdən az ibadət edib az savab qazanırlar.” Beləcə, Peyğəmbər(s) bu kimi ifadələrlə çox münacat etdi. Allah-təala həzrət Peyğəmbərə(s) buyurdu: "Düzdür sənin ümmətinə az ömr vermişəm lakin sənə və sənin ümmətinə çox dəyərli bir gecə tə‟yin etmişəm. Bu gecənin ibadəti 1000 ayın ibadətindən daha fəzilətli və daha üstündür.”  Beləliklə Allah-təala bu ayəni nazil etdi: "Qədr gecəsi 1000 aydan daha xeyirlidir.” Bu ayənin ardınca Allah-təala buyurur: 
    "O gecə (Qədr gecəsi) mələklər və Ruh (Cəbrail) Rəbbinizni ilə yerə enərlər.”
      O gecə mələklər yer üzünə enib Allahın bu aləmdə insanlara və cinlərə tə‟yin etdiyi imamı canişini ziyarət edərlər. Ümumiyyətlə bunu da qeyd etmək lazımdır ki hər bir zamanın bir imamı vardır. Allah-təala hər bir zamanda peyğəmbərlər  göndərmişdir. Islam peyğəmbərindən sonra da Peyğəmbərin(s) yolunu davam etdirən imamlar göndərmişdir. Imam Əli(ə) Imam Həsən(ə) Imam Hüseyn(ə) Imam Səccad(ə) Imam Baqir(ə) Imam Sadiq(ə) Imam Museyi-Kazim(ə) Imam Rza(ə) Imam Cavad(ə) Imam Hadi(ə) Imam Həsən Əskəri(ə) bir-birinin ardınca imamlıq edəndən sonra Allah-təala  Imam Zamani(əc) qeyb pərdəsi altında saxladı. Hal-hazırda o həzrət yaşayır lakin insanların gözündən qeybdədir. Allah-təala istədiyi zaman O, zühur edəcək. Bu, Allah-təalanın iradəsidir. Odur ki hər zaman yer üzündə imam vardır. Irəlidə dediyimiz kimi, Allah-təala Qur‟ani-Kərimdə buyurmuşdur: "O gecə mələklər və Ruh (Cəbrail) Rəbbin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işi icra etmək üçün (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.”                                          
    Bir nəfər imam Baqirdən(ə) soruşdu: "Ey Allahın höccəti Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olduğunubilirsənmi?” Imam Baqir(ə) buyurdu: "Əlbəttə, bilirəm. O gecə bütün mələklər yerə enərək bizi ziyarət edirlər.” Deməli, mə‟lum olur ki, yer üzü heç vaxt höccətsiz qalmayıb və qiyamət gününə qədər də höccətsiz olmayacaq. Hər il Qədr gecəsi mələklər yer üzünə enib Allahın insanlar üçün tə‟yin etdiyi imamı ziyarət edib onu salamlayırlar. Islam Peyğəmbərinin(s) dövründə də Qədr gecəsi mələklər yerə enib o Həzrəti ziyarət edirdilər. Həzrət Peyğəmbər(s) özü buyurmuşdur: "Qədr gecəsi mələklər göydən yerə enib məni ziyarət edirlər. Məndən sonra  Qədr gecəsi mələklər Əlini(ə) ziyarət edəcəklər. Əlidən(ə) sonra isə onun on bir övladını ziyarət edəcəklər. Indiki zamanda da şübhəsiz ki, mələklər yer üzünün höccəti olan Imam Zamanı(ə.c) ziyarət edirlər.”    Allah-təala Qədr surəsinin 5-ci ayəsində buyurur:  
    "O gecə dan yeri sökülənə kimi salamatlıqdır. (Əmin-amanlıqdır)”  Yə‟ni Qədr gecəsi Allah insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar. Qədr gecəsi gözəl bir gecədir və Allah-təala o gecədə mərhəmət sağlamlıq və əmin-amanlıq nazil edir. Deməli Qədr gecəsində həm Qur‟an nazil olub həm də o gecənin ibadəti 1000 ayın ibadətindən üstündür. O həm bərəkətli bir gecədir həm Allahın mərhəməti olan bir gecədir, həm Allahın xeyir-bərəkəti əmin-amanlığı insanlara nazil olan bir gecədir və həm də o gecə mələklər yerə nazil olaraq yer üzünün imamını ziyarət edirlər.  Hədislərdə nəql olunmuşdur ki o gecə şeytan mö‟minlərə yaxın düşə bilmir. Şeytan fasiq azğın, pozğun adamlarla məşğuldur lakin mö‟minlər o gecəni çətinliklə də olsa ibadət edirlər. O gecə mələklər bir-birini salamlayırlar və imamı ziyarət edəndən sonra mö‟minləri də salamlayırlar.  
    Burada çox yaxşı olar ki, bir hədisi nəzərinizə çatdırım. Həzrət Ibrahim(ə) peyğəmbər Allahın əzəmətli və heybətli peyğəmbərlərindən biri idi. Allah- təala Qur‟anda da onun adını bir neçə dəfə zikr etmişdir. "Bir gün Allah mələklərdən bir neçəsinə Həzrət Ibrahimə(ə) övlad müjdəsi verməyi əmr etdi. Mələklər Ibrahim peyğəmbərin yanına gəlib salam verdikdən sonra  onun övladı olacağını (Ismayılı(ə)) müjdə verdilər. Ibrahim peyğəmbər buyurdu: "Bütün dünya bir tərəfə mələklərin mənə verdiyi salam bir tərəfə. Onların salamı mənə o qədər mə‟nəvi ləzzət verdi ki o ləzzəti heç bir şeyə dəyişmərəm və heç vaxt onların salamının ləzzəti mənim yadımdan çıxmayacaq.” Allahın mələkləri insanla danışarkən ona xüsusi bir ləzzət mə‟nəvi rahatlıq bəxş edir. Beş-altı mələyin salam verməsi həzrət Ibrahimə(ə) bu qədər mə‟nəvi ləzzət bəxş edirsə görəsən bütün mələklər insana salam verərkən nə qədər mə‟nəvi ləzzət bəxş etmiş olar? Əgər bir şəxs mə‟nəvi ləzzəti dərk etmirsə deməli o şəxsin özünün mə‟nəvi xəstəliyi vardır. Məsələn bir məclisdə bütün qonaqlar onlar üçün hazırlanmış gözəl və ətirli yeməkdən yedikcə ləzzətindən doymur hey tə‟rifləyirlər. Lakin bir nəfər o yeməyin dadını və ləzzətini hiss etmir və xörəyin dadsız və ləzzətsiz olduğunu deyir. Aydın məsələdir ki həmin şəxs xəstədir və həkimə müraciət etməlidir. Çünki hamı bu yeməyin dadından ləzzətindən danışır onu bişirənləri tə‟rifləyir. Lakin o, bunu hiss etmir. Deməli belə bir şəxsdə çatışmamazlıq vardır. Odur ki Qədr gecəsi insan o ləzzəti dada bilməsə, onun mənəvi xəstəlikləri olduğu mə‟lum olur. Həzrət Ibrahimi(ə) odun içinə atanda Allah-təala atəşə Ibrahimi(ə) yandırmamasını əmr etdi. Bu haqda Ənbiya surəsində belə buyurur:  
    "Biz də : Ey atəş! Ibrahimə qarşı sərin və zərərsiz ol! – deyə buyurduq."  
    Bu hadisəni hədislərdə belə nəql edirlər: Həzrət Ibrahimi(ə) odun içinə atdılar mələklər Allah tərəfindən gəlib Ibrahim peyğəmbərə salam verdilər. Mələklərin Ibrahimə(ə) salam verməsi nəticəsində atəş onun üçün gülüstana çevrildi. Hətta belə nəql edirlər ki Həzrət Ibrahim(ə) od-alovun içində gül- çiçəklər arasında əyləşmişdi. Bu vaxt Nəmrud sarayın eyvanında durub e‟damın gedişatını izləyirdi. Nəmrud özü Ibrahimin(ə) peyğəmbər olduğunu bilirdi. Lakin Nəmrudun uşaqları Ibrahimin(ə) peyğəmbər olduğunu bilmirdi. O öz uşaqlarını aldatmışdı ki Ibrahim onun düşmənidir. Nəmrudun uşaqları da inanmışdılar ki Ibrahim atalarının düşməni olduğuna görə onu e‟dam edirlər. Nəmrudun Rə‟zə adlı bir qızı vardı. O qız eyvanda durub Ibrahimin(ə) aqibətini gözləyir və bu hadisəyə tamaşa edirdi. Lakin gördü ki atəş Ibrahimi(ə) yandırmır. Eyvandan Həzrət Ibrahimi(ə) səslədi və dedi: "Ya Ibrahim! Sən nə dedin ki od səni yandırmadı?” Həzrət Ibrahim(ə) buyurdu: "Hər kim «Bismillahir-Rəhmanir-Rəhim» deyib bu tonqalın içinə daxil olsa, alov onu yandırmaz.” Qız eyvandan düşüb «Bismillahir-Rəhmanir-Rəhim» deyərək tonqalın içinə daxil oldu və gedib Həzrət Ibrahimin(ə) yanında əyləşdi. Hədislərdə nəql olunur ki sonra Həzrət Ibrahim(ə) o qızı öz oğlanlarının biri ilə evləndirdi həmin ailədən bir neçə peyğəmbər dünyaya gəldi. Odur ki hədisdə bizə buyurulur: "Mələklərin Ibrahimə (ə) salam verməsi nəticəsində atəş onun üçün gülüstana çevrildi.” Deməli, Qədr gecəsi göy üzünün mələkləri yerə nazil olub müsəlman və mö‟minləri salamlayır. Hər kəs bu gecənin ləzzətini mə‟nəvi gözəlliyini hiss etmək və günahlarının bağışlanmasını istəyirsə bu gecəni ibadətlə keçirməli mələklərin salamına cavab verməlidir.  Burada  bir neçə mətləbi əziz möminlərin nəzərinə ərz edirəm: 
    Mənbə: "Qədr gecəsi" kitabı
    Müəllif: Ocaq Nejad ağa
     
     
    Bölmə: Hicri-Qəməri təqvimi / Ramazan
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 20 Temmuz 2014 17:16 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun In shaa Allah...yazan elleriniz var olsun, derd qormesin, Hacetleriniz qebul olunsun tezlikle in sha Allah...Allah sizi heqiqi ibadet edenlerden qerar versin In shaa Allah....

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 20 Temmuz 2014 14:37 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH SONSUZ RAZI QALSIN SIZDEN TEKRAR BILIYIN ANASIDIR NE QEDER TEKRAR ETSEK BIR O QEDER DE YADDASIMIZA HEGG OLAR 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 20 Temmuz 2014 10:18 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.MARAQLI MELUMATLARDIR
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.