» » » İyirmi üçüncü gecəyə aid olan xüsusi əməllər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İyirmi üçüncü gecəyə aid olan xüsusi əməllər
    0
    Müəllif: Aşiqi Rüqəyya | 28-06-2016, 17:00 | Baxılıb: 1 245

    İyirmi üçüncü gecəyə aid olan xüsusi əməllər


    İyirmi üçüncü gecə:
    Bu gecə əvvəlki iki gecədən daha üstündür. Çoxlu saydakı hədislərdən Qədr gecəsinin bu gecədə olması məlum olur. İmam Baqirdən (ə) nəql edilən bir hədisdə bildirilir ki, "Cuhəni" adlı bir şəxs Allah Rəsulunun (s) yanına gələrək belə dedi: "Mən Mədinədən kənarda yaşayıram və çoxlu sayda qoyun və dəvələrim var. Hər üç gecədə Mədinədə ola bilmirəm. İstəyirəm ki, mənə hansı bir gecə Mədinəyə gəlməyimi bildirəsiniz və mən həmin gecədə ibadət və namazda iştirak edə bilim. O həzrət həmin şəxsi yaxınına çağırdı və qulağına söyləməklə o gecəni ona tanıtdırdı.
    Cuhəni də iyirmi üçüncü gecə gəlib çatdıqda, bütün ailəsi, övlad və qulamları (xidmətçiləri) ilə birlikdə Mədinəyə gəlir və sübhə qədər qaldıqda sonra, yenə öz evinə qayıdırdı." ( "İqbal", səh. 207.)
    Eyni zamanda, başqa bir rəvayətdə Allahın Rəsulundan (s) nəql edilmişdir ki, Ramazan ayının iyirmi üçüncü gecəsi ailə üzvlərinin baş-gözünə su çiləyirdi ki, onlar yuxuya getməsinlər. (bu gecənin fəzilətindən faydalana bilsinlər.) 
    Çoxlu saydakı digər rəvayətlərdə belə bildirilir: "Qədr gecəsi iyirmi üçüncü gecədir." Mərhum Əllamə Məclisi "Zadul-məad" kitabında yazır: "Əksər mötəbər rəvayətlər Qədr gecəsinin iyirmi üçüncü gecə olmasına dəlalət edir." ("Zadul-məad", səh. 187.)

    İyirmi üçüncü gecəyə aid olan xüsusi əməllər:

    İyirmi üçüncü gecədə Qədr gecələrinin müştərək əməllərindən başqa, digər əməllər də qeyd edilmişdir:
    1. "Ənkəbut" və "Rum" surəsini oxumaq. İmam Sadiq (ə) buyurur: "Kim iyirmi üçüncü gecədə "Ənkəbut" və "Rum" surələrini oxusa, Allaha and olsun, cənnət əhlidir!" ( "Misbahul-mutəhəccid", səh. 628; "İqbal", səh. 211.)
    2. Min dəfə «انّا انزلناه» (İnna ənzəlnahu) ("Qədr") surəsini oxumaq.
    3. "Ha. Mim" ("Duxan") surəsini oxumaq.
    4. Bu duanı oxumaq:
    اَللّهُمَّ امْدُدْ لى فى عُمْرى، وَاَوْسِعْ لى فى رِزْقى، وَاَصِحَّ لى جِسْمى، وَبَلِّغْنى اَمَلى، وَاِنْ کُنْتُ مِنَ الاَْشْقِیآءِ فَامْحُنى مِنَ الاَْشْقِیآءِ، وَاْکتُبْنى مِنَ السُّعَدآءِ، فَاِنَّکَ قُلْتَ فى کِتابِکَ الْمُنْزَلِ عَلى نَبِیِّکَ الْمُرْسَلِ، صَلَواتُکَ عَلَیْهِ وَ آلِهِ، یَمْحُو اللهُ ما یَشآءُ وَیُثْبِتُ، وَعِنْدَهُ اُمُّ الْکِتابِ
    "İlahi, ömrümü uzun, ruzimi bol, cismimi sağlam et, məni arzularıma çatdır, əgər bədbəxtlərin cərgəsindəyəmsə, adımı onların zümrəsindən sil və xoşbəxt olanlar sırasında qeyd et! Həqiqətən, Sən göndərilmiş peyğəmbərinə (ona və Əhli-beytinə salam olsun) nazil etdiyin kitabda demisən ki, Allah istədiyini məhv edir və istədiyini qeyd edir və Ümmul-kitab (kitabln əsli) onun yanındadır.” ( "İqbal", səh. 209; "Biharul-ənvar", c.95, səh. 162.)
    5. İyirmi üçüncü gecəyə məxsus olan bu duanı oxumaq:
     یا رَبَّ لَیْلَهِ الْقَدْرِ وَجاعِلَها خَیْراً مِنْ اَلْفِ شَهْر، وَرَبَّ اللَّیْلِ وَالنَّهارِ، وَالْجِبالِ وَالْبِحارِ، وَالظُّلَمِ والاَْنْوارِ، وَالاَْرْضِ وَالسَّمآءِ، یا بارِیُ یا مُصَوِّرُ، یا حَنّانُ یا مَنّانُ، یا اَللهُ یا رَحْمنُ، یا اَللهُ یا قَیُّومُ، یا اَللهُ یا بَدیعُ، یا اَللهُ یا اَللهُ یا اَللهُ، لَکَ الاْسْمآءُ الْحُسْنى، وَالاْمْثالُ الْعُلْیا، وَالْکِبْرِیآءُ وَالاْلاءُ، اَسْیَلُکَ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَاَنْ تَجْعَلَ اسْمى فى هذِهِ اللَّیْلَهِ فِى السُّعَدآءِ، وَرُوحى مَعَ الشُّهَدآءِ، وَاِحْسانى فى عِلِّیّینَ، وَاِسایَتى مَغْفُورَهً، وَاَنْ تَهَبَ لى یَقیناً تُباشِرُ بِهِ قَلْبى، وَایماناً یُذهِبُ الشَّکَّ عَنّى، وَتُرْضِیَنى بِما قَسَمْتَ لى، وَ اتِنا فِى الدُّنْیا حَسَنَهً، وَفِى الاْخِرَهِ حَسَنَهً، وَقِنا عَذابَ النّارِ(37) الْحَریقِ، وَارْزُقْنى فیها ذِکْرَکَ وَشُکْرَکَ، وَالرَّغْبَهَ اِلَیْکَ، وَالاِْنابَهَ والتَّوْبَهَ، والتَّوْفیقَ لِما وَفَّقْتَ لَهُ مُحَمَّداً وَ آلَ مُحَمَّد عَلَیْهِمُ السَّلامُ
    "Ey Qədr gesənin rəbbi və onu min aydan xeyirli edən, ey gecə və gündüzün, dağ və dəryaların, zülmət və nurların, yer və göylərin rəbbi, ey yaradan və surət (sima) verən, ey bəxşiş edən və nemət verən, ey Allah, ey rəhimli, ey Allah, ey başa çatdıran, ey Allah, ey yaradan, ey Allah, ey Allah, ey Allah, gözəl adlar, üstün misallar, əzəmət və nemətlər yalnız Sənə məxsusdur. Səndən Məhəmməd və Ali-Məhəmmədə salam göndərməyini və bu gecədə adımı səadətə çatanların sırasında, ruhumu Məhəmməd və şəhidlərlə birgə etməyini, ehsan və yaxşılığımı cənnətin ən ali zirvəsində yerləşdirməyini, günahlarımı bağışlamağını, mənə qəlbimi müjdələyəcək yəqin və şəkk və tərəddüdümü məndən kənarlaşdıracaq iman və mənim üçün böldüyün (təqdir etdiyin) şeylərə razı olmağı bəxş etməyini, dünya və axirətdə mənə həsənə (savab və mükafatlar) verməyini, məni yandırıcı odun əzabından amanda saxlamağını, bu gecədə Səni yad etmək və Sənə şükr etməyi, Sənə rəğbətli olmağı, Məhəmməd və Ali-Məhəmmədi (ona və Əhli-beytinə salam olsun) müvəffəq etdiyin şeyələrə nail olmağı nəsib etməyini istəyirəm.” ( "Kafi”, c.4, səh. 161; "Misbahul-mutəhəccid", səh. 629.)
    6. İmam Sadiqdən (ə) nəql edilən bu duanı oxumaq:
    اَللّهُمَّ اجْعَلْ فیما تَقْضى وَفیما تُقَدِّرُ مِنَ الاْمْرِالْمَحْتُومِ، وَفیما تَفْرُقُ مِنَ الاْمْرِ الْحَکیمِ، فى لَیْلَهِ الْقَدْرِ، مِنَ الْقَضآءِ الَّذى لا یُرَدُّ وَلا یُبَدَّلُ، اَنْ تَکْتُبَنى مِنْ حُجّاجِ بَیْتِکَ الْحَرامِ فى عامى هذَا، اَلْمَبْرُورِ حَجُّهُمْ، اَلْمَشْکُورِ سَعْیُهُمْ، اَلْمَغْفُورِ ذُنُوبُهُمْ، اَلْمُکَفَّرِ عَنْهُمْ سَیِّیاتُهُمْ، وَاجْعَلْ فیما تَقْضى وَتُقَدِّرُ، اَنْ تُطیلَ عُمْرى، وَتُوَسِّعَ لى فى رِزْقى.
    "İlahi, qəti olan qəza və qədərini bizim üçün təqdir elə, Qədr gecəsində geri çevrilməyən və dəyişilməyən hikmətli işləri ayırdıqda, məni Sənin evini (Kəbənin) ziyarət edən, həcləri bəyənilən və dəyərli, səyləri (Səfa və Mərvə arasındakı əməlləri) qəbul və günahları bağışlanmış və eyibləri örtülmüş olan hacılardan elə, qəza və qədərində mənim üçün uzunömürlü olmağı təqdir et və mənə geniş (bol) halal ruzi nəsib elə! ( "İqbal", səh. 211.)
    7. İmam Həsəndən (ə) nəql edilən bu duanı oxumaq:
    یا باطِناً فى ظُهُورِهِ، وَیا ظاهِراً فى بُطُونِهِ، وَیا باطِناً لَیْسَ یَخْفى، وَیا ظاهِراً لَیْسَ یُرى، یا مَوْصُوفاً لا یَبْلُغُ بِکَیْنُونَتِهِ مَوْصُوفٌ، وَلا حَدٌّ مَحْدُودٌ، وَیا غآیِباً غَیْرَ مَفْقُود، وَیا شاهِداً غَیْرَ مَشْهُـود، یُطْـلَبُ فَیُـصابُ، وَلَمْ یَخْلُ مِنْهُ السَّمـواتُ وَالاَْرْضُ وَما بَیْنَهُما طَرْفَهَ عَیْن، لا یُدْرَکُ بِکَیْف، وَلا یُوَیَّنُ بِاَیْن وَلا بِحَیْث، اَنْتَ نُورُ النُّورِ، وَرَبُّ الاْرْبابِ، اَحَطْتَ بِجَمیـعِ الاْمُورِ، سُبْحانَ مَنْ لَیْسَ کَمِثْلِهِ شَىْءٌ، وَهُوَالسَّمیعُ الْبَصیرُ، سُبْحانَ مَنْ هُوَ هکَذا، وَلا هکَذا غَیْرُهُ.
    "Ey aşkar olduğu halda, batin (gizli), ey batin (gizli) olduğu halda, aşkar, ey gizlin olmayan batin, ey görünməyən aşkar, ey vəsf edilən, amma heç bir vəsfin onun zatına çatmadığı (layiq olmadığı), ey heç bir həddin onu məhdud etmədiyi, ey itməyən (yoxa çıxmayan) gizli, ey şahid olduğu halda gözlərin onu görmədiyi, Səni istəyir və Sənin sayəndə məqsədə nail olurlar. Yerlər və göylər və onlar arasında olanlar bir an belə, Sənsiz deyil, ey keyfiyyətlə dərk olunmayan, bir yerə və tərəfə sığmayan (daxil olmayan), Sən nura aydınlıq verən və bütün kəslərin (boya-başa çatdıranların) pərvərdigarısan və hər şeyi əhatə eləmisən. Pakdır heç bir tayı-bərabəri olmayan və o, eşidən və görəndir. Pakdır bu cür olan və başqası belə (onun kimi) deyildir.” ( "İqbal", səh. 211. "Biharul-ənvar", c.95, səh. 165-də imam Hüseynin (ə) Qədr gecəsində bu duanı oxuması qeyd edilmişdir.)Sonra nə hacətin, diləyin varsa, Allahdan istə!
    8. Həmçinin, məsum imamlardan nəql edilən rəvayətlərdə Ramazan ayının iyirmi üçüncü gecəsi onların rukuda, səcdədə, ayaq üstə və oturan halda bu duanı oxuduqları bildirilmişdir. Hətta, bütün Ramazan ayı boyunca və digər vaxtlarda Allaha həmd-səna və Peyğəmbərə (s) salavatdan (məsələn, "Əlhəmdu lilləh vəs-səlatu əla rəsulillah və alihit-tahirin" (اَلْحَمْدُ لِلّهِ وَ الصَّلاهُ عَلى
    رَسُولِ اللّهِ وَ آلِهِ الطّاهِرینَ) dedikdən sonra aşağıdakı duanı oxumaq: 
     اَللّـهُمَّ کُنْ لِوَلِیِّکَ الْحُجَّهِ بْنِ الْحَسَنِ، صَلَواتُکَ عَلَیْهِ وَعَلى ابآیِهِ، فى هذِهِ السّاعَهِ، وَفى کُلِّ ساعَه، وَلِیّاً وَحافِظاً، وَقآیِداً وَناصِراً، وَدَلیلا وَعَیْناً، حَتّى تُسْکِنَهُ اَرْضَکَ طَوْعاً، وَتُمَتِّعَهُ فیها طَویـلاً.
    "İlahi! Sənin vəli və yer üzərindəki canişinin Höccət ibnil-Həsənə – ona və ata-babalarına salavat olsun – bu və bütün saatlarda (anlarda) rəhbər, mühafiz, yardımçı, bələdçi və nəzarətçi ol! O vaxta qədər ki, camaatın istək və meyli ilə yer üzərində məskunlaşdırasan və ondan uzun müddət faydalandırasan” ( "Misbahul-mutəhəccid", səh. 630; Kəfəmi, "Misbah", səh. 586)
    9. Eyni zamanda, bu duanı əlləri göyə qaldıran halda oxumaq:
    یا مُدَبِّرَ الاْمُورِ، یا باعِثَ مَنْ فِى الْقُبُورِ، یا مُجْرِىَ الْبُحُورِ، یا مُلَیِّنَ الْحَدِیدِ لِداوُدَ، صَلِّ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَافْعَلْ بى کَذا وَ کَذا
    "Ey işlərə tədbir tökən, ey qəbirlərdə olanları dirildən, ey dəryaları cərəyan etdirən, ey dəmiri Davud üçün yumşaldan, Məhəmməd və Ali-Məhəmmədə salam göndər və mənim üçün filan və filan işləri elə!”
    Kəza və kəza (filan filan) sözlərinin yerinə öz hacətlərinizi söyləyin. Daha sonra belə əlavə edin:
     : اَللَّیْلَهَ اَللَّیْلَهَ، اَلسَّاعَهَ اَلسَّاعَهَ
    Əl-Ləylətə, Əl-Ləylətə (bu gecədə), Əs-Saətə, Əs-Saətə (bu saatda)
    Bu duanı rukuda, səcdədə, ayaq üstə və oturan halda davamlı olaraq oxuyun. ( "Mən la yəhzuruhul-fəqih", c.2, səh. 162; "Biharul-ənvar", c.95, səh. 70.)
    10. İyirmi üçüncü gecənin əhəmiyyətini nəzərə alaraq qüsl almaq, əhya saxlamaq və imam Hüseyni (ə) ziyarət etməyin, eyni zamanda, bütün gecələrdə qılınması müştərək olan yüz rükətlik namazın qılınmasının həddən artıq fəzilət və savabı vardır.
    Şeyx Tusi "Təhzib" kitabında Əbu Bəsirdən imam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir: "Qədr gecəsi olmasına ümid edilən həmin gecədə yüz rükətlik namaz qıl, hər rükətdə "Fatihə" surəsindən sonra on dəfə "Qul huvəllahu əhəd" (İxlas) surəsini oxu.
    Əbu Bəsir deyir: "Əgər ayaq üstə qıla bilməsəm necə?" İmam buyurur ki, oturan halda qıl. Əbu Bəsir soruşur ki, oturan halda qıla bilməsəm necə? İmam "Öz yerində uzandığın halda qıl!" – deyə cavab verir." ("Təhzib", c.3, səh. 64, hədis 19.)
    11. Mərhum Əllamə Məclisi "Zadul-məad" kitabında belə yazır: "Bu gecədə mümkün olduğu qədər Quran oxumaq və "Səhifeyi-Səccadiyyə"də olan dualardan, xüsusilə də, "Məkarimul-əxlaq" və "Tövbə" dualarından istifadə etmək lazımdır.
    Qədr gecəsinin gündüzlərinə də ehtiram edərək onu ibadət və dua ilə keçirmək lazımdır. Çoxlu saydakı hədislərdə qeyd edilib ki, Qədr gecəsinin gündüzləri də fəzilət baxımından, Qədr gecəsi kimidir." ( "Zadul-məad", səh. 190.)

    Qeyd edək ki, qədr gecələrinin üçündə də edilən əməllər vardır. Bundan başqa iyirmi üçüncü gecədə edilən əməlləri oxumaq istəyirsinizsə "Qədr gecələrinin müştərək əməlləri və On doqquzuncu gecənin əməllər" Adlı xəbəri oxuya bilərsiz. Allah bütün ibadətləri qəbul etsin. Amin!

     
    Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
     
     
    Bölmə: Hicri-Qəməri təqvimi / Ramazan
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 28 Haziran 2016 18:53 | İstifadəçi | Şərh yazdı
    cox saq ol qizim Allah butun ibadetlerini qebul etsin seni arzulariva catdirsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.