Ramazan ayının iyirmi birinci gecəsinin qalan əməlləri
Ərəbcə
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اقْسِمْ لِي حِلْما يَسُدُّ عَنِّي بَابَ الْجَهْلِ وَ هُدًى تَمُنُّ بِهِ عَلَيَّ مِنْ كُلِّ ضَلالَةٍ وَ غِنًى تَسُدُّ بِهِ عَنِّي بَابَ كُلِّ فَقْرٍ وَ قُوَّةً تَرُدُّ بِهَا عَنِّي كُلَّ ضَعْفٍ وَ عِزّا تُكْرِمُنِي بِهِ عَنْ كُلِّ ذُلٍّ وَ رِفْعَةً تَرْفَعُنِي بِهَا عَنْ كُلِّ ضَعَةٍ وَ أَمْنا تَرُدُّ بِهِ عَنِّي كُلَّ خَوْفٍ وَ عَافِيَةً تَسْتُرُنِي بِهَا عَنْ كُلِّ بَلاءٍ وَ عِلْما تَفْتَحُ لِي بِهِ كُلَّ يَقِينٍ وَ يَقِينا تُذْهِبُ بِهِ عَنِّي كُلَّ شَكٍّ وَ دُعَاءً تَبْسُطُ لِي بِهِ الْإِجَابَةَ فِي هَذِهِ اللَّيْلَةِ وَ فِي هَذِهِ السَّاعَةِ السَّاعَةِ السَّاعَةِ السَّاعَةِ يَا كَرِيمُ وَ خَوْفا تَنْشُرُ [تُيَسِّرُ] لِي بِهِ كُلَّ رَحْمَةٍ وَ عِصْمَةً تَحُولُ بِهَا بَيْنِي وَ بَيْنَ الذُّنُوبِ حَتَّى أُفْلِحَ بِهَا عِنْدَ الْمَعْصُومِينَ عِنْدَكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
Oxunuşu
Əllahummə səlli əla Mu-həmmədin və ali Muhəmməd, vəqsim li hilmən yəsuddu ənni babəl cəhl, və hudən təmunnə bihi ələyyə min kulli zəlaləh, və ğinən təsuddu bihi ənni babə kulli fəqr, və quvvətən təruddu biha ənni kullə zə`f, və izzən tukrimuni bihi ən kulli zull, və rif`ətən tərfəuni biha ən kulli zə`f, və əmnən təruddu bihi ənni kulli xəvf, və afiyətən təs-turuni biha ən kulli bəla, və ilmən təftəhu li bihi kullə yəqin, və yəqinən tuzhibu bihi ənni kullə şəkk, və duaən təbsutu li bihil icabətə fi hazihil ləyləh, və fi hazihis saətis saətis saətis saəti ya kərim, və xəvfən tənşuru (tuyəssiru) li bihi kullə rəhməh, və ismətən təhulu biha bəyni və bəynəz zunub, hətta uflihə biha indəl mə`suminə indək, birəhmətikə ya ərhəmər rahimin.
Tərcüməsi
Kəfəmi Seyid ibn Baqidən nəql edir ki, iyinmi birinci gecədə belə oxu:
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, ey kərim Allah, bu gecə və bu saat (üç dəfə) mənə nadanlıq qapısını üzümə bağlayan helm, azğınlıqlardan saxlayan hidayət, yoxsulluqlar qapısını bağlayan ehtiyacsızlıq, zəiflikləri aradan qaldıran qüdrət, xarlıq və zəlillikləri başıucalıqla əvəz edən izzət, həqarət və alçaqlıqlardan qoruyan uca məqam, qorxunu aparan əmin-amanlıq, bəla və müsibətləri örtən sağlamlıq, yəqinliyi üzümə açan elm, şəkk-şübhəni aparan yəqinlik, qəbul olunmağa yaxın olan dua, rəhmətə səbəb olan xof məqamı, məsumların yanında başıuca olmağım üçün mənimlə günahlar arasında fasilə salan ismət məqamı nəsib et! Sənə and verirəm rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!
Rəvayət olunur ki, iyirmi birinci gecə Həmmad ibn Osman İmam Sadiq (ə)-ın hüzuruna müşərrəf oldu. Həzrət ondan soruşdu: –”Qüsl almısan?” Ərz etdi: "Bəli, canım sənə fəda olsun.” Həzrət bir həsir istədi və Həmmadı öz yanında oturtdu. Həzrət namaz qılmağa başladı. Həmmad da özünü həzrətə yapışdırıb namaz qılırdı. Namazları qılıb qurtaqdıqdan sonra həzrət dua etdi, Həmmad da: "Amin” -dedi. Sübh açıldı. Həzrət azan iqamə deyib, özünün qulamlarını çağırdı, irəli dayanıb sübh namazını qıldı. Birinci rükətdə "Həmd”dən sonra "Qədr” surəsini, ikinci rükətdə isə "Həmd”dən sonra "İxlas” surəsini oxudu. Namazdan sonra isə təsbih, həm də Allaha şükr etməyə başladı. Peyğəmbər (s)-ə salavat göndərdi, mömin və möminə, müslim və müslimələrə dua etdi. Sonra başını səcdəyə qoydu. Bir saat, nəfəsinin gediş-gəlişindən başqa heç nə eşidilmədi. Sonra "İqbal”da olan bu duanı: "La ilahə illa əntə muqəllibəl qulubi vəl əbsar” oxudu. Şeyx Kuleyni rəvayət edir ki, İmam Baqir (ə) iyirmi bir və iyirmi üçüncü gecə gecənin yarısına kimi, dua oxuyardı, sonra namaz qılmağa başlayardı. Bu axırıncı onluğun hər gecəsi qüsül almaq müstəhəbdir. Rəvayətə əsasən, Peyğəmbər (s) bu gecələrin hər birində qüsül alardı. Etikaf etmək də müstəhəbdir və çoxlu fəzilətə malikdir, bəlkə etikaf üçün ən yaxşı fürsətdir. Rəvayətə əsasən iki həcc və iki ümrəyə bərabərdir. Axırıncı onluq yetişdikdə Peyğəmbər (s) məsciddə etikaf edərdi...
Bil ki, belə bir gecədə 40-cı ildə mövlamız Həzrət Əli (ə) şəhadətə yetişmişdir. Bu gecə Ali Məhəmməd və onun şiələrinin hüznü yenidən təzələnir. Rəvayətə əsasən, İmam Hüseyn (ə)-ın şəhadət gecəsi kimi, hər bir daşı qaldırdıqda altından təzə qan axırdı. Şeyx Müfid yazır ki, bu gecə çoxlu salavat göndərilsin, Ali Məhəmmədə zülm edənlərə nifrin olunsun və Əmirəlmöminin qatilinə lənət olunsun. İyirmi birinci gün Əmirəlmöminin qətli günüdür. O həzrətin ziyarəti və onun ziyarətinin əvəzi olan Xızrın kəlamlarını oxumaq bu gündə münasibdir.
Kitabın adı: Məfatihul Cinan