» » » Ramazan ayı və Qədr gecəsinin fəziləti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Ramazan ayı və Qədr gecəsinin fəziləti
    0
    Müəllif: Fatimə Nuri Xuda | 11-06-2016, 18:00 | Baxılıb: 1 684
     

     Ramazan ayı və Qədr gecəsinin fəziləti 

    Qur`ani-Kərimdə ilin ayları arasından yalnız ramazan ayının adı çəkilmişdir. Lakin ramazan ayı nə haram aylardan, nə də həcc aylarındandır. Bununla belə, Qur`anda bu ay xüsusi hörmətlə yad edilmişdir: «Qur`an ramazan ayında nazil edilmişdir...» Ramazan ayında peyğəmbərin mübarək qəlbinə Qur`anın nazil olduğu gecə mübarək gecə adlandırılmışdır: «Biz Qur`anı mübarək bir gecədə göndərdik...» Bu mübarək ay təkvini (təbii) xüsusiyyətlərə malikdir. Çünki ilahi şəriət xeyir və fəsadlar nəzərə alınmadan tə`yin olunmur. Demək, bu ayda xüsusi faydalar olduğu üçün Allah onu başqa aylardan üstün etmişdir. Qədr gecəsi bu aydadır və orucun şər`i hökmü də bu ayda gəlmişdir. Qur`ani-Kərim buyurur: «Ey iman gətirən kəslər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi...»
    Sonra isə buyurur: "Qur`an ramazan ayında nazil edilmişdir.”
    Bu iki aydan mə`lum olur ki, oruc insana Qur`anın nazil olduğu ayda vacib olub. Qur`anın bu bəyanından istifadə edərək, demək olar ki, bəklə də Allah Qur`anın bu ayda nazil olma şərəfinə orucu insanlara vacib etdi. Orucun bu ayda insanlara vacib olması səbəbini tamamilə Qur`anın nazil olmasında görməsək də, lakin Qur`anın nazil olması orucun vacibliyinə tə`sirsiz olmamışdır.
    Qur`an bu ayədə buyurur: "Qur`an ramazan ayında nazil olmuşdur”. Başqa bir ayədə isə buyurur: "Qur`an mübarək bir gecədə nazil olmuşdur”. Demək, Qur`an ramazan ayının gecələrinin birində nazil olmuşdur. Bu gecə "Qədr gecəsi” adlanır. Qur`ani-Kərim buyurur: "Ha, mim! Açıq-aydın və hikmətli kitaba and olsun ki, biz onu mübarək bir gecədə nazil etdik. Biz o kitab vasitəsi ilə xalqı qiyamət əzabından agah edib qorxuduruq. Hər bir hikmətli iş o gecə hökm olunur.”
    "Yufrəqu” sözü ayrılmaq mə`nasını bildirir. Ayrılmaq üçün fərqləndirmə, fərqləndirmə üçün müəyyənləşdirmə və təqdir şərtdir. Müəyyənləş-dirmə və təqdir hər ikisi ölçü götürmək mə`nasını bildirir. İslam leksikonunda, hətta Qur`anda təqdir sözü ölçü götürmək mə`nasında işlədilmişdir. Əgər bir şeyin ölçüsü tə`yin olunsa, onun hüdudu müəyyənləşsə o başqalarından ayrılar, qeyri-müəyyənlik aradan qalxar. "Həmin gecə hikmətə əsaslanan işlər təqdir olunur” ayəsindən görünür ki, Qur`an qədr gecəsində nazil olmuşdur. "Qədr” surəsində də bu gecə əzəmətli gecə sayılmışdır: "Biz Qur`anı qədr gecəsi nazil etdik.”
    "Qədr” sözü təqdir mə`nasını bildirir. Qur`an yenidən buyurur: "Qədr gecəsinin əzəmətindən səni nə agah edə bilər?!”
    Bəlkə də, burada peyğəmbərə xitab olunmur. Əgər bu bəyan peyğəmbərə ünvanlaşmışsa, Qədr gecəsinin əzəmətini göstərir. Qədr gecəsinin necə də əhəmiyyətli olmasının aşkarlanması üçün bu üç qısa ayədə "ləylətul-qədr” kəlməsi üç dəfə təkrar olunur. Qur`an buyurur: "İnna ənzəlnahu fi ləylətul-qədr və ma ədrakə ma ləylətulqədr”. Qısaca bir tə`birdə hansısa bir şeyin əzəmətini bundan yaxşı göstərmək olmaz. Bu bəyan qədr gecəsinin sonsuz əzəmətini göstərir. Qur`an bu gecənin əzəmətini xalqın daha yaxşı hiss etməsi üçün buyurur: "və ma ədrakə ma ləylətul-qədr”. Qədr gecəsi adi insanların düşüncəsindən üstün bir həqiqətdir. Qur`an sonra isə belə buyurur: "Qədr gecəsi min aydan üstündür.”
    Min ay səksən ildən çoxdur. Tam bir insan ömrü! Bu üstünlük iki cəhətdəndir:
    1. Bu gecə Allahın öz bəndələrinə olan rəhməti Onun səksən illik rəhmətindən artıqdır;
    2. Bu gecədə xalqın əməlləri onların səksən il ərzində əməllərindən (hər il qədr gecələrini nəzərə almamaqla) daha fəzilətlidir. Bu, Qur`anın mö`təbər sözüdür və onda heç bir şübhəyə yer yoxdur. Amma bu gecənin neçənci gecə olması bizə mə`lum deyil.
    İnsan zehni əşyaların kəmiyyətini onların keyfiyyətindən daha yaxşı dərk edir. Allah Qədr gecəsinin əhəmiyyətini insanlara bildirmək üçün onun üstünlüyünü min ayla bildirmişdir. Lakin bu gecənin həqiqi dəyəri bizim anlamadığımız bir dəyərdir. Bu həqiqətə iman gətirmək bizim üçün vəzifə sayılır. Qur`an bu barədə buyurur: «Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanmağınızıdır...»
    Allah buyurduğu üçün axirət gününə, mələklərə, səmavi kitaba və peyğəmbərlərə iman gətirməliyik. Əslində isə bizim ağlımız mələk və onların yaranışdakı rolunu dərk etməyə qadir deyil. Əgər bu sahədə vəhy və ilahi övliyaların açıqlamaları olmasaydı, biz bu şeylər barəsində heç bir tanışlıq əldə edə bilməzdik. Qur`ani-Kərim buyurur: «Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz. Elmi qüvvətli olanlar isə: "Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir - deyərlər...»
    Allah buyurduğu üçün qəbul edirik. Qur`an ayələri və pak imamların rəvayətləri vasitəsi ilə mələklər barəsində bə`zi şeyləri anlamağımız mümkündür. Lakin biz onların həqiqətini dərk edə bilmərik. Mələyin həqiqəti, onun məqamı, aləmdə oynadığı rol, onun enməsinin mə`nası və sair. Bütün bu kimi şeylər bizim üçün qaranlıqdır. Biz "nüzul” (nazil olma) sözünü hansısa bir şeyin yuxarıdan aşağıya gəlməsi kimi anlayırıq. Lakin mələklərin necə enməsi bizim üçün məchuldur. Biz hətta bu işi təsəvvür belə etməyə acizik. Bizim bildiyimiz budur ki, mələklər yüksək məqamlı mövcudlardır və Allahın izni ilə dünyanın işlərini idarə edirlər. Onlar ruzinin nazil olmasında və ruhun alınmasında vasitə olur, insanların əməllərini yazırlar. Qur`an buyurur:
    "And olsun (kafirlərin canını) zorla alan mələklərə; and olsun (mö`minlərin canını) rahatlıqla alan mələklərə; and olsun Allahın göstərişlərini sür`ətlə yerinə yetirən mələklərə; and olsun (aləmin nəzmində) bir-birlərini ötdükcə ötən mələklərə və (kafirlərlə cihadda) bir-birlərini ötdükcə ötən mö`minlərə; and olsun Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə.”
    «Göyləri və yeri yoxdan yaradan, iki qanadlı, üç qanadlı və dörd qanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! Allah yaranışda istədiyini artırar...»
    Lakin bütün bunlara baxmayaraq məlaikələrin vücudunun həqiqəti bizim üçün məchul, qaranlıqdır. Qur`an buyurur: "Sizə elmin yalnız az bir hissəsi verilmişdir.”
    Səma elminin inkişafı sübut etmişdir ki, bu cismani aləm vəsfolunmaz və dərkolunmaz bir əzəmətə malikdir: bə`zi ulduzlardan işığın yer kürəsinə çatması üçün milyardlarla il vaxt lazımdır. Lakin işıq səkkiz dəqiqə ərzində günəşdən yer kürəsinə çatır. Bə`zi alimlər başqa planetlərdən yerə gəlib çatan işıqların öz ömürlərini  sona vurmuş ulduzlar olduğunu deyirlər. Hər gün vüs`ət və əzəmətindən bir guşəsi kəşf olunan bu aləm öz əzəməti ilə insan tərəfindən dərk olunmayan həqiqətlərlə müqayisədə ucsuz-bucaqsız səhrada itmiş üzük kimidir. Nəql olunur ki, əziz peyğəmbər buyurdu:
    «...Ey Əbuzər! Yeddi qat göy kürsü ilə (varlıq aləmi ilə) müqayisədə səhrada itmiş üzük kimidir...»
    İnsanlar (peyğəmbərlər, mə`sum imamlar və Allahın qeyb elmi əta etdiyi bə`zi övliyalar) maddi aləmin əzəmətini dərk edə bilmirlərsə, insan hissləri ilə dərk olunmayan və maddi aləmdən daha əzəmətli və daha həssas olan mə`nəvi məfhumları necə dərk edəcəklər?! Mələklərin yuxarı aləmdən peyğəmbərin qəlbinə nazil olması adi insanların düşüncəsinin fövqündədir. Biz yalnız deməliyik: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir...»
    Bu bizim üçün sonsuz fəxr hesab olunur. Çünki Allah bizi hidayət edib, biz Onun hidayətini qəbul etmişik, buyurduqlarını göz üstə qoymuşuq və mələklərin varlığına, eyni zamanda, Qədr gecəsi peyğəmbərin qəlbinə nazil olmasına inanmışıq. Bu gecə min aydan fəzilətlidir. Bu gecədə qılınan bir rəkət namaz başqa zamanlar qılınan 30 min rəkət namazdan üstündür. Allah bu gecə üçün belə bir şərafət tə`yin etmiş və qısa bir zamanda böyük fayda əldə etmək üçün mö`minlərə yol açımışdır.
     
    Kitabın adı: Rəbbin dərgahında
    Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

     
     
    Bölmə: Hicri-Qəməri təqvimi / Ramazan
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.