Mübarək gecələrdən biridir və bir necə əməldən ibarətdir;
1. Qüsl almaq.
2. İmam Hüseyn (ə)-ı ziyarət etmək.
3. Altı rükət "Həmd”, "Yasin”, "Mülk” və "İxlas” surəsini oxumaqla qılmaq.
4. Yüz rükət namaz "Həmd”dən sonra on dəfə "İxlas” surəsini oxumaqla qılmaq. Şeyx Mufid "Muqniə”də Həzrət Əli (ə)-dan belə rəvayət edir ki, hər kəs bu əməli yerinə yetirsə, Allah taala onu ins və cinlərdən olan düşmənlərindən qorumaq üçün on mələk və ölüm zamanı cəhənnəm odundan qurtarmaq üçün otuz mələyi onun yanına göndərər.
5. Rəvayətdə deyilir ki, İmam Sadiq (ə)-dan soruşdular ki, ramazan ayının ortasında İmam Hüseyn (ə)-ın qəbrinin üstündə olan şəxs barədə nə deyə bilərsən?
Buyurdu: "Hər kəs o həzrətin qəbrinin üstündə ramazan ayının ortasında on rükət –gecə nafiləsindən başqa– işa namazından sonra, hər rükətdə "Həmd”dən sonra on dəfə "İxlas” surəsini oxusa və Allaha pənah aparsa, Allah taala onu cəhənnəm odundan xilas olunmuşların siyahısına yazar. Ölməmiş yuxuda ona cənnəti müjdə verər və o, onu oddan qoruyan mələkləri görər.
Kitabın adı: Məfatihul Cinan