1. Qüsl etmək.
2. İmam Hüseynin(ə) ziyarəti.
3. "Ənam”, "Kəhf”, "Yasin” surələrini oxumaq və yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək.
4. Kuleyninin İmam Sadiqdən(ə) nəql etdiyi bu duanı oxumaq:
İlahi, Qurani-Kərimi nazil etdiyin bu Ramazan ayı gəlib keçdi! Ey mənim Rəbbim, bu gecənin sübhü üzümə açıldığı halda, mənim üzərimdə Sənin tərəfindən bir cəza və ya Sənə qarşı bir günah qalaraq əzaba düçar olacağımdan Sənin böyük zatına sığınmışam!
5. "Ya mudəbbirəl umuri...” duasını oxumaq (iyirmi üçüncü gecənin əməllərində keçdi).
6. Vida duaları ilə ramazan ayı ilə vidalaşmaq. Bu vidanı Kuleyni, Şeyx Səduq, Şeyx Müfid, Tusi və İbni Tavus nəql ediblər. Bəlkə bunların hamısından yaxşısı, "Səhifətun Səccadiyyə”nin 45-ci duasıdır. Seyid İbni Tavus İmam Sadiq əleyhissalamdan rəvayət edir ki, hər kim ramazan ayının axırında bu ayla vidalaşmaq istəsə, belə desin:
İlahi, bunu mənim Ramazan ayında tutduğum orucların axırıncısı qərar vermə! Mən Sənə sığınmışam ki, bu gecənin sübhü açıldıqda məni bağışlayasan.
Səhər açılmamış Allah taala onun günahlarını bağışlayar və ona tövbə, Allahla razü-niyaz eləməyi qismət edər. Şeyx Səduq
Cabir ibn Ənsarinin belə buyurduğunu nəql edir: "Ramazan ayının axıncı cüməsi peyğəmbərin yanına getdim. Həzrət məni görcək mənə belə buyurdu: "Bu ayın axırıncı cüməsidir, bu sözlərlə ayla vidalaş:
İlahi, bunu bizim tutduğumuz orucların axırıncısı qərar vermə və əgər qərar verəcəksənsə, onda, məni bağışlanmışlardan (rəhmətinə şamil olanlardan) qərar ver və məhrum olanlardan qərar vermə!
Hər kim bu duanı belə bir gündə oxusa, bu iki şeydən birinə nail olar; ya gələn ramazan ayına yetişər, ya da günahları pak olub, Allahın hədsiz hədsiz rəhmətinə nail olar. Seyid ibn Tavus və Kəfəmi peyğəmbərin belə buyurduğunu nəql edirlər: "Hər kim bu ayın axırıncı gecəsi on rükət iki rükətli; hər rükətdə "Həmd”dən sonra on dəfə "İxlas”surəsini oxuya, səcdə və rükularda on dəfə:
Allah pak və bütün eyiblərdən uzaqdır. Həmd yalnız Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür.
- deyə, on rükəti bitirdikdən sonra, min dəfə istiğfar ("Əstəğfirullah” demək) eləsə, istiğfar etdikdən sonra səcdəyə gedib
səcdədə bu sözləri desə:
Ey diri, ey əbədi, calal və ikram sahibi, dünya və axirətdə bağışlayan və mehriban olan, ey mehribanların ən mehribanı, ey birinci və sonuncuların Rəbbi, bizim günahlarımızı bağışla, namaz, oruc və qiyamımızı (gecə ibadətlərimizi) qəbul et!
Məni peyğəmbərliyə seçən Allaha and olsun, Cəbrail İsrafildən, o da Allah taaladan bu xəbəri mənə verdi ki, bu şəxs başını səcdədən qaldırmamış Allah taala onun bütün günahları bağışlayar...”
Bu namaz Fitr bayramında da nəql olunubdur. Amma rükuda oxunan təsbihate ərbəə burada, "iğfir ləna zunubəna...iğfir li zunubi və təqəbbəl səvmi və səlati və qiyami.”
Kitabın adı: Məfatihul Cinan