» » Xanım Fatimeyi Zəhranın (s.ə) Fədək xütbəsinin şərhi (Silsilə 20)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2049
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18478
+0  
Şərhlər: 48537
+0  
İstifadəçilər: 6670

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6654

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 4

Saytın Arxivi

Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)
Temmuz 2022 (2)
Haziran 2022 (1)
Mayıs 2022 (1)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Kasım 2023    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Xanım Fatimeyi Zəhranın (s.ə) Fədək xütbəsinin şərhi (Silsilə 20)
    0
    Müəllif: Kerbela Gunesi | 11-01-2021, 17:00 | Baxılıb: 1 216
     
    Xanım Zəhranın(s.ə) Fədək xütbəsinin tərcümə və şərhi (Silsilə 20 )
     
     Quranda Peyğəmbərlərin (s.ə) irsi
     
    1.
     اَيُّهَا الْمُسْلِمُونَ! أَاُغْلَبُ عَلى اِرْثيه؟
    Ey müsəlmanlar! İnsafdandır ki, mən öz irsimi almaqda məğlub və məzlum olam? 
    2.
    يَابْنَ اَبي‏قُحافَةَ! اَفي كِتابِ اللَّهِ ان تَرِث اَباكَ وَ لا اَرِثُ اَبي؟ لَقَدْ جِئْتَ شَيْئاً فَرِيّاً،
    (Əbu Bəkrə üz tutdu və buyurdu:) Ey Əbi Quhafənin oğlu! Mənə cavab ver! Allahın kitabında yazılıbdır ki, sən atandan irs apara bilərsən, amma mən atamdan irs apara bilmərəm?! Nə böyük böhtana və nalayiq sözə düçar olmusan?!
    3.
    اَفَعَلى عَمْدٍ تَرَكْتُمْ كِتابَ اللَّهِ وَنَبَذْتُمُوهُ وَراءَ ظُهُورِكُمْ، إذْ يَقُولُ «وَ وَرِثَ سُلَيْمانُ داوُدَ»
    Bilərəkdənmi Qur'anı kənara qoydunuz və onu arxaya atdınız?! Qur'an ki buyurur: "Süleyman peyğəmbər (ə) atası Davuddan (ə) irs apardı”
    4.
    وَقالَ فيما اقْتَصَّ مِنْ خَبَرِ زَكَرِيَّا اِذْ قالَ: "فَهَبْ لي مِنْ لَدُنْكَ وَلِيّاً يَرِثُني وَ يَرِثُ مِنْ آل يعْقُوبَ"،
    Zəkəriyya (ə) oğlu Yəhyanın əhvalatını açıqlayarkən buyurur: "O zaman ki, Zəkəriyya dedi: İlahi, Öz tərəfindən mənə bir övlad əta et ki, məndən və Yaqub sülaləsindən irs aparsın.”
    5.
    وَقالَ: «وَ اوُلُوا الْاَرْحامِ بَعْضُهُمْ اَوْلي بِبَعْضٍ في كِتابِ اللَّهِ»،
    Habelə (Allah) buyurur: "Qur'ana uyğun olaraq ilahi kitabda qohumlardan bəziləri irs aparmaqda bəzilərindən qabaqdırlar.”
    6.
    وَقالَ «يُوصيكُمُ اللَّهُ في اَوْلادِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الْاُنْثَيَيْنِ»،
    Eləcə də buyurur: "Allah təala övladların hüquqları barədə sizlərə tapşırır ki, oğlanlar qızlardan iki dəfə artıq irs aparırlar.”
    7.
    وَقالَ «اِنْ تَرَكَ خَيْراً الْوَصِيَّةَ لِلْوالِدَيْنِ وَالْاَقْرَبَيْنِ بِالْمَعْرُوفِ حَقّاً عَلَى الْمُتَّقينَ».
    Həmçinin buyurur: "Əgər bir şəxs özündən bir mal irs qoyarsa, ata, ana və yaxınları üçün mə'lum (müəyyən) şəkildə vəsiyyət etsin. Bu iş təqvalılara layiqdir.” 
     
    Şərh:
     
    Birinci: Mutəvatir və çoxlu hədislərə uyğun olaraq "Fədək” hədiyyə idi, yəni Peyğəmbər(s) İsra surəsinin 26-cı ayəsinin göstərişi ilə 
    وَآتِ ذَا القُربَی حَقَّهُ
    Ey Peyğəmbər, yaxınlarının- (Fatimənin(ə)) haqqını ver!
    Bu mülkü o həzrətə bağışladı və Peyğəmbərin (s) həyatı dövründə Fədəkə sahibliyi və idarəçiliyi o həzrətin və onun qazancı isə Həzrət Fatimənin(ə) ixtiyarında idi və bu mövzunu hədis alimləri və tarixçilər nəql etmişlər. Amma Əbu Bəkr, hökumətinin ilk günlərində Fədəkin müsadirə olunma hökmünü verdi və Həzrətin işçilərini işdən azad etdilər. Amma niyə həzrət Fatimə (ə) Fədəkin "nehlə” olmasından bir söz demədi və irs məsələsini ortaya atdı?
    Cavab: Həzrət Fatimə (ə) bir neçə yerdə özünün haqq olmasına möhkəm dəlil gətirdi amma nadan "maskalı" insanlar onları qəbul etmədilər. O cümlədən:
    Təthir ayəsinə əsaslanaraq Mə'sum olmasını buyurdu. Elə bir şəxs ki, tam ilahi ismətə malikdir və Allah təala bu həqiqəti Qur'an ayəsində aydıncasına onların haqqında buyurmuşdur, yəni heç bir zaman batil və səhv rəftar və sözlər ondan baş verməz. 
    Qur'ana əsasən Peyğəmbərin canı sayılan Həzrət Əli ibn Əbi Talibin (ə) şahidliyini bu barədə qəbul etmədilər. 
     Ummu Əymən elə bir qadın idi ki, Peyğəmbər (s) dəfələrlə onun Behişt əhli olmasını buyurmuşdu, yə'ni onun iman və inamlı şəxsiyyət olmasını təsdiq etmişdi. O da məsciddə hazır oldu və şəhadət verdi ki, Fədək Allahın göstərişinə əsasən Həzrət Fatiməyə (ə) verilmişdir. Amma onun da şəhadətini qəbul etmədilər. 
    Bir şəxs Mə'sum və Allahın sevimli şəxslərinin sözlərini qəbul etməzsə, bu halda qeydsiz-şərtsiz bağışlamaqdan ibarət olan "nehlə” məsələsini gündəmə çəkməyin və Allahın "Fədəki” ona bağışlamasını deməyin heç bir xeyri olmayacaqdır.
    İkinci: Niyə irs məsələsini ortaya atdı?
    Cavab: Fədək, sahibləri tərəfindən heç bir döyüş və müharibə olmadan Peyğəmbərə (s) bağışlanmış bir mülkdür ki, tam şəkildə o həzrətin şəxsi mülkiyyətinə keçdi. Fədəkin Peyğəmbərin ixtiyarında olması onun dövlət başçısı olduğuna görə deyildi ki, Peyğəmbərdən (s) sonra başqa hakimlərin ixtiyarına verilsin. Döyüşdə ələ keçən qənimət də deyildi ki, müsəlmanların onda haqqı olsun. Çünki əgər onların belə hüquqları olsaydı, niyə uzun illər o həzrətlə idilər, amma heç bir şəxs belə bir iddia etmədi və tarixdə də bu barədə bir şey qeyd olunmamışdır. Deməli, mə'lum olur ki, bu mülkiyyət tam formada Peyğəmbərin (s) həyatı zamanı Allahın göstərişi ilə Həzrət Fatiməyə (ə) hədiyyə olaraq verilmişdir. Əgər bir şəxs inadkarlıq üzündən Fədəkin Fatiməyə(ə) hədiyyə verilməsini qəbul etməsə də, övladın atanın mallarının varisi olmasını ki, inkar edə bilməz! Çünki irs İslamın zəruri məsələlərindəndir və onu inkar edən kafir olar. 
    O həzrət "nehlə” məsələsini ortaya atmaqdan naümid olduğu üçün, öz haqqını atasından keçən irs adı ilə bəyan etdi.
    Üçüncü: Həzrət Fatimənin(ə) əqli və nəqli dəlillərlə özünün haqq olmasını aşkar etmək üçün sitat gətirdiyi Qur'an ayələrinə diqqət olunsa, hər bir müsəlman və ağıllı şəxs üçün Əhlul-Beyt(ə) və onların düşüncəsiz zalimlərinin tarixi vəziyyətini dərk etməsinə şərait yaranar. Çünki bu ayələr aşkar formada Peyğəmbər övladlarının öz atalarından irs aparmalarını təsdiqləyir, baxmayaraq ki, irs aparan şəxs həzrət Süleyman(ə) və Yəhya(ə) kimi özləri də peyğəmbərdirlər və onlara irs qoyan şəxs də peyğəmbərdir. Həzrət Fatimə(ə) bu möhkəm dəlillərlə onları çıxılmaz bir vəziyyətdə qoydu; ya öz zülm, cinayət və zalımcasına müsadirələrindən əl çəkməli və ya İslam dini zəruriyyatını tərk etməyin nəticələrini qəbul etməli idilər. Çünki Həzrət(ə) Fədəkin "acı" deyildi, əksinə onların vəziyyətini aşkar etmək istəyirdi ki, nahaqcasına İslam Peyğəmbərinin yerini tutdular; paklığı və isməti Qur'anda təsdiq olunan Peyğəmbərin (s) qızı həzrət Fatiməyə (ə) bu növ zülmü rəva görürlərsə, İslam cəmiyyətinin vəziyyəti və İslam hökuməti başçılarının ləyaqəti aydın olur: o başçılar ki, yalan və saxta bir hədislə öz zülmlərini yozur və deyirdilər: "Atan Peyğəmbərdən (s) hədis vardır ki, biz peyğəmbərlər özümüzdən irs qoymuruq."
    Bu yalan iddia ilə böyük rüsvayçılıq onlara nəsib oldu, çünki hər bir hədisin məzmununun düzgün olması onun Qur'anın göstərişləri ilə uyğun olub olmamasından aslıdır. Qur'an peyğəmbər övladlarının atalarından irs aparmalarını aşkarcasına qəbul edirsə, bəs niyə bu ilahi qanun İslam Peyğəmbəri (s) və onun övladlarına tətbiq olunmur!? Bu səbəbdən bu növ ayələr Əbu Bəkrin iddia etdiyi hədisin saxta və yalan olmasını isbat edir. Çünki Peyğəmbər (s) və Mə'sum İmamların Qur'an ayələrinin əksinə olaraq bir söz demələri mümkün deyildir!
     
     
     

    Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi

    Müəllif: Seyyid Həmid Fəttahi
    Tərcümə edən: Hacı Tərlan Seyfullah

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 11 Haziran 2016 23:56 | İstifadəçi | Şərh yazdı
    Allah daim köməyin olsun, Allah bu xəbərinin mükafatını artıq etsin. Çox dəyərli və ibrətli xəbərdir. Allah İslam düşmənlərinə daim lənət etsin. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.