Xanım Fatimeyi-Zəhranın(s) Fədək xütbəsinin şərhi
Hadisənin başlanması
Silsilə 1
Həzrət Fatimə (ə) Əbu Bəkrin Fədəki müsadirə etmək haqqında əmr verməsini eşidib bu hadisədən xəbərdar olandan sonra çox narahat oldu. Öz haqqını müdafiə etmək üçün hazırlaşaraq bu mövzu barəsində camaat arasında söhbət etmək üçün məscidə tərəf hərəkət etdi. İsməti və əzəməti Qur'anda bəyan olan, çoxlu hədislərdə səmavi məqamı, nurani şəxsiyyəti bildirilən, Fədək üzərində qanuni malikiyyət haqqı olan bir şəxsə belə bir zülm necə rəva görülür?
Fədək xütbəsinin ərəbcə mətni və şərhi:
1.
لاثت خمارها علي رأسها، واشتملت بجلبابها
Həzrət Zəhra(ə) bu cinayətdən xəbərdar olandan sonra yaylığını möhkəm bağladı və onun üstündən də bütün bədənini örtmək üçün çadrası ilə örtündü.
2.
وأقبلت في لمّة من حفدتها ونساء قومها، تطأ ذيولها
Tərəfdarlarından və Bəni-Haşim qadınlarından ibarət bir dəstə ilə məscidə tərəf hərəkət etdi. Elə hicablanmışdı ki, çadrasının ətəyi ayağının altına düşürdü.
3.
ما تخرم م
Xanım Fatimeyi-Zəhranın(s) Fədək xütbəsinin şərhi:
شيتها مشية رسولاللَّه صلى اللَّه عليه وآله،
Rəsullulah(s) kimi yol gedirdi və ondan zərrə qədər də fərqlənmirdi.
4.
حتّى دخلت علي أبيبكر، وهو في حشد من المهاجرين والأنصار وغير هم
Nəhayət, məscidə daxil oldu. Bu zaman Əbu-Bəkr mühacir, ənsar və digər bir dəstə insanların arasında oturmuşdu.
5.
فنيطت دونها ملائة فجلست، ثم أنّت أنّة
Xanımın qarşısına pərdə çəkdilər və o oturaraq bir qədər sükut etdi.
6.
أجهش القوم لها بالبكاء، فارتجّ المجلس،
Bu halda camaat ağlayaraq qışqırıq və şivən səslərini ucaltdılar və onların məclisi pozuldu.
7.
حتّى اذا سكن نشيج القوم وهدأت فورتهم ثم أمهلت هنيئة
Xanım Fatimeyi-Zəhranın(s) Fədək xütbəsinin şərhi:
Həzrət yenidən az bir müddət camaatın şivən səslərinin sakitləşməsini gözlədi. Hay-küy yatdı.
8.
افتتحت الكلام بحمداللَّه والثناء عليه والصلاة على رسول الله
Bu zaman öz sözlərini Allaha həmd-səna və Peyğəmbərə(s) salavat ilə başladı.
9.
فعاد القوم في بكائهم، فلمّا أمسكوا عادت في كلامها
Xanım Fatimeyi-Zəhranın(s) Fədək xütbəsinin şərhi:
Yenə də camaat ağlamağa başladılar. Onların ağlamaq səsləri kəsiləndən sonra o, sözünə davam edərək buyurdu:
Şükr etməklə vəzifə hissi
1.
اَلْحَمْدُ لِلَّهِ عَلي ما اَنْعَمَ، وَلَهُ الشُّكْرُ عَلى ما اَلْهَمَ
Etdiyi ehsanlara görə Allaha həmd olsun, qəlblərə ilham etdiyi hidayətlərə görə Ona şükürlər olsun.
2.
وَالثَّناءُ بِما قَدَّمَ، مِنْ عُمُومِ نِعَمٍ اِبْتَدَاَها،
Onun şə'ninə təriflər olsun ki, bütün ne'mətləri məhəbbət və mehribanlıqla öncədən göndərmiş və bu ne'mətləri verməkdə təşəbbüs onun tərəfindən olmuşdur. (Kimsə bir iş etməmişdi ki, onun əvəzində ona ne'mət versin, əksinə, heç bir şeyi nəzərə almadan öz ehsanını hamıya bəxş etmişdir).
3.
وَسُبُوغِ آلاءٍ اَسْداها، وَ تَمامِ مِنَنٍ والاها،
Bol ne'mətlərini hamıya təqdim etmiş və bu ne'mətlərlə ardıcıl olaraq minnət qoymuşdur.
4.
جَمَّ عَنِ الْاِحْصاءِ عَدَدُها،
Onun ne'mətləri o qədər çoxdur ki, sayılası deyil.
5.
وَنَأى عَنِ الْجَزاءِ اَمَدُها، وَتَفاوَتَ عَنِ الْاِدْراكِ اَبَدُها،
Onların haqqını yerinə yetirmək və sonunu dərk etmək mümkün deyil. (Yə'ni heç kim şükr etməklə Allahın ne'mətlərinin əvəzini verə bilməz. Həmçinin onların sonuna çatmaq olmaz, çünki onların sonuna çatmaq insanın dərk etmək qüdrətindən xaricdir).
6.
وَ نَدَبَهُمْ لاِسْتِزادَتِها بِالشُّكْرِ لاِتِّصالِها
Xanım Fatimeyi-Zəhranın(s) Fədək xütbəsinin şərhi:
İnsanlara ne'mətlərini çoxaltmaq üçün onları şükr etməyə çağırdı ki, bu yolla ne'mətlər ardıcıl olaraq gəlsin.
7.
وَاسْتَحْمَدَ اِلَى الْخَلائِقِ بِاِجْزالِها، وَثَنَّی بِالنَّدْبِ اِلى اَمْثالِه ا
Xanım Fatimeyi-Zəhranın(s) Fədək xütbəsinin şərhi:
Öz ne'mətlərini çoxaltmaq üçün insanlardan Özünə təşəkkür və ibadət etmələrini istədi, yenə də onları həmin işlərə çağırdı.
Şərh:
1-ci
... وَلَهُ الشُّکْرُ عَلَی مَا أَلْهَمَ
İlham, vəhydən sonra Allahın öz məxluqları ilə, xüsusilə insanlarla olan ikinci rabitəsidir ki, onun qəbul olunan yeri qəlbdir. Allah təala insana lütf edərək anlamaq, dərk etmək, tanımaq, qərara gəlmək, məchulları kəşf etmək, dərk olunan sirləri və xəbərləri şərh etmək, bir sözlə, insanı mə'lum olan şeylərə çatdırmaq və yaddan çıxan bütün həqiqətləri yada salmaq üçün elm və lazım olan mə'lumatları onun qəlbinə salır və onu bu işlərdən xəbərdar edir. Əgər insafla mühakimə etsək, hər bir ixtisaslar və fənlərdə olan bütün alimlər ilahi ilhamlarla kəşf və ya lazım olan mə'lumatlara nail olurlar. Əgər bu işıq onların üzünə bağlansa bəşərin təhsil və tə'limləri ilə heç bir həqiqət kəşf edilə bilməz. Elə buna görə də araşdırmaq lazımdır ki, ilahi ilhamlar necə və hansı yolla əldə olunur. İnsanın qəlbi və ruhu ayələr və hədislərdə dalğaları tutan radioqəbulediciyə bənzədilib. Buna görə də onu aktvləşdirən amilləri öyrənmək lazımdır. Çoxlu ayə və rəvayətlərdə bu məsələ aydın şəkildə açıqlanıb. Onların xülasəsi budur:
Təqvaya riayət etmək, günahdan uzaq olmaq, başqa sözlə desək, Allaha şüurlu şəkildə və Onu tanıyaraq bəndəlik etmək, və Onun əmr və nəhylərinə əməl etmək, yə'ni Onun və nümayəndələrinin göstərişlərinə itaət etmək ilahi ilhamları asanlıqla qəbul etmək üçün qəlbi diri və fəal saxlayır.
2-ci:
مِنْ عُمُومِ نِعَمٍ ابْتِدَاهَا...
Allah təalanın bütün ne'mət və ehsanları ibtidai və bir tərəflidir. Yə'ni O, ne'mət verməklə məhəbbət və mehribanlıqlarını insana əta etməklə başlayır və gözləmir ki, onlar yaxşı və gözəl əməl yerinə yetirsinlər, sonra Öz ne'mətlərini lütf etsin. Daim günəş kimi heç bir şey ummadan öz nurunu hamıya: yaxşı, pis, alim, cahil, dost, düşmən və s.-ə paylayır. Ne'mətləri çoxaltmaq yollarını onlara öyrədir və buyurur: Əgər mənə hər nemət üçün şükr etsəniz onları artıraram.
(و ندبهم لاستزادتها بالشکر لاتصالها)
Ardıcıl olaraq bəndələrinə bildirir ki, ne'mətlərin çoxalmasının yolu Allaha təşəkkür etməkdir.
(لاتصالها)
sözünün iki mə'nası ola bilər:
1. Şükr etmək ne'mətləri Allahla əlaqələndirmək, yəni nemətləri Onun tərəfindən bilməkdir.
2. Şükr etmək ne'mətlərin bir-birinə birləşməsinə (ardıcıl gəlməsinə) səbəb olur.
(وَاسْتَحْمَدَ...)
Öz məxluqlarından ona təşəkkür və itaət etmələrini istədi ki, bu yolla onların ne'mətləri çoxalsın. İnsanın təşəkkür etməyi Allahı tanımağın nəticəsidir. Ona görə ki, o, ne'mətləri Allah təala tərəfindən bilir Onu tanıdığı üçün də məs'uliyyət hiss edir ki, bütün mehribanlıq və məhəbbətlərə yaxşı cavab versin. Burada onun tə'rifinə işarə edirik. Şükr etmək, Onun ne'mətlərini Onun razı olduğu yolda istifadə etmək və yaxud Onun istəyi ilə istifadə etməyə deyir.
والحمد لله
"Əlhəmdu-lillah” kəlməsi bu həqiqəti açıqlamaq üçündür, Qur'anda buyurulur:
"لَئِن شَکَرْتُمْ لَأَزِيدَنَّكُمْ..."
"Əgər şükr etsəniz, şübhəsiz, ne'mətlərinizi çoxaldacağam”;
məsələn: Mə'sum imamlar (ə) Allah təalanın sonsuz ne'mətlərindəndir. Onlara məhəbbət bəsləmək və onlara itaət etmək Allah təalaya şükr etmək mə'nasınadır. Əgər bir şəxs buna nail olsa, vilayət nuru o kəsin qəlbinə daha artıq nüfuz edər. Elə buna görə də, Allah təala bu böyük ne'məti mö'minlərə verməklə onlara minnət qoydu. Həmçinin Peyğəmbərin (s) be'sətində belə buyurur:
"وَلَقَدْ مَنَّ اللهُ عَلَی الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً..."
"Rəsul” kəlməsindən Mə'sum imamları(ə) da başa düşmək olar. Çünki ən uca ilahi məqamdır.
Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi
Müəllif: Seyyid Həmid Fəttahi
Tərcümə edən: Hacı Tərlan Seyfullah