» » Xanım Fatimeyi Zəhranın (s.ə) Fədək xütbəsinin şərhi (Silsilə 4)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Xanım Fatimeyi Zəhranın (s.ə) Fədək xütbəsinin şərhi (Silsilə 4)
    0
    Müəllif: Kerbela Gunesi | 25-12-2020, 14:00 | Baxılıb: 1 613
     
    Xanım Fatimətuz-Zəhranın(s.ə) Fədək xütbəsinin şərhi  
     
    ( Silsilə 4)
     
     Peyğəmbərin (s) əzəmətində mühüm sirlər
     
    1.
    وَأشْهَدُ اَنَّ اَبي‏مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ،
    Şəhadət verirəm ki, atam həzrət Muhəmməd (salləllahu- ələyhi və alihi və səlləm) Allah təalanın bəndəsi və onun elçisidir.
    2.
    اِخْتارَهُ و انتجبه قَبْلَ اَنْ اَرْسَلَهُ، وَ سَمَّاهُ قَبْلَ اَنْ اِجْتَباهُ،(اجتبله)
    Onu risalət üçün göndərməmişdən qabaq onu seçdi. Onu yaratmamışdan qabaq ona ad qoymuşdur.
    3.
    وَاصْطَفاهُ قَبْلَ اَنْ اِبْتَعَثَهُ
    Be'sətdən ( peyğəmbərliyə seçilmək) qabaq onu ən yaxşı bəndələrinin içindən seçdi.
    4.
    اِذ الْخَلائِقُ بِالْغَيْبِ مَكْنُونَةٌ، وَبِسَتْرِ الْاَهاويلِ مَصُونَةٌ، وَبِنِهايَةِ الْعَدَمِ مَقْرُونَةٌ
    O zaman ki, məxluqlar hələ vücuda gəlməmişdi və qorxulu qeyb pərdəsinin arxasında saxlanırdılar (bəlkə də varlığın potensial vəziyyətinə işarədir. Yə'ni bir zaman məxluqlar maddə və surətsiz bir aləmdə idilər) və yoxluq sərhədində yaşayırdılar.
    5.
    عِلْماً مِنَ اللَّهِ تَعالي بِمائِلِ الْاُمُورِ، وَ اِحاطَةً بِحَوادِثِ الدُّهُورِ، وَ مَعْرِفَةً بِمَواقِعِ الْاُمُورِ
    Çünki Allah təala bütün işlərin nəticəsini tam şəkildə bilirdi və dünyada baş verən hadisələr Onun qüdrəti altında idi. Onlar tam şəkildə Onun nəzarəti altında idilər. Mümkün olan işlərin məqam və şəraitindən xəbərdar idi.
     
    Şərh:
     
    Birinci: Əzanda və başqa yerlərdə verilən şəhadət danışan şəxsin dediyi həqiqəti qəlbən təsdiq etməsi və yaxud da müşahidə etməsidir. Amma hər bir şəxsin verdiyi şəhadət onun özünün dərk səviyyəsinə uyğundur. Məsələn: Bir şəxs həzrət Muhəmmədin(s) Allah təalanın elçisi olmasına şəhadət verərkən onun şəhadət verməsinin minimum mə'nası budur ki, həzrət Peyğəmbərin(s) ilahi və səmavi məqamını qəbul edir. Amma o həzrətin risalət məqamından daha artıq xəbərdar olsa, verdiyi şəhadətin məzmununa iman gətirəcək.
    Həzrət Fatimənin(ə) şəhadəti misilsiz, yəqini və real bir müşahidədir ki, yalnız həzrət Muhəmmədin (s) Mə'sum sülaləsinə məxsusdur. Həzrət Əmirul-Mu'minin Əli (ə) be'sət günü buyurdu: "Mən peyğəmbərliyin ətrini duydum."
    İkinci: Şəhadət verərkən bəndəlik məqamı risalət məqamından əvvəldə durur. Çünki həzrət Peyğəmbər (s) əvvəl kamil bəndə oldu və sonra risalət, nübuvvət və başqa səmavi məqamlara nail oldu. Bu hər bir əsrdə mə'nəvi dəyərləri tanımaq üçün ən yaxşı ölçüdür ki, ağıl sahibləri imamət və xilafət məqamına layiq olanların sirrini bu yolla yaxşı tanısınlar.
    وَاخْتَارَهُ وَانْتَجَبَهُ قَبْلَ اَنْ اَرْسَلهُ ..
    Həzrət Peyğəmbər və Əhlu-Beytinin, yə'ni həzrət Əli, həzrət Fatimə və on bir Mə'sum İmamların (ə) vücudu varlıq aləmi yaranmamışdan qabaq nur şəklində yaranmışdır və Allahın ərşində Ona təsbih deməklə məşğul idilər. Varlıq aləminin xəlq olmasına əsl səbəb onların müqəddəs olan vücudları olub. Hədis-qüdsidə oxuyuruq:
    لَوْلاَکْ لمَاَ خَلَقْتُ الاَفْلَاک وَ لَوْ لاَ عَلِیُّ لمَاَ خَلَقْتُکَ وَلَوْ لَا فَاطِمَةَ لمَاَ خَلَقْتَکُمَا
    Ey peyğəmbər (s)! Əgər sən olmasaydın, dünyanı yaratmazdım. Əgər Əli olmasaydı, səni yaratmazdım və əgər Fatimə (ə) olmasaydı, sizin ikinizi də yaratmazdım.
    Bu hədisdə bir çox sirlər var:
    1- Bu ailənin şəxsiyyətləri bir-birilərindən ayrılmazdır.
    2-Dinin vücuda gəlməsinin səbəbi Peyğəmbərdir(s).
    3-Həzrət Əli(ə) Peyğəmbərdən qalanları qoruyub saxlayandır.
    4-Həzrət Fatimə(ə) risaləti imamətə birləşdirən bir körpü rolunu oynayır. Onun bərəkətindəndir ki, hər əsrdə onun övladları atasının şəriətini qoruyub saxlayırlar. Əgər imamlar olmasaydı, İslam peyğəmbərinin şəriətindən heç bir əsər qalmazdı. Deməli, həzrət Fatimə(ə) olmasaydı, həzrət Peyğəmbər(s) və Həzrət Əlidən(ə) heç bir əsər-əlamət qalmazdı.
     
    İlahi sirlərdən bir hissə:
    Həzrət Fatimə (s.ə) bu xütbədə insanların çoxunun xəbərsiz olduğu bir sıra həqiqətləri açıqlamaq istəyir.
    "Allah dünyanı xəlq etməmişdən qabaq atamı seçdi və məqama tə'yin etdi, hansı ki, hələ heç bir məxluqu xəlq etməmişdi...” cümləsi ilə demək istəyir ki, həzrət Peyğəmbər(s) adi bir şəxs deyildir ki, başqaları kimi qırx yaşına qədər istədiyini etsin və sonra risalət məqamına tə'yin olunsun. Əksinə, o, rəhmət və ilahi bir nurdur ki, heç vaxt günah ona yaxın gəlmir və gəlməz. Çünki Allah tam şəkildə onu qoruyur və uşaqlıqdan, ondan da qabaq Alahın bəndəsi və onun peyğəmbəri idi, necə ki, Allah Qur'anda İsa, Yəhya və başqaları barədə buyurur ki, beşikdə və uşaqlıq çağlarında "Biz Alahın bəndəsi və onun peyğəmbəriyik”- dedilər. Həzrət Fatimə(ə) bu məsələni açıqlayır ki, elə fikirləşməsinlər ilahi məqam olan risalət, nübuvvət və imamət müvəqqəti və adi olan bir məsələdir və hər bir şəxs camaatın cəhalət və nadanlığından sui-istifadə edib öz namizədliyini bu ilahi məqam üçün irəli sürsün !
    Həzrət Fatimə (ə) insanlara atasının, həyat yoldaşının və ailəsinin məqamlarını başa salmağa çalışır. Siz belə fikirləşməyin ki, Hicaz camaatı arasından bir cavan çıxdı və bu məqama nail oldu. Yox, bu heç vaxt belə deyil ! Çünki nübuvvət və imamət kimi ilahi məqamlara layiq olmaq qeyb aləminin sirlərini kəşf etmək, varlıq aləminin mərkəzinə nüfuz etmək və s. hər kəsin işi deyil və Allah təaladan başqa heç kəs bu ləyaqətin insanda olmasını tə'yin edə bilməz.
    عِلْماً مِنَ اللهِ تعالی، بِمَا يَلِی الْأُمُور. 
    Çünki yalnız Allah təala bütün işlərin nəticəsindən xəbərdardır və hər əsrin ləyaqətlilərini aləmləri xəlq etməmişdən qabaq müəyyən etmişdir.
    احَاطةً بِحَوَادِثِ الدُّهُور.. 
    Çünki zamanların hadisələrinə tam şəkildə əhatəsi vardır və bütün mümkün olan işlərdən xəbərdardır.
    Deməli, be'sət günü İslam Peyğəmbərinin peyğəmbərliyə çatdığı gün yox, məqamının aşkar olduğu gündür. Çünki o həzrət o günlərdən də qabaq seçilib və tə'yin olunmuşdur.
    Əgərبِمَا يَلِی الْأُمُورifadəsi "Bimail” şəklində oxunsa, cümlənin mə'nası belə olacaq: "İşlərin yönəldiyi tərəf." Əgər "ma” nisbi əvəzlik olsa, "vələyə” sözündən olan "yəli” kəlməsi nəticə mə'nasında olacaq və nisbi əvəzliklə budaq cümlə birlikdə "işlərin ardınca baş verənlər” mə'nasını verəcəkdir. Daha yaxşısını Allah bilir.
    Hər iki mə'nanı qəbul etmək olar, amma ikinci daha düzgün nəzərə çarpır.
     
     
     

    Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi

    Müəllif: Seyyid Həmid Fəttahi
    Tərcümə edən: Hacı Tərlan Seyfullah

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.