» » Xanım Fatimeyi Zəhranın (s.ə) Fədək xütbəsinin şərhi (Silsilə 15)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Xanım Fatimeyi Zəhranın (s.ə) Fədək xütbəsinin şərhi (Silsilə 15)
    0
    Müəllif: Kerbela Gunesi | 5-01-2021, 17:00 | Baxılıb: 1 065
     
    Xanım Zəhranın(s.ə) Fədək xütbəsinin tərcümə və şərhi 
     
    (Silsilə 15)
     
    Həzrət Əmirəl-Mumininin Əli (ə)-ın şəxsiyyəti
     
    1.
    مَكْدُوداً في ذاتِ اللَّهِ
    Əli ibn Əbi Talib(ə) yalnız Allaha və Onun dininin inkişafına görə çoxlu əziyyətlər çəkdi.
    2.
    مُجْتَهِداً في اَمْرِ اللَّهِ
    Allahın əmrini yerinə yetirməkdə çox çalışqan və fəal idi.
    3.
    قَريباً مِنْ رَسُولِ‏اللَّهِ
    İman, əqidə, əsl və nəcabət baxımından Allahın elçisinə(s) çox yaxın idi.
    4.
    سَيِّدِ اَوْلِياءِ اللَّهِ
    Bütün Allah dostlarının ağası idi.
    5.
    مُشَمِّراً ناصِحاً
    Çox ciddi və çalışqan, başqalarına qarşı xeyirxahdır.
    6.
    مُجِدّاً كادِحاً
    Öz işlərində çox çalışqan və zəhmətkeşdir.
    (Yəni xidmətləri, əziyyətləri, müharibələri və Allahın dinini müdafiə etməsi o həzrətin möhkəm imanından xəbər verirdi.)
    7.
    وَاَنْتُمَ في رَفاهِيَّةٍ مِنَ الْعَيْشِ، وادِعُونَ فاكِهُونَ آمِنُونَ
    Halbuki sizlər yaşayışınızda öz rifahınızın və asayişinizin fikrində idiniz və bir küncdə sakit oturaraq istirahətlə və zarafatla məşğul, hər cür dərddən və əziyyətdən uzaq idiniz.
    8.
    تَتَرَبَّصُونَ بِنَا الدَّوائِرَ
    Bununla belə biz Əhlul-Beytə(ə) qarşı pusqu qurub zəmanənin bizə nə edəcəyini görmək istəyirdiniz.
    9.
    وَتَتَوَكَّفُونَ الْاَخْبارَ
    Qulağınız səsdə idi ki, Peyğəmbərin(s) ölümündən sonra öz hücumlarınızı başlayasınız.
    10.
    وَتَنْكُصُونَ عِنْدَ النِّزالِ
    Rahatlıq və asayiş olan yerdə hamıdan tez yerə otururdunuz.
    11.
    وَتَفِرُّونَ عِنْدَ الْقِتالِ
    Müharibə məsələsi qarşıya çıxanda isə qaçmağa başlayırdınız.
     
    Şərh
     
    Hər bir kəsin həyatda iki məsələ ilə sıx əlaqəsi vardır:
    1. Din və əqidə; 
    2. Ölkə, millət və vətən;
    Bu iki məsələnin taleyi ilə zarafat etmək olmaz. Çünki onların müdafiəsindəki azacıq diqqətsizlik aradan qaldırılması mümkün olmayan bir ziyana gətirib çıxara bilər. Bu barədə bir neçə mühim məsələyə diqqətli olmağımız vacibdir:
    1- Xüsusi bir prinsipiallığa malik olan din və əqidə barəsində heç bir ağıllı şəxsin şübhəsi yoxdur ki, insanın hər sahədə, hətta vətənsevərlik və milli dəyərlərə hörmət bəsləmək barədə bütün proqramları hamısı onun dininə və əqidəsinə aiddir. 
    2- Din insanın fitrətində qoyulmuş bir həqiqətdir. Hər kəs öz fitrətindəki qanuna əsasən dinin arxasınca gedir.
    3- Həqiqi dini ayırd etməkdə səhvə düçar olmamaq üçün nə etmək lazımdır? Çünki hər bir insan öz dinini haqq və fitri olan din saya bilər.
    4-Cavab: Həqiqi dini ayırd etməyin ən gözəl dəlili hər bir dinin və məzhəbin rəhbərlərinin şəxsiyyətini araşdırmaqdır. Çünki hər bir məzhəb öz rəhbərləri ilə daha yaxşı tanınır; o rəhbərlər ki, elmdə, ədalətdə, şücaətdə, dini və insanın həqiqətini tanımaqda, qeybdən, keçmişdən və gələcəkdən, yer kürəsindən, qəlblərdən, niyyətlərdən xəbər verməkdə özlərinin haqq olmalarının sənədini çox gözəl şəkildə aydınlaşdırırlar. Bu xüsusiyyətlər yer üzündə hansı məzhəbə aiddir və mövcud məzhəblər içərisində hansı məzhəbdir ki, rəhbərləri belə bir xüsusiyyətlərə malikdir və heyvanların və ağacların və s. dili ilə tanışdır? Kamil vilayətə malik olub ölünü dirildir, gecəni gündüz edir? Görəsən bu, pak və müqəddəs olan On iki İmamı olan şiə məzhəbindən başqa bir məzhəb ola bilərmi?
    5-Bu məzhəbin rəhbərləri həzrət Əlidən (ə) başlayaraq hal hazırda diri olan on birinci övladı həzrət Huccət ibnul Həsən əl-Məhdidə(ə) tamamlanır. Bizim hamımız onun vücudunun bərəkətinə xatir yaşayırıq.
    Hədisdə vardır ki, əgər yer üzü huccətsiz qalarsa, yer öz əhli ilə birgə məhv olardı.
    6-Hər zamanda həqiqətlə oyun oynamaq və onları qəbul etməmək insanların özlərinin ziyanınadır.
    7-Nəyə görə yaxşıları seçməkdən məhrumuq və günümüzün ən şəfqətli, ən adil və elmli olan şəxsini seçə bilmirik?
    8-Əgər bir kəs öz dinində və məzhəbində möhkəmdirsə, Qur'an və İslam yolunu gedirsə, Allahın hökmündə və Qur'anın ayələrinin təfsirində hansı şəxsə inanmalıdır?!
    9-Əgər bir kəsin dindən və imandan xoşu gəlmirsə, nəyə görə qəlib dəyişir və öz həqiqi rəngində görsənmir?!
    10-Hər kəs özünü gizlətməsə və həqiqəti ilə zahir olsa və öz yaşadığı mühitdə başqaları ilə ünsiyyət və əlaqə yaratsa, bundan böyük əzmkarlıq olarmı?
    11-Lakin şeytan azdırmaqda çox mütəxəssisdir. Öz itaətində olanlara batili haqq libasında göstərmələrinə əmr vermişdir. Çünki əgər siz batil rənglə görsənsəniz, camaat öz pak fitrəti ilə sizə nifrət edərlər. Ancaq bacardığınız qədər haqq libasında batili geyinib camaatın pak fitrətindən sui-istifadə edin ki, öz muradınıza çatasınız. Bununla da insanları qəlblərinin işıqlanmasından məhrum edəsiniz.
    Birinci:
    ... فَاَنْقَذَكُمُ اللَّهُ تَبارَكَ وَ تَعالي بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ الِهِ
    Allah həzrət Muhəmmədin(s) vasitəsi ilə sizi bütün bu çətinliklərdən xilas etdi. O həzrət çoxlu çətinliklərə dözdükdən və dəyərsiz, qorxu bilməyən bir qrup ərəblərlə, eləcə də hər an yeni bir çətinlik yaradan, hər bir yerdə fitnə odu qalayan itaətdən boyun qaçıran əhli-kitab (yəhudi və xristian) ilə mübarizədən sonra Allahın qüdrətli qılıncı olan  həzrət Əlinin(ə) şücaəti ilə onları söndürdü.
    İkinci:
    ... اَوْ نَجَمَ قَرْنُ الشَّيْطانِ
    Yaxud, əgər şeytanın yaxınları Peyğəmbərin(s) hədəfinə zərər vurmaq üçün fitnə atəşini çoxaltmaq və ya müşriklərdən kimsə fitnə yaratmaq istəyirdisə,
    قَذَفَ اَخاهُ في لَهَواتِها...
    öz qardaşı Əlini (ə.s) onların canına salırdı. Yə'ni, Əmirul-Mu'minin Əli ibn Əbi Talibə(ə) tapşırıq verirdi və o həzrət(ə) də şeytanların fitnələrini söndürür və Allahın dininin yolunu təmizləyirdi.
    Üçüncü: Həzrət Fatimə (ə) həzrət Əlinin(ə) şəxsiyyətini açıqlamağa başlayır ki, məclis əhlini və tarixin ağıl sahiblərini o həzrətin İslamın müdafiəsində və küfrün, şirkin zillət zəncirindən cəmiyyəti azadlığa çıxartmaqda olan zəhmətini qəbul etməyə vadar etsin. Həzrət Fatimə(ə) belə buyurdu: 
    مَكْدُوداً في ذاتِ اللَّهِ، مُجْتَهِداً في اَمْرِ اللَّهِ، قَريباً مِنْ رَسُولِ‏اللَّهِ
    O, (yə'ni Əli (ə.s))
    Allah yolunda çox əziyyət və zəhmət çəkdi. İlahi əmrləri yerinə yetirməkdə çox çalışqan və iman, əsl və nəcabət baxımından Allahın elçisinə(s) çox yaxın idi. Allah dostlarının ağasıdır. Xeyirxahlıqda və nəsihət verməkdə çox çalışqan və zəhmətkeşdir.
    Yəni o həzrət (ə) Peyğəmbərin (s) vücudunun ətrafında günlərlə pərvanə kimi fırlanır və hər növ təhlükələrə özünü ataraq o həzrətə (s) hətta kiçik bir zərərin belə toxunmasına yol vermirdi. Kafirlərin və müşriklərin cəbhəsində Əmr ibn Əbdivid kimi bir azğın düşmənin sizin canınıza qorxu saldığı gün hamınız qaçırdınız. Həmin gün düşmənin belini sındıraraq, adı dillər əzbəri olan pəhləvanı yerə vuraraq müsəlmanları onun şərindən xilas edən o şəxs kim idi? Əli ibn Əbi Talibdən (ə) başqa birinin adını çəkə bilərsinizmi?! Allahın dininin yayılmasından ötrü ən ağır və ən çətin tapşırıqları və məs'uliyyətləri qəbul etdiyi və bu yolda fədakarlıq və canfəşanlıq göstərdiyi günlərdə siz harada idiniz?!
    Dördüncü:
    …. وَاَنْتُمَ في رَفاهِيَّةٍ مِنَ الْعَيْشِ، و ادِعُونَ فاكِهُونَ آمِنُونَ
    O zaman dünyəvi yaşayışın fikrində olub asayiş, rifah və mal, sərvət axtaran, eyş-işrətlə məşğul olan və ne'mətlərdən bəhrələnənlər siz deyildinizmi?! 
    Arxayın şəkildə fürsət gözləyirdiniz ki, Biz Əhlul-Beytin(ə) vəziyyətinin necə olacağını görəsiniz. Hətta Peyğəmbər(s) İslam dinini yaydıqdan və onun sütünlarını möhkəmlətdikdən sonra, yenə də kömək və yardım fikrində deyildiniz. Əksinə, qulağınızı şəkləmişdiniz
     وَ تَتَوَكَّفُونَ الْاَخْبارَ 
    ki, görəsən nə xəbərlər gəlib çatacaq.
    Özünüzə yer axtarırdınız. Əminəmanlıq və rahatlıq vaxtı gələndə hamıdan tez yerdə otururdunuz. Müharibə və ölüm məsələsi gələndə qaçmağa başlayırdınız.
    Beşinci: Həzrət Fatimə(ə) açıq şəkildə düşmənin əsas hiylələrindən xəbər verir və məsələnin üzərindən pərdələri götürməklə hər bir əsrdə və zamanda olan bütün insanları İslam düşmənlərinin planlaşdırılmış böyük fitnələrindən xəbərdar edir. Yə'ni, Peyğəmbər nəslinə(s) olunan zülm be'sətin başlanğıcına qayıdır. Çünki Əli(ə) maneələri və zalımları aradan götürməkdə və İslam dininin inkişafında həlledici əhəmiyyətə malik idi. Allahın bu qüdrəti hər cəbhə və mübarizə meydandanında daim Peyğəmbərin(s) yanında qələbə rəmzini düşmənlərə eşitdirirdi. Lakin düşmənin qalıqları müsəlman cildinə girərək İslam cəmiyyətinə nüfuz etdilər və fürsət gözləməyə başladılar. Peyğəmbər(s) yatağa düşən kimi onlar işə başladılar. Həmin anlardan öz fitnələrini işə saldılar. Onların Əmirul-Mu'mininlə(ə) olan düşmənçiliyi və ədavəti burada tamamlanmadı.
    Aşura günündə İmam Hüseyn(ə.s) yezid qoşununa deyir:
    لم تستحلون دمي ؟
    Mənim qanımı axı niyə halal bilib axıtmaq istəyirsiniz?
    Küfr və şirkin qalıqları olan yezid qoşunu İmam Hüseynə (ə) belə dedilər: 
    بغضاً لأبيك
    Atan Əli ilə aramızda olan düşmənçiliyə görə səni öldürəcəyik.
     
     
     

    Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi

    Müəllif: Seyyid Həmid Fəttahi
    Tərcümə edən: Hacı Tərlan Seyfullah

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.